13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yaşam

HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

2010-01-27

Tanınmışların fərqli cavabları və arqumentləri oldu

Yanvarın 12-dən 13-nə keçən gecə Haitidə 5,9 və 7 bal gücündə dəhşətli zəlzələlər baş verdi. Yeraltı təkanlar 150 mindən çox insanın ölümünə səbəb oldu. Bu dəhşətli fəlakətdən sonra adada xeyli sayda uşaq yetim qalıb. Bütövlükdə isə BMT-nin Uşaq Fondu (UNİCEF) zəlzələdən 2 milyona yaxın uşağın birbaşa və ya dolayısı ilə zərər çəkdiyini açıqlayıb. Hər iki valideynini itirmiş uşaqların sayının 10 minə qədər olduğu deyilir.

Bu binəsib cocuqların taleyi hamını düşündürməyə başlamışdı. Əlbəttə, belə vəziyyətlərdə əl atılan ən optimal çıxış yolu həmin uşaqların imkanlı şəxslər tərəfindən övladlığa götürülməsi təcrübəsidir. İlk addım ABŞ hökumətindən gəldi. ABŞ hökuməti öz vətəndaşlarının Haiti zəlzələsi nəticəsində valideynlərini itirən uşaqları övladlığa götürə bilməsi üçün prosedurları asanlaşdırdı. Fransa hökuməti də oxşar addımı atmağı planlaşdırır.
Bəs görəsən, Azərbaycan da belə humanitar aksiyaya qoşulsa, bizim tanınmış adamlar haitili uşağı övladlığa götürmək istəyərmi?
Bu sualımıza cavab verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı məsələnin psixoloji baxımdan ağır olduğunu bildirdi: “Əgər imkanım olsaydı, həmin uşaqlara yardım kampaniyasına başlayardım. Fikrimcə, həmin uşaqlar yaşadıqları mühitdə qalmalıdır. Onsuz da bu zəlzələ uşaqlara böyük psixoloji zərbə vurdu. O baxımdan başqa ölkədə böyümək onlara pis təsir edə bilər. Əvəzində uşaq evləri açmaq, onları maddi cəhətdən təmin etmək lazımdır”.
Müsavat Partiyası Məclisinin üzvü, qəzetimizin köşə yazarı İbrahim İbrahimli haitili uşaqları övladlığa götürənləri alqışlasa da o cocuqlara başqa yollarla yardım etməyin tərəfdarıdır: “Söhbət onlara yaxından qayğının göstərilməsindən, qayğının nümayişindən gedirsə, bu addım alqışlanmalıdır. İmkanım olsaydı, mən də kömək edərdim. Çünki həmin uşaqları himayə etmək lazımdır. Özüm isə...”
“İçərişəhər” Cümə məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bu addıma müsbət yanaşsa da yetim uşağı övladlığa götürməyin məsuliyyət tələb etdiyini bildirdi: “Bu mənada indiki mərhələdə bu məsuliyyətin altına girməzdim. Çünki bu, quruculuq məsələsidir. Məmləkətimizdə dağıdıcılığın baş verməməsinə çalışdığımız bir zamanda belə nəcib və məsuliyyətli işi görmək bu günümüzün gerçəkliyinə uyğun gəlmir”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu böyük məmnuniyyətlə haitili uşağı övladlığa götürə biləcəyini açıqladı: “Amma Haitinin burada səfirliyi yoxdur. Bu baxımdan problem ola bilər. Amma məmnuniyyətlə bir uşaq götürərdim”.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı haitili uşağı övladlığa götürə biləcəyini dedi: “Orada böyük bir faciə yaşanıb. Haitili uşaq bizim uşaqlara bənzəməsə də anası və atası həlak olmuş uşağa valideynlik edərdim. Əlbəttə ki, şərtlərə əməl etmək imkanım olsaydı, bu addımı atardım”.
Millət vəkili Arzu Səmədbəyli isə haitili uşağı övladlığa götürməsə də başqa vasitələrdə həmin uşaqlara yardım etmək istədiyini açıqladı.
Müğənni Məhəbbət Kazımov imkan daxilində bir haitili uşağa valideyn olmaq istədiyini bildirdi.
Bəs məsələnin hüquqi tərəfləri hansılardır? Azərbaycan vətəndaşı Haiti vətəndaşını necə övladlığa götürə bilər?
“Hüquqi dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov bu məsələlərin Ailə Məcəlləsinə uyğun tənzimləndiyini bildirdi: “Həmin vətəndaş məhkəmə qaydasında müraciət edir. Burada qəyyuma qoyulan konkret tələblər var. Yəni maddi təminat, qəyyumun psixoloji vəziyyəti, həmçinin uşağın ya valideynlərinin, ya da yaxın qohumlarının ondan imtina etməsi barədə ərizəsi kimi tələblər qoyulur”.
Hüquqşünasın fikrincə, övladlığa götürülmədə həm də Haitinin qanunvericiliyi nəzərə alınmalıdır: “Haitinin qanunvericiliyi barədə ətraflı məlumata malik olmasam da ehtiyacı olan uşaqların övladlığa götürülməsində həmin dövlətin qanunlarının böyük əhəmiyyətə malik olduğunu deyə bilərəm”.

Nailə RÖVŞƏNQIZI

1120 dəfə baxılıb

Xəbəri paylaş

[12.10.2011] - AXİRƏT SEVDASI...

[28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU

[03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ

[01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...”

[07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ

[02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR”

[15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

[13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

[08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

[03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

[02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

[31.01.2010] - KİM SEVİRSƏ İDMANI...

[30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI

[27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

[27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR

[26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ?

[22.01.2010] - İXTİRA SATILIR

[20.01.2010] - “ALO, EŞİDİRƏM...”

[19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ?

[31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

ARXIV

Yeni MÜSAVAT © 2008