|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Qışın öz sərt üzünü göstərməsilə adətən insanların qayğıları da artır. Ev, istilik, işıq, dərmanla bağlı problemlər daha qabarıq şəkildə ortaya çıxmağa başlayır. Soyuq havalarda qidalanma məsələsi də önəmli mövzulardandır. Çünki sərt hava şəraitinə, infeksiyalara müqavimət qidalanma ilə bilavasitə əlaqəli hesab edilir. Bəs qışda hansı qidalara üstünlük verilməlidir? Doktor Seyfəddin Əsədə görə, soyuqdəyməsi olan adamlar əvvəlcədən özlərini qışa hazırlamalıdır: “Soyuq havalarda ayaqlar isti saxlanılmalı, su keçirməməli, nəm yerdə olmamalıdır. Nəm yer yaranıbsa, döşəmə taxta deyilsə, bu, çox zərərlidir, mütləq ayağın altına taxta qoyulmalıdır ki, revmatizm təhlükəsi yaranmasın. Yun paltar geyilməli, çalışmaq lazımdır ki, başa yağış, qar dəyməsin. Yeməklər əsasən isti olmalı, isti çay içilməlidir. Meyvə-tərəvəzdən də istifadə olunmalıdır. Qripdən qorunmaq üçün gün ərzində bir neçə dəfə buruna soğan suyu tökülməli, sarımsaq qəbul olunmalıdır. Bu zaman qrip inkişaf etmir. Uşaqlar arasında ”su çiçəyi" xəstəliyi yayıldığı üçün qorunmaq lazımdır. Soyuqdəyməsi olan adamlar öncədən profilaktika üçün arı vurdurmaqla qışa hazırlaşmalıdır". Şahnaz NOVRUZQIZI 1067 dəfə baxılıb
|
[12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? |
| Yeni MÜSAVAT © 2008 |
|