12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yaşam

ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

2010-02-13

Sən demə, ən intizamlı sürücülər zərif cinsin nümayəndələri imiş

Son vaxtlar Azərbaycanda qadınlar arasında maşın sürənlərin sayı xeyli artıb. Əlbəttə, burada qəribə heç nə yoxdur. Bu məsələdə qadın-kişi ayırımı aparmağa, hansısa hüquqi, yaxud mənəvi meyarlara əsaslanıb xanımlara bu məsələdə əngəl yaratmağa əsas yoxdur. Amma razılaşaq ki, Avropa ölkələrində qadınların maşın sürməsi adi hal olsa da bizdə bu, bir qədər qəribə qarşılanır. Qadınlarımızın sükan arxasına keçməsindən narahat olan kişilər də az deyil. Çünki onlar düşünür ki, maşın sürmək sırf kişi işidir.

Bəs qadınlar bu haqda nə düşünür? Cəmiyyətimizdə göz önündə olan və maşın sürən qadınlar hansı maneələrlə üzləşir? Hansı markalı maşınlardan istifadə edir, maşınların əsasən hansı xüsusiyyətlərinə üstünlük verir? Bu suallara cavab öyrənmək üçün xanım sürücülər arasında sorğu keçirdik.
“Akkord” şirkətlər qrupu mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva maşın sürməyi bacarır, özü də bu işə orta məktəbdə oxuyandan maraqlıdır: “Hazırda öz maşınım yoxdur, şirkətin maşını və sürücüsü var. Hərdən olur ki, polis maşını saxlayır, vəsiqələrlə maraqlanır. Biz də vəsiqəni göstərib keçirik. Mən maşınların markası ilə maraqlanmıram, hazırda xidməti maşınım ”Chevrolet-Niva"dır, bu maşından çox xoşum gəlir".
“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı maşın sürə bilsə də daha çox sürücü xidmətindən istifadəyə üstünlük verir: “Çalışıram ki, həftə sonları özüm sürüm. 12 ildir maşın sürməyi bacarıram. Bəlkə az sürdüyümə görədir, amma heç vaxt maneəyə rast gəlməmişəm. Əgər yol-hərəkət qaydalarına düzgün əməl etsək, heç bir maneə olmaz. Bəzən qadınlarımız maşın sürərkən böyük xətalar edir. Elə az sürətlə maşın sürürlər ki, bəzən necə sürdüyünü unudub özlərini itirirlər. Bu hal daha çox yeni öyrənən qadınlara aiddir. Belə naşılar yolda tıxaclara səbəb olur. Ümumilikdə isə qadınlarımız çox yaxşı maşın sürməyi bacarır və əksəriyyəti də sürür. Məni heç vaxt polis saxlamayıb, qaydaları pozsam, yəqin saxlayar. Mənim üçün maşında ən önəmli olan rahatlıqdır. Həm də benzinə qənaət edən maşın istəyirəm. Başqa heç nə maraqlı deyil, məni işə aparıb-gətirsin. Maşın sürmək çox məsuliyyətli işdir. Çünki həm öz, həm də başqa maşındakı insanların, bir də piyadaların taleyini düşünməliyik. Ən yüngül bir qəzada insanlar, ailələr böyük ziyan çəkə bilər. Qadınlar çox diqqətli və rahat maşın sürür. Amma maşın sürməyi tam öyrənmədən yola çıxan qadınlara sadəcə üzülürəm”.
Müsavat Partiyası Divanının üzvü, professor Almaz Əliqızının isə maşın sürməsinə həyat yoldaşı icazə verməyib: “Mən iki-üç ay maşın sürmüşəm, amma sonra həyat yoldaşım narazılıq etməyə başladı ki, şəhərdə təhlükəsizlik qaydalarına əməl etməsən, yol hərəkəti qaydalarına əməl etsən, səni vuracaqlar. Ona görə maşınımı satdım. Mən maşın sürmüşəm və qadınların maşın sürməsinə yaxşı baxıram. Bu gün şəhərdə hər on sürücünün ikisi qadındır. Məncə, qadınlar daha yaxşı maşın sürür. Əvvəllər maşına zənginlik göstəricisi kimi baxırdılar, indi isə o, insanın gündəlik tələbatını ödəyən elementar şeydir. Maşın sürən qadınların əksəriyyəti ziyalı xanımlardır. Düşünürəm ki, ən rahat maşınlar xarici maşınlardır”.
Deputat Gültəkin Hacıbəyli sən demə, təcrübəli sürücülərdən imiş: “Şəxsi maşınım var və maşın sürməyi bacarıram. On ildir maşın sürürəm. Amma son dövrlərdə işlərin çox olması üzündən daha çox sürücü xidmətindən istifadə edirəm. Bakıda maşın sürməkdə ən böyük problem tıxaclardır. Bu da yolda həddən artıq vaxt itkisi deməkdir. Bu, mənim üçün ən böyük narahatlıq və maneədir. Heç vaxt maşın sürərkən polis tərəfindən saxlanılmamışam, çünki həm maşını sürətlə sürmürəm, həm də təhlükəsizlik kəmərindən istifadə edirəm. Mən heç vaxt maşının markasına fikir verməmişəm. Maşın mənim üçün yalnız nəqliyyat vasitəsidir. Hansı maşın rahat, təhlükəsiz və maddi imkanlarıma uyğundursa, ondan da istifadə edirəm. Qadınların maşın sürməsinə yaxşı baxıram. Maşından istifadə edən insanlar vaxta qənaət edir”.

Şahnaz NOVRUZQIZI

1611 dəfə baxılıb

Xəbəri paylaş

[12.10.2011] - AXİRƏT SEVDASI...

[28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU

[03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ

[01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...”

[07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ

[02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR”

[15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR?

[13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM...

[08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ...

[03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI?

[02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR...

[31.01.2010] - KİM SEVİRSƏ İDMANI...

[30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI

[27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ?

[27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR

[26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ?

[22.01.2010] - İXTİRA SATILIR

[20.01.2010] - “ALO, EŞİDİRƏM...”

[19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ?

[31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR?

ARXIV

Yeni MÜSAVAT © 2008