|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Övlad sahibi olmaq hər ailə üçün ülvi arzu, böyük sevincdir. Lakin bəzən mentalitetdən, adət-ənənələrdən yaranan stereotip bu sevinci kədərə çevirərək ailənin xoşbəxtliyinə xələl gətirir. Bəli, söhbət ailələrdə qız uşaqlarına olan mənfi münasibətdən gedir. Nədənsə yeni qurulmuş ailədə ilk uşağın oğlan olması böyük iftixar sayılır, bir neçə qızı olan valideyn sonda mütləq oğlu olacağına ümid edir, oğlu olmayan atalar narahatlıq keçirirlər. Qız uşaqlarına olan mənfi münasibətin kökləri keçmiş dövrlərə gedib çıxır. “Qız yükü - duz yükü...” Hələ qədim zamanlarda bəzi millətlər qız uşaqlarına mənfi münasibət bəsləyir və onların dünyaya gəlişini uğursuzluq hesab edirdilər. Keçmişə nəzər yetirdikdə qədim Hindistan, Çin və Romada qadına olan pis münasibət istər-istəməz insanda ikrah hissi doğurur. Həmin dövrlərdə qadın kişinin qulluqçusu, hüququ olmayan bir varlıq hesab edilirdi. Hindistanda hətta həyat yoldaşı vəfat etmiş qadını diri-diri ərinin cəsədi ilə birgə yandırmaq adəti mövcud idi. Bir çox yerlərdə heyz (aybaşı) halında olan qadını murdar sayır, həmin müddət başa çatana qədər onu evin bir küncünə bağlayır, qabağına heyvan kimi yemək-içmək qoyurdular. Dəyər gətirən din İslamın gəlişi ilə bir çox qeyri-insani rəftar və davranışlarla yanaşı, qadınlara mənfi münasibətə də son qoyuldu. Allah Qurani-Kərimin “Nəhl” surəsi, 58-59-cu ayələrində buyurur: “Onlar birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzləri qapqara qaralar; verilən müjdənin ”pisliyi" üzündən öz tayfasından qaçıb gizlənər. Görəsən, o körpəni zillət içində saxlayacaq, ya torpağa basdıracaq? Bir görün, onlar necə pis mühakimə yürüdürlər!". Azad qadın İslam dinində məsciddə kiminsə dəfninə icazə verilmir. Məscidülhəramı bərpa edən İbrahimin (ə) qəbri orada deyil. Sonuncu Peyğəmbərimizin (s.ə.s) qəbri də Mədinədədir. Tarixdə bir şəxs müsəlmanların qibləgahı olan Kəbədə dəfn olunmaq şərəfinə layiq olmuşdur. Bu şəxs sadə bir kəniz, peyğəmbər anası Hacərdir. Sonsuzluq Bəzi dardüşüncəli insanlar oğlan uşaqları olmadığı təqdirdə nəsillərinin kəsiləcəyini güman edir və həyat yoldaşlarını bunun əsas səbəbkarı hesab edirlər. Hətta bəzi ailələr bu səbəbdən dağılır. Halbuki tibbə məlumdur ki, dünyaya gələn övladın qız və ya oğlan olması qadından deyil, məhz kişidən asılıdır. Övlad qatili Təəssüflər olsun ki, elmi-texniki tərəqqinin inkişaf etdiyi müasir dövrdə oğlan uşaqlarının qızlardan üstün olması fikri hələ də qalmaqdadır. Gender bərabərliyi, qadın hüquq və azadlıqlarının təbliğ olunduğu zamanda “Oğul - düşmən çəpəridir”, “Qız yükü - duz yükü” kimi ənənəvi anlayışlar cəmiyyətdə qızlara qarşı yanlış təsəvvürlər yaratmaqdır. Düzdür, bu gün heç kim öz qızını diri-diri torpağa basdırmır, lakin kompüter diaqnostikası vasitəsilə uşağın cinsini təyin edən valideynlər qız uşaqlarını abort etdirirlər. Kasıbçılıq, imkansızlıq, ərin təzyiqi və b. bəhanələrdən selektiv aborta müraciət edən valideynlər övlad qatili olmaqdan çəkinmirlər. Allah Quranda “İsra” surəsinin 31-ci ayəsində buyurur: “Yoxsulluqdan qorxub (cahiliyyət dövründə olduğu kimi) övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” Əmanətə xəyanət?! Qeyd etdiyimiz kimi, İslam dini oğlan uşaqlarının qızlardan üstün olmasını pisləyir. Cinsindən asılı olmayaraq, Allah qarşısında hər kəsin bərabərhüquqlu olması fikrini dəstəkləyən dinimizdə bu barədə çoxsaylı hədislər mövcuddur: Xəbər xidməti 742 dəfə baxılıb
|
[12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? |
| Yeni MÜSAVAT © 2008 |
|