12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Son xəbər

AVTOVAĞZALDA SIXLIQ YARANIB

2010-09-08

Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda əhali sıxlığı müşahidə olunur. Bu barədə vətəndaşlar ANS PRESS-ə şikayətlərində bildirib. Belə ki, Bərdə, Yevlax və Gəncə istiqamətlərinə sıxlıq daha çoxdur.

“3 saatdır gözləyirik. Gəncəyə getmək istəyirəm, lakin avtobus tapa bilmirəm. Ümumiyyətlə, Bərdə və Yevlax istiqamətinə də avtobus çatışmır. Soruşanda, deyirlər ki, avtobuslar bayramla əlaqədar dolub. Deyirlər ki, xəttə əlavə marşrut buraxılacaq. Amma, hələ də gözləmə zalında oturmuşuq”, - deyə Gəncə sakini şikayətləndi.

Məsələ ilə bağlı Avtovağzalda fəaliyyət göstərən “M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi ANS PRESS-ə açıqlamasında doğrudan da avtovağzalda əhali sıxlığının müşahidə olunduğunu bildirdi.

“Bu gün adi günlərdən fərqli olaraq sərnişinlər daha çoxdur. Sıxlıq ən çox qərb istiqamətində müşahidə olunur. Burada Bərdə, Yevlax və Gəncəyə gedənlər daha çoxdur. Problemin həll olunması üçün xəttə əlavə avtobuslar buraxdıq. Lakin gərginlik az da olsa qalmaqdadır. Bu istiqamətə axırıncı avtobus saat 18:00-da çıxacaq. Bundan sonra avtobus yola salmaq olmaz. Çünki, avtobus mənzilbaşına gecə saat 1-dən sonra çatacaq. Bu da qadağandır”, söyləyən Mətləb Abidi problemin vətəndaşlar deyən kimi ciddi olmadığını bildirdi. Onun sözlərinə görə, yaranan sıxlıq reyslərə əlavə avtobuslar buraxılması ilə demək olar ki, həll olunub.

824 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - İSMAYILLIDA XALQ ÜSYANI

[12.02.2012] - TÜRKİYƏYƏ QAZ ARTIQLAMASİLƏ VERİLİR

[11.02.2012] - "ABŞ İRANA HÜCUN ETMƏYƏCƏK"

[11.02.2012] - SƏBAİLDƏ SU KƏSİLDİ

[11.02.2012] - POLİSLƏRƏ XƏSARƏT YETİRİLMƏSİNƏ DAİR RƏSMİ AÇIQLAMA YAYILIB

[11.02.2012] - "YENİ MÜSAVAT"DA ZÜLM(ƏT)Ə ETİRAZ (FOTOLAR)

[11.02.2012] - BİR AYIN ƏSGƏRİ XƏSTƏLİKDƏN ÖLDÜ

[11.02.2012] - İRAN DÜNYANI ŞAŞIRDACAQ

[11.02.2012] - ƏRDOĞAN YENİDƏN ƏMƏLİYYAT OLUNUB

[11.02.2012] - LONDONDA ELMAR HÜSEYNOVLA BAĞLI İCTİMAİ DİNLƏMƏLƏR OLACAQ

[11.02.2012] - NEFTÇİLƏR ARDNŞ-IN QARŞISINDA AKSİYA KEÇİRDİ

[11.02.2012] - MİLLİ ORDUNUN ƏSGƏRİ YOL QƏZASINDA ÖLÜB

[11.02.2012] - ŞADLIQ EVİNDƏ QUMARXANA AŞKARLANIB

[11.02.2012] - GƏLƏN HƏFTƏ HAVA İSİNƏCƏK

[11.02.2012] - 22 YAŞLI ÖZBƏK OBAMANI ÖLDÜRMƏK İSTƏDİYİNİ ETİRAF EDİB

[11.02.2012] - TEXNOGEN QƏZA NİYƏ MƏHZ NİZAMİ RAYONUNU VURUB?

[11.02.2012] - BRAYZA SƏFİR TƏYİNATI BARƏDƏ DANIŞIB

[11.02.2012] - MİLYARDER SAAKAŞVİLİNİN PORTRETİNİ AYAQLAYIB

[11.02.2012] - BAKIDA MÖVLUD BAYRAMI QEYD OLUNDU(FOTOLAR)

[10.02.2012] - RÖVNƏQ ABDULLAYEV YENİDƏN AFFA-ya GÖZ TİKDİ

ARXIV

Yeni MÜSAVAT © 2008