09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yaşam

BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

2010-02-08

Onlar haqqında nə bilirik?

Ta qədimlərdən insan öz ətrafında baş verən prosesləri, xüsusən də təbiət hadisələrini diqqətlə izləyib. Bu hadisələri onun yaşayışına, güzəranına necə təsir etməsinə görə təsnifləndirib və həmin dəyişiklikləri özünün ilkin bədii təxəyyülündə ibtidai şəkildə olsa da, obrazlaşdırmağa çalışıb.

Həyatı çətinliyə salan, sıxıntılarla imtahana çəkən qışın obrazı, heç şübhəsiz ki, ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı. Elə buna görə də canlı danışıqda geniş yer alan “Qara qış”, “Böyük çillə”, “Kiçik çillə” kimi adlar təbiətin sərt iqliminin, diriliyə uyar olmayan çağının tarixi-semantik məzmun daşıyıcısı kimi ortaya çıxıb.
Bir çox hallarda “qış”ın əvəzedicisi kimi işlənən “çillə” sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamındadır. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə “çillə çıxartma”, “çilləkəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir.
El arasında qışın oğlan çağı adlandrılan bu dövrdə havaların mütləq kəskin soyuması müşahidə olunur. Bu onu göstərir ki, qədim türk inanclar sistemi təbiətin öyrənilməsində mükəmməl bilgilərə sahib idi. Əski inanclara görə, onlar qışın tən ortasında görüşür. Kiçik böyükdən soruşur, nə gördün? Böyük deyir ki, dolu samanlıqlar, yağ küpələri, qollu - biləkli qarılar təndirə çörək yapırdı. Kiçik deyir, eybi yox, ömrüm 20 gün də olsa, mən o qarıları külfədən soxub bacadan çıxaracağam. Dolu samanlıq və yağ küplərini isə tükədəcəm.
Artıq kiçik çillə daxil olub. Qədim türklər qış fəslini 3 yerə bölürdülər. Böyük çillə 40 gün, kiçik çillə 20 gün və bundan sonra 30 günlük boz ay gəlir. Daha mülayim olan böyük çillədən fərqli olaraq kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.
Artıq kiçik çillə sərt üzünü göstərir. Soyuğu, qar-çovğunu ilə. Ancaq el arasında deyildiyi kimi, üzü yaza gedən qışdan qorxmağa dəyməz.

Zülfiyyə SAKİTQIZI

1916 dəfə baxılıb

Xəbəri paylaş

[12.10.2011] - AXİRƏT SEVDASI...

[28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU

[03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ

[01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...”

[07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ

[02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR”

[15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

[13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

[08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

[03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

[02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

[31.01.2010] - KİM SEVİRSƏ İDMANI...

[30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI

[27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

[27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR

[26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ?

[22.01.2010] - İXTİRA SATILIR

[20.01.2010] - “ALO, EŞİDİRƏM...”

[19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ?

[31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

ARXIV

Yeni MÜSAVAT © 2008