12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yaşam

HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

2009-12-31

Araşdırmalar ortaya maraqlı faktlar çıxardı

Hər bir xalqın özünəməxsus yolka bəzəmək adəti var. Məsələn, Meksikada ən məşhur yeni il bəzəyi İsa peyğəmbərin doğulmasını əks etdirən kompozisiyadır. Qvatemalada əhali əsasən İncildən olan səhnələr əks edilmiş bəzəklərdən istifadə edirlər. Bəzədilən yolkanın altına uşaqlar üçün hədiyyələr qoyulur. Qrelandiyada şam ağacı bitməsə də, bu, sakinlərə yeni ili yolkasız qarşılamağa mane olmur. Kənardan gətirilən ağac əl-əlvan bəzədilir və bəzək əşyası kimi şamlardan və əlvan lentlərdən istifadə edilir. Braziliya bayramı isti havada qeyd edir. Bunun üçün də yolka ağ pambıqla bəzədilir. İrlandiyada yeni ildə qış əsl üzünü bol qar və kəskin şaxta ilə göstərir. İrlandiyalılar yolkalarını isti rəngli oyuncaqlarla bəzəməyə üstünlük verirlər.

Yolkanın başına isə mələk və ya ulduz asırlar. Qapılara kiçik rəngli lentlərlə bəzədilmiş güllər asılır. İsveçdə bayramdan əvvəl yolka bəzəməyi sevmirlər. Onlar yolkanı düz bayram günü alırlar. Ağac əsasən küçədə qurulur. Yolka günəş, ulduz və qar dənəsi kimi bəzəklərlə bəzədilir.
Bolqarıstanda yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirnilər bağışlamaq dəbdədir. Yeni il axşamı kim çox uşaq sevindirsə, təzə ildə onun o qədər fərəhli günləri olacaq. Yunanıstanın bəzi əyalətlərində yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyirlər, kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxırlar. Almaniyada bayram axşamı gələn ilin bütün aylarında havanın necə olacağını müəyyənləşdirirlər. Onlar gələcək ilin ayları timsalında 12 ədəd baş soğan götürüb alt tərəflərini kəsir və ora duz səpərək süfrəyə düzürlər. Saat 12-ni vuranda soğanlara baxırlar. Hansı soğan duzu əridib udubsa, o aylar yağmurlu, qalan aylar isə quraq keçəcək.
Havanada yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Axşam saat 12-də saatın zəngləri vuranda hər adam 12 gilə üzüm yeməlidir. Bu, o deməkdir ki, ilin 12 ayında sənin həyatın üzüm kimi şirin olacaq.
Rumıniyada daha qəribə adət var. Bu ölkədə yeni il süfrəsi üçün sürprizlərlə dolu kökə bişirmək adətdir. Belə ki, bu yağlı kökələrin içinə daha çox pul, gümüş üzük, acı istiot və s. qoyurlar. Bəxtinə pul, ya üzük çıxanları il boyu xoşbəxtlik gözləyir. Bəxtinə istiot çıxanlar isə il boyu ehtiyatlı dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Macarıstanda yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya ki, yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar isə bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər. Vyetnamda yeni il ay təqvimi ilə yanvarın axırında və ya fevralın əvvəlində qarşılanır. Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar. Vyetnamlılar yeni il axşamı əzizlərinə çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar.
Yeni il axşamı evi süpürmək və ya zibil atmaq olmaz, əks halda, ailədə mehribanlıq olmaz. “Bəs bayram iməciliyi necə olsun?”, - deyə soruşursunuzsa, təmizlik işlərini bayrama bir həftə qalmış bitirin. Sadəcə dekabrın 30-u evi yüngülvari yığışdırın. Süfrə isə müxtəlif naz-nemətlə bol olmalıdır ki, il də bolluq içində keçsin. Masaya düz-çörək qoymağı unutmayın, ənənəyə görə, bu, firavanlıq simvoludur. Bayramda pulsuz qalmaq olmaz, yoxsa ili ehtiyac içində keçirəcəksiniz. Əgər pulunuz yoxdursa, borc götürün. Amma bayramqabağı borc qaytarmaq məsləhət deyil, əks təqdirdə, bütün ili borclu qalacaqsınız.
Bir çoxları inanır ki, ili təklikdə keçirsə, bütün ili tənha qalacaq. Ona görə bayramda kimisə tapmağa çalışırlar, bu insanı bəyənməsələr belə. O zaman ili təklikdə keçirməsəniz belə, pis əhval-ruhiyyədə olacaqsınız. Bundansa bayramqabağı bütün qohum-əqrəbanızı telefonla təbrik edin və bayramda tək olacağınızı söyləyin. Yəqin ki, sevdiklərinizdən dəvət alacaqsınız. Amma tək qalmaqda da pis heç nə yoxdur. Gecə küçəyə çıxın, insanlara baxın, ola bilsin əsl möcüzə baş verəcək və siz həyatınızın böyük məhəbbətilə qarşılaşacaqsınız.
Əgər yeni il axşamı və ya yeni ilin ilk günü evinizə sahibsiz it və ya pişik gələrsə, bunun bir mənası var. Onu evinizə gətirə bilməsəniz də, heç olmasa, yedizdirin. Onda sizi yeni ildə uğur gözləyəcək.
Əgər yeni il axşamı sizinlə nə isə baş versə, bu, bütün il boyu təkrarlanacaq.
Əgər bayram masası arxasında kimsə asqırsa, yeni il masada oturan hər bir kəsə xoşbəxtlik gətirəcək.
Əgər yanvarın 1-i satıcı ilk alıcısına böyük endirimlə mal satarsa, onda yeni ildə onu uğurlu alver gözləyir.
Əgər yeni ilin ilk gününü şən keçirsəniz, onda il boyu sizi şənliklər gözləyir.
Əgər yeni il gələndən sonra yolda qarşınıza çıxan ilk adam kişi olarsa, il sizə xoşbəxtlik gətirəcək.
Yanvarın 1-dən 7-dək yeni tanış olacağınız insanlar həyatınızda önəmli rol oynayacaqlar.

R.RƏFİYEVA

1210 dəfə baxılıb

Xəbəri paylaş

[12.10.2011] - AXİRƏT SEVDASI...

[28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU

[03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ

[01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...”

[07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ

[02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR”

[15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

[13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

[08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

[03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

[02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

[31.01.2010] - KİM SEVİRSƏ İDMANI...

[30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI

[27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

[27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR

[26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ?

[22.01.2010] - İXTİRA SATILIR

[20.01.2010] - “ALO, EŞİDİRƏM...”

[19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ?

[31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

ARXIV

Yeni MÜSAVAT © 2008