12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yaşam

TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

2010-02-03

Gülər Əhmədova: “Azərbaycanda səviyyəli öncəgörən tanımıram”
Aynur Quliyeva: “Pisliklərdən uzaq olmaq üçün tez-tez ”Quran"dan surələr oxuyuram"
Mehriban Zeynalova: “Bəzən işdə kofe ilə fala baxırıq”

Ötən həftə “Yeni Müsavat”da Fatma adlı qadının falçılıq fəaliyyətindən bəhs edilən yazı dərc olunmuşdu. Yazıda Fatma xanım bildirib ki, ona bir çox tanınmış qadınlar, o cümlədən xalq artistləri Brilliant Dadaşova ilə Məleykə Əsədova da müraciət ediblər. Falçı qadın tale ilə əlaqədar ona üz tutan həmin xanımlara “yardım əlini uzadıb”. Görəsən, daha hansı tanınmış xanım falçılardan kömək istəyiblər? Onlar, ümumiyyətlə, öncəgörənlərə inanırlarmı?

Gülər ƏhmədovaDeputat Gülər Əhmədova indiyədək “falçıya getməmişəm” deyən qadınların səmimiyyətinə inanmır və öncəgörməyə şübhə etmir: “Ən əvvəl onu deyim ki, belə bir məsəl əbəs deyilməyib: ”Fala inanma, faldan da qalma". Mən o şəxslərin səmimiyyətinə inanmıram ki, onlar “mən heç vaxt falçıya getməmişəm” deyir. Şübhəsiz ki, ən doğrusunu bilən Allahdır, amma öncəgörmə min illərin sınağından keçib. Nostradamusun, Vanqanın proqnozlarını daim izləmişəm, amma mən Azərbaycanda yüksək səviyyəli öncəgörən tanımıram. “Yeni Müsavat”da yazdığınız həmin Fatma barədə də eşitməmişəm. Qoroskoplara, ulduz fallarına müəyyən dərəcədə inanıram, amma mənim bürcüm barədə yazılanlar heç vaxt doğru çıxmır. Peyğəmbərimiz də üfürən qadınların şərindən hifz olunmaqdan danışıbsa, deməli şeytan əməli də var, nəfs də, həsəd də. Odur ki, “Fələq” və “Nas” surələrini hər səhər evdən çıxanda oxumaq lazımdır ki, bəd əməllərdən hifz olunaq. (Gülər xanım həmin surələri ərəbcə oxuyur da). Mənə elə gəlir ki, özünü müsəlman sayan hər bir kəs bu surələri əzbərdən bilməli və tez-tez təkrar etməlidir".
Aynur QuliyevaDeputat xanım Aynur Quliyeva da öncəgörməyə inandığını bildirdi. Allaha özünü olduqca yaxın hesab edən deputat xanım bəzən özünün də intuisiyasının ona qabaqcadan düzgün istiqamət verməsini duyub: “Mənim fikrimcə, bəzi insanların qabaqcadan güclü duyma hissiyyatı var. İnsanın insana telepatik informasiya ötürməsi, insanın kosmosla ünsiyyətinə çox inanıram. Hətta hesab edirəm ki, insan pozitiv düşünürsə, pozitiv nəticə də əldə edə bilir. Mən indi əksər adamlarımızda ruh düşkünlüyü hiss edirəm və buna çox təəssüflənirəm. Məsələn, Qarabağ probleminin həllində pessimist düşüncədə olanlar çoxdur. Mən belə insanlara tövsiyə edərdim ki, bəd düşüncədə olmasınlar. Mən çox inanıram ki, Allahla bizim aramızda gözəgörünməyən bağ var. Biz nə qədər pozitiv düşünsək, danışsaq bu bağ bir o qədər möhkəm olar. Ümumiyyətlə, falçılara gedən qadınların inancına hörmətlə yanaşıram. Əgər bu, insanlara rahatlıq gətirirsə, burada pis heç nə yoxdur. Bu gün Türkiyədə kofe içdikdən sonra fincanın dibinə baxıb proqnoz vermək adi məişət hadisəsinə çevrilib. Mən də olub ki, kofe ilə proqnoz verməyi bacaran rəfiqəmin dediklərinə maraqla yanaşmışam. Amma özüm konkret olaraq bu işin dalınca qaçmamışam. Xiromantiyadan bilənlər əlimi oxumaq istəyibsə, buna etiraz etməmişəm və mənim də marağımda olub ki, əl xətləri ilə tale oxşarlığının açılması haqda özümə dair məlumat alım. Ümumilikdə mən Allaha çox bağlı adamam və hər gün demək olar ki, yeri düşdükcə, özümü pisliklərdən mühafizə etmək üçün ”Qurani-Kərim"dən “Fələq”, “Nas”, “Fatihə”, “Ayətül-kürsü” surələrini əzbərdən oxuyuram və bu, mənə rahatlıq gətirir".
Mehriban Zeynalova“Təmiz dünya” Mərkəzinin rəhbəri Mehriban Zeynalova da əksər xanımlar kimi öncəgörməyə inancla yanaşır. Lakin Mehriban xanım da bildirdi ki, “taleyini oxutdurmağa” xüsusi vaxt ayırmayıb: “Bizim təşkilatın əsas problemi maliyyə ilə əlaqədardır. Odur ki, işdəki xanımlar bəzən oturub kofe ilə ”təşkilat üçün yaxın günlərdə yaxşı pul əldə edə biləcəyikmi" sualına cavab axtarırlar. Amma mən falçıya getməyə xüsusi vaxt ayırmamışam".

NƏRGİZ

1526 dəfə baxılıb

Xəbəri paylaş

[12.10.2011] - AXİRƏT SEVDASI...

[28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU

[03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ

[01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...”

[07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ

[02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR”

[15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

[13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

[08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

[03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

[02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

[31.01.2010] - KİM SEVİRSƏ İDMANI...

[30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI

[27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

[27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR

[26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ?

[22.01.2010] - İXTİRA SATILIR

[20.01.2010] - “ALO, EŞİDİRƏM...”

[19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ?

[31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

ARXIV

Yeni MÜSAVAT © 2008