13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yaşam

SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

2010-02-02

Mütəxəssislərə görə, irsilik, hormonal faktor, keyfiyyətsiz qidalanma, texnogen faktorlar və stress prosesin əsasında durur

Statistik məlumatlara əsasən dünya əhalisinin 56 faizi saç tökülməsinə meyllidir. Saçı tökülənlərin 95 faizini isə kişilər təşkil edir. Maraqlıdır, niyə daha çox güclü cinsin nümayəndələri saç tökülməsindən əziyyət çəkir?

Kosmetoloq Sevda Muradovaya görə, kişilərin saç tökülməsinə cavabdeh olan testosteron hormonu zaman ötdükcə və daxildəki maddələr mübadiləsindən asılı olaraq dihidrotestorstorona çevrilir ki, nəticə etibarilə tük kökündə qan dövranı pozulur: “Bu zaman hormonların toksik təsiri başlayır. Follikulyar tük kökü ətrafında mikrosirkulyasiya pozulur, qidalanma zəifləyir. Normal tüklər getdikcə daha nazik tüklərlə əvəz olunur. Son mərhələdə saç tökülür, dazlıq əmələ gəlir”.
S.Muradova ona müraciət edənlərin içərisində kişilərin üstünlük təşkil etdiyini söylədi: “Çoxu kişidir. Bununla belə, 35-40 yaşdan sonra qadınların da saçı tökülür. Cinsi hormonlar dəyişikliyə uğrayır, balans pozulduğundan, qadınlarda keçəlləşmə baş verir.  Xroniki proseslər, endokrin problemlər, qan azlığı və digər amillər saç tökülməsinə gətirib çıxarır. Həmçinin öd kisəsi problemləri prosesi sürətləndirir”.
Kosmetoloq tükün təbii yolla bərpası yollarından həkimlərin istifadə etdiklərini qeyd etdi: “Təbii yolla peşəkar həkim rəy verdikdən sonra qan dövranı müalicə ilə bərpa olunur. Müalicə nəticəsində biz tüklərin bərpasına nail oluruq”.
S.Muradova müalicəyə saç tökülməsi nəzərə çarpan kimi, ilk 2-3 il ərzində başlamağı vacib sayır: “Müəyyən yaş dövründə erkən saç tökülməsi dayanır. Bu, kişilərdə erkən hormonal inkişafla bağlı ola bilir. 25-30 yaşa qədər dövrdə tökülmə sakitləşir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla saç tökülməsinin səbəblərinin çox olduğunu dedi: “Bunlardan bir qrupu anadangəlmə, yəni irsidir. Valideynlərində saç tökülməsi dominant olan kişilərdə bu daha çox özünü göstərir. Bu da həm hormonal, həm yağlı seboreyanın olmasını şərtləndirir. Əsas faktorlar bunlardır. Radiasiya, qidalanma tərzi, radio siqnalları, tezliklər, mobil telefon, radio telefonları də prosesə öz neqativ təsirini göstərir. Keyfiyyətsiz qidalanma, zülal defisiti də saç tökülməsində öz rolunu oynayır. Yəni daxili və xarici amillər məsələsi var”.
A.Qeybulla tökülən saçların bərpası üçün istifadə olunan üsullara da toxundu: “Autosaçların əkilməsi ilə ölən tüklərin  bərpası  həyata keçirilir. Bunun ziyanı yoxdur, çünki insanın öz saçından istifadə olunur. Sözsüz ki, burada normal fizioloji istiqamət gözlənilir. Onunla yanaşı, heterogen saçların saçlar əkilməsi məsələsi də sınaqdan keçirilir. Yəni insanın özündən yox, başqa insandan, başqa canlıdan götürülən nümunələr hesabına tüklərin bərpası nəzərdə tutulur. Bu baxımdan hazırda kötük hüceyrələr üzərində tədqiqatlar aparılır”.
Bir çox mütəxəssislərə görə, saçların tökülməsində stresslər, yəni sinir sisteminin vəziyyəti də az rol oynamır.

Nailə RÖVŞƏNQIZI

2501 dəfə baxılıb

Xəbəri paylaş

[12.10.2011] - AXİRƏT SEVDASI...

[28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU

[03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ

[01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...”

[07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ

[02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR”

[15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

[13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

[08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

[03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

[02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

[31.01.2010] - KİM SEVİRSƏ İDMANI...

[30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI

[27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

[27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR

[26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ?

[22.01.2010] - İXTİRA SATILIR

[20.01.2010] - “ALO, EŞİDİRƏM...”

[19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ?

[31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

ARXIV

Yeni MÜSAVAT © 2008