12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yaşam

KİM SEVİRSƏ İDMANI...

2010-01-31

Tanınmışlar idmanın hansı növü ilə məşğul olur?

“İdman sağlamlığın rəhnidir”. Yəqin ki, məşhur “Qaynana” filmindəki bu ifadə çoxlarının hələ yadından çıxmayıb. İnsan sağlamlığının bir nömrəli təminatçısı olan idmanın ən müxtəlif növləri mövcuddur. Əgər əvvəllər bu işlə tək kişilər məşğul olurdusa, artıq qadınlarımız da idmana böyük həvəs göstərirlər.

Günümüzdə idmanla məşğul olmaq insanlar arasında kütləvi hal alıb. Hər kəs öz sağlamlığı naminə idmanın bir sahəsinə maraq göstərir. İqtidar mənsubları arasında idmanın müxtəlif növlərinə maraq göstərənlər sayı seziləcək dərəcədə artıb. Məmurları paytaxtın bəlli ərazilərində fəaliyyət göstərən idman mərkəzlərində tez-tez görmək olar. Bəs digərləri necə, idmanla məşğul olurlarmı?
Millət vəkili Fəzail Ağamalı idmanın bir çox növləri ilə maraqlanır: “Əsasən yüngül atletika, voleybol ilə məşğul olmuşam. Boş vaxtlarımda tennis oynamışam. İdmana meylli olduğum üçün bəzən güləşlə də məşğul olduğum olub. İndi isə imkan tapanda üzürəm. Çalışıram ki, daha çox gəzim. İdmandan çox əyləncə növü olsa da bilyard oynamağa üstünlük verirəm”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı stolüstü oyunlarla maraqlanır: “Mən əsasən şahmat, futbol və tennis oynamağa üstünlük vermişəm. Yay aylarında futbol və stolüstü tennis oynayıram, daha çox stolüstü oyunları tərcih edirəm”.
Professor Qabil Hüseynli daha çox qaçır: “İdmanın yüngül növlərinə üstünlük verirəm. Adətən qaçıram, imkan olanda velosiped sürürəm. Əvvəllər mini futbol oynayırdım, indi bunu dayandırmışam. Ümumiyyətlə idmanın yüngül növləri ilə professional şəkildə deyil, amma can sağlığını qorumaq üçün məşğul oluram. Yatmazdan əvvəl qaçmağa çalışıram”.
“Əvvəllər sərbəst güləşlə məşğul olmuşam, indi isə daha çox yeriməyə üstünlük verirəm, hər səhər on beş dəqiqə qaçıram” bunları isə millət vəkili Arzu Səmədbəyli söylədi.
AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Oruclu güləşlə məşğul olub: “Heç vaxt professional şəkildə idmanla məşğul olmamışam. Uşaq vaxtı güləşə getmişəm. Müəyyən qədər futbol oynamağı da sevmişəm”.
Millət vəkili Asim Mollazadə də idmanla məşğul olur: “İndi daha çox yeriyirəm, amma zamanında güləşlə məşğul olmuşam”.
Millət vəkili Nəsib Nəsibli isə idmanın yalnız qaçış növü ilə məşğul olur.
Qəzetimizin köşə yazarı Tofiq Yaqublu futbol oynamağa üstünlük verənlərdəndir: “Mən gənclikdə güləşlə məşğul olsam da indi mütəmadi olaraq futbol oynayıram”.

ŞAHNAZ

992 dəfə baxılıb

Xəbəri paylaş

[12.10.2011] - AXİRƏT SEVDASI...

[28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU

[03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ

[01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...”

[07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ

[02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR”

[15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

[13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

[08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

[03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

[02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

[31.01.2010] - KİM SEVİRSƏ İDMANI...

[30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI

[27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

[27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR

[26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ?

[22.01.2010] - İXTİRA SATILIR

[20.01.2010] - “ALO, EŞİDİRƏM...”

[19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ?

[31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

ARXIV

Yeni MÜSAVAT © 2008