|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
UNİVERSAL ƏLİL ARABASI
Mövcud rıçaqlı əlil arabaları vasitəsi ilə yuxarıda qeyd edilən problemlərin hamısını bir arabanın köməyi ilə yerinə yetirmək mümkün deyil. Eyni zamanda universal əlil arabası texniki yeniliyinə malikdir və bu yenilik aşağıda göstərilən üstünlükləri əldə etməyə imkan verir. Təklif olunan əlil arabasının qabarit ölçüləri kiçik, manaver etmək imkanları böyük olduğundan əlil, ev şəraitində istədiyi kimi hərəkət etmək imkanı əldə edir. Təklif olunan əlil arabasını hərəkətə gətirmək üçün sərf edilən qüvvə mövcud rıçaqlı əlil arabasına sərf edilən qüvvədən 2-3 dəfə azdır. Əlil küçə hərəkətləri zamanı qarşılaşdığı maneələri (yoxuş, çıxış) sərbəst dəf etmək imkanı var. Mövcud rıçaqlı əlil arabasında bu maneələri dəf etmək üçün kənar şəxslərin köməyinə ehtiyac duyulur. Əlil araba ilə birlikdə ən kiçik həcmli liftə sərbəst girib-çıxmaq imkanı əldə edir. Mövcud rıçaqlı əlil arabalarının qabarit ölçüləri böyük olduğundan kiçik həcmli liftlərə yerləşmir. Təklif olunan əlil arabasının sürəti mövcud rıçaqlı arabaların sürətindən 2-3 dəfə böyükdür. Bu da əlilə istədiyi yerdə sərbəst gedib-gəlmək imkanı verir. Sağlam insan bu arabadan nəqliyyat vasitəsi kimi də istifadə edə bilər. SATIŞA DAXİLDİR: İxtiranın patenti, əlil arabasının sınaq nümunəsi Qiyməti 25 ml. ABŞ dolları
BİOMÜHƏRRİK
Biomühərrik ilk dəfə XX əsrin sonuna yaxın azərbaycanlı ixtiraçı Rəsmən Hacıyev tərəfindən ixtira edilmişdir. İxtiranın edilməsində məqsəd veloelektromobil nəqliyyat vasitəsi yaratmaqdır. Belə nəqliyyat vasitələrinin yaradılması üçün biomühərrik üzərində qurulmuş generator (220 v) insan bioenerjisi hesabına hərəkətə gətirilir (fırladılır) və alınmış enerji birbaşa və yaxud yığılmış (litium ”“ ion batareyası) formada veloelektromobil üzərinə bərkidilmiş elektrik mehərriklərinə verilir. Generator vasitəsi ilə alınmış enerjidən birbaşa istifadə zamanı batareya sistemdən ayrılır və onun doldurulması təmin edilir. Batareya sistemə qoşulan zaman birbaşa enerji sistemdən ayrılır. Bu ardıcıllıqla veloelektromobil nəqliyyat vasitəsi ilə istənilən məsafəni qət etmək mümkündür. Belə nəqliyyat modellərinin yaradıkması bəşəriyyət qarşısında duran bir çox problemləri həll etməyə imkan verəcəkdir. Müəllif tərəfindən veloelektromobilin yaradılması istiqamətində görülən işlər vəsait və texniki imkanların məhdudluğu ilə əlaqədar yarımçıq qalmışdır. İxtira və ideya satılır. SATIŞA DAXİLDİR: İxtiranın patenti, maketi və veloelektromobilin yarımçıq qalmış sınaq nümunəsi. Qiyməti ”“ 50 mil. ABŞ dollar Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri Rəsmən Hacıyev , İxtiraçı 2144 dəfə baxılıb
|
[12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? |
| Yeni MÜSAVAT © 2008 |
|