 |
Yaşam
“ALO, EŞİDİRƏM...” 2010-01-20 Siyasətçilərin istifadə etdiyi telefon markaları
|
Dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin, deputatların həyat tərzi, hobbisi, xoşladığı yeməklər, maraq dairəsi, məişətdə gündəlik istifadə etdiyi əşyalar publika üçün həmişə maraqlı olub. Son vaxtlar onların işlətdiyi telefonlar hamının diqqətini çəkir. Bu məsələ bir neçə dəfə gündəmə gəlib. Məsələn, məlum olub ki, ABŞ prezidenti Barak Obamanın yeni telefonunun modeli “Blackberry Sectera Edge”dir. Özəl olaraq istehsal olunan telefon həm normal GSM operatoruna, həm də özəl təhlükəsizliyə sahib kanallardan danışa bilmə xüsusiyyətlərinə malikdir. 3500 dollar dəyərində olan “Blackberry Sectera Edge” hissiyyatlı ekranı, dəyişdirilə bilən xətsiz əlaqə modeli, təhlükəsiz LCD ekranı, xüsusi USB xüsusiyyətləri ilə digər telefonlardan fərqlənir. Obamanın telefonunun dinlənilə biləcəyi isə hələ də mübahisə mövzusudur. Ümumiyyətlə, telefonların dinlənilməsi bir çox siyasətçiləri narahat edir. Odur ki, Azərbaycanda tanınmış siyasətçilərin hansı model telefondan istifadə etməsi, telefonlarının dinlənilmə imkanları ilə bağlı məlumatlı olub-olmadıqları kifayət qədər maraqlıdır. Öncə prezident İlham Əliyevin mobil telefon işlədib-işlətməməsi, işlədirsə hansı markaya üstünlük verməsi ilə maraqlansaq da bu istiqamətdə bilgi əldə edə bilmədik. Prezidentin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Siyasətçilərə gəldikdə isə onların əksəriyyəti “Nokia” telefonu işlətsə də heç biri öz telefonunun təhlükəsizlik imkanları ilə tanış deyil. Müsavat Partiyasının başqanı İsa Qəmbərin telefonu “SonyEricsson”dur. Başqan telefon alarkən onun dinlənilib-dinlənilməməsi ilə bağlı maraqlanmayıb. Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, telefonlar dinlənilə bilər: “İstənilən vaxt telefonlar dinlənilə bilər, bu, mümkündür. Mənim telefonumu da dinləyə bilərlər”. İqbal bəy hazırda “Nokia” markalı telefon işlətdiyini və ümumiyyətlə, bu markaya üstünlük verdiyini bildirdi. ADP sədri Sərdar Cəlaloğlu da telefonların dinlənilməsini mümkün hesab edir. Özü isə “LG” markalı telefondan istifadə edir. Millət vəkili Pənah Hüseyn “Nokia” markalı telefonlara üstünlük verənlərdəndir. Elə özünün də istifadə etdiyi telefon bu markadandır. O, dinlənmə məsələsi ilə heç vaxt maraqlanmadığını dedi: “Telefonların dinlənilib-dinlənilməməsi məsələsi heç vaxt diqqətimi cəlb etməyib”. Bəs telefonların dinlənməsi hansı üsulla həyata keçirilir? Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, dinlənmə telefondan deyil, səsin hansı texnologiya ilə ötürülməsindən asılıdır: “Mütəxəssislərin fikrincə, mobil operatorlardakı səsin ötürülməsi barədə olan alqoritm kifayət qədər təhlükəsizdir. Eyni zamanda bu cür alqoritmlərin də sirri açılır. Müəyyən adamlar tərəfindən bu siqnallar tutularaq dinləməni həyata keçirir”. Ekspert qeyd etdi ki, dinləmənin başqa bir yolu da telefon aparatından istifadə edərək onun ətrafında olan danışığı həmin telefondakı qurğular vasitəsilə eşitməkdir: “Siz danışarkən telefondakı səs hava və ya başqa bir vasitə ilə ötürülür, həmin siqnalı tutub alqoritmini müəyyən etmək və dinləmək olur. Digər bir yol da var ki, bu zaman telefon aparatının özü ilə həmin ərazidəki telefon danışıqlarını dinləmək olur, bu, artıq texnoloji məsələdir. Mobil telefona hansısa bir proqram yazmaqla telefonların dinlənilməsi də həyata keçirilir. Bu, hazırda daha da güclənib. Burada sizdən xəbərsiz sizin telefonunuza bir proqram yazılır, proqramın yaddaşında da bəlli bir mobil telefon nömrəsi olur. Siz kiməsə zəng etsəniz, kimsə sizə zəng etsə, həmin proqram sizdən xəbərsiz işə düşür və yaddaşda olan nömrəyə həmin zəng haqda mesaj göndərir. Bu, Avropada yaxşı məqsədlə yaradılıb. Valideynlər uşaqlarını izləmək, kimlərlə əlaqə saxladığını öyrənmək üçün bu proqramdan istifadə edir. Lakin sonralar bu proqramdan qanunsuz şəkildə başqalarını dinləmək üçün istifadə olunmağa başlandı”. Telefonların dinlənilməsinin qarşısı alına bilərmi? Suala cavab verən O.Gündüzün sözlərinə görə, bu texnologiyalar paralel inkişaf edir: “Yəni dinləmələrin qarşısını alan xüsusi qurğular da var. Mobil telefonlarda bu proqramlar var. Eyni zamanda müxtəlif qurğular da var ki, həmin texnologiyalardan istifadə edilərək dinlənilmənin qarşısı alına bilər. Məsələn, mobil telefon olduğu yerdəki danışıqları ötürə bilirsə, telefonun batareyasını çıxarıb dinləmənin qarşısını almaq mümkündür”. Şahnaz NOVRUZQIZI 1094 dəfə baxılıb
|
[12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [22.01.2010] - İXTİRA SATILIR [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? [31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR? ARXIV
|