 |
Yaşam
AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? 2010-01-19
|
Türkiyədə “Pana Film”in çəkdiyi “Kurdlar vadisi” teleserialı nəinki Türkiyənin özündə, bir çox ölkələrdə də maraqla izlənilir. Serialdakı siyasi motivli bəzi süjetlər isə hətta ölkələr arasında gərginliyə səbəb olub. Serialla bağlı növbəti qalmaqal İsraillə bağlı yaşanıb. Belə ki, serialda İsrailin kəşfiyyat orqanı “Mossad” tərəfindən Mematinin uşağının qaçırılması, Cavid Akarsunun Mematinin oğlunu İsrail səfirliyinin binasında gizlətməsi, Polat Alemdarın uşağı azad etmək üçün Ankaradakı İsrail səfirliyinə basqın etməsi və onun səfirlik əməkdaşı ilə dialoqu iki ölkə arasında münasibətləri gərginləşdirib. Məsələyə İsrail hökuməti rəsmilərinin reaksiyası isə onu göstərdi ki, hətta hökumət nümayəndələri də “Kurdlar vadisi”nin daimi izləyiciləridir. Bəs Azərbaycanda necə, sözügedən serial əvvəlki kimi ardıcıllıqla izlənilirmi? Müraciət etdiyimiz ictimaiyyət nümayəndələrinin fikirləri fərqli oldu. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP katibi Əli Orucov, millət vəkili Pənah Hüseyn “Kurdlar vadisi” serialının izləyiciləridir. İqbal Ağazadə serialı müntəzəm olaraq izləyir. Əli Orucov isa imkan daxilində seriaları ötürməməyə çalışır: “Orada müəyyən məsələlər var ki, ibrətamizdir. Izləməyə dəyər”. Pənah Hüseyn vaxt tapanda seriala baxır: “Xüsusi bir işim olmayanda izləyirəm. Demək olar ki, hər seriasına baxıram”. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu isə bildirir ki, sözügedən serialı ardıcıl olaraq izləmir: “Serialı az hallarda izləyirəm, amma izləmədiyim önəmli yerlərini, xüsusən siyasi əhəmiyyətli hissələri dostlar məsləhət görür və sonradan internetdə izləyirəm. İsrail hökumətinin qıcığına səbəb olan hissəni də YouTube-dan izləmişəm”. “Yeni Müsavat”ın siyasət müxbiri Etibar Seyidağa bildirir ki, serialı hərdənbir izləyir: “Əvvəllər daimi olaraq izləyirdim, indi yox. Mənə görə, əvvəlki kimi marağı qalmayıb”. “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu serialı izləmədiyini deyir: “”Kurdlar vadisi"nin indiyədək cəmi bir neçə seriasına baxmışam. Vaxt tapa bilmirəm. Həm də seriallarda bəzən nişanlanma mərasimi aylarla uzanır, bu səbəbdən ümumiyyətlə seriallara baxmıram". Qeyd edək ki, serialdakı səhnələrdən sonra Türkiyənin İsraildəki səfiri bu ölkənin xarici işlər nazirinin müavini Dani Ayalon tərəfindən çağırılıb, Təl-Əvivdəki türk səfir daha alçaqda oturdulub və nazir müavini ivrit dilində jurnalistlərə “kimin daha alçaqda olmasının görülməsini istədiklərini” bildirib. Türkiyə isə İsrailin diplomata qarşı bu hörmətsizliyinə qarşı sərt etiraz edib və bu ölkənin Ankaradakı səfirini XİN-ə çağırıb. Hətta Türkiyə prezidenti Abdulla Gül də baş verənlərə etiraz edib. İsraildən tələb olunub ki, davranışa görə üzr istəsin. Səfir Oğuz Çelikkol də Təl-Əvivdən Ankaraya çağırılıb. D.Ayalon sonradan xüsusi üzrxahlıq bəyanatı yayıb. O, problemin diplomatik yollarla həll edilməsinin lazım olduğunu deyib: “Səfirə hörmətsizlik etmək istəmirdim. Gələcəkdə daha diqqətli olacam. Məqsədim səfirlərin qüruru ilə oynamaq deyil”. Daha sonar İsrail tərəfi Türkiyədən rəsmən də üzr istəyib. İsraillə Türkiyə arasında qalmaqal “Kurdlar vadisi”nin yeni seriyası ilə bağlı daha da böyüyə bilər. Serialı çəkən “Pana Film” şirkəti bildirib ki, “Kurdlar vadisi-Fələstin” seriyası çəkilir və orada İsrailin əməlləri ilə bağlı daha sərt məqamlar əksini tapacaq. R.RƏFİYEVA 1484 dəfə baxılıb
|
[12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [22.01.2010] - İXTİRA SATILIR [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? [31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR? ARXIV
|