 |
Yaşam
“EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” 2010-03-02 Tanınmışlar əsasən pişiyə üstünlük verir, onların arasında tutuquşu saxlayan da olub...
|
Hələ qədim zamanlardan evdə heyvan saxlamaq insanlar arasında geniş yayılıb. Heyvan saxlamağın bir çox səbəbləri olub. Kimi it saxlayıb ki, ətrafdakı təhlükələrdən özünü qorusun. Kimi isə başqa heyvanları bəsləyib ki, ətindən, südündən yararlansın.
Müasir dövrdə heyvan saxlamağın başqa səbəbləri də var. Psixoloqlara görə, ev heyvanları insanların əsəblərini sakitləşdirir. İnsana ən çox müsbət enerji verən heyvan isə balıqlar və quşlar sayılır. Dinimiz də ev heyvanları saxlamağı təqdir edir. Lakin İslam onları incitməməyi tövsiyə edir. “Heyvanlar insanlara əmanətdir” deyilir bir qiymətli kəlamda. O da nəql edilir ki, sevimli peyğəmbərimiz (s) evə girəndə həmişə əbasına pişik toxunarmış. Ev heyvanlarının bu kimi xüsusiyyətlərini nəzərə alaraq tanınmış jurnalistlər və siyasətçilər arasında kiçik bir sorğu keçirdik. “Bizim Yol” qəzetinin əməkdaşı Natiq Cavadlı ev heyvanlarının saxlanılmasına normal baxır: “Mən evdə heyvan saxlamıram. Amma saxlayanlara da pis baxmıram. Hər kəsin şəxsi işidir. Kim istəsə saxlaya bilər”. Lent.az portalının baş redaktoru Qabil Abbasoğlu da ev heyvanı saxlamır: “İndi saxlamıram. Rayonda olanda heyvanlarım olub. İt saxlamışam. Amma Bakıda heyvan saxlamağa şərait olmadığı üçün saxlamıram”. “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ev heyvanları saxlayır. “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu həyatımızın heyvanlardan asılı olduğunu düşünür: “Məncə, bizim həyatımız ev heyvanlarından asılıdır. Toyuq, cücə, inək əsas ev heyvanlarıdır. Mən hər zaman evdə heyvan saxlamışam. Hazırda da himayəmdə üç pişik var, onları davamlı yemləyirəm. Amma evdə heyvan saxlamağa şəraitim yoxdur”. ADP sədri Sərdar Cəlaloğlu ev heyvanlarını sevir: “Elmi cəhətdən sübut olunub ki, insan təbiətə nə qədər yaxın olarsa, o qədər humanist olur. Ümumiyyətlə, ev heyvanları insanlara müsbət enerji verir. Mən onları sevirəm. Evdə pişiyimiz var. Mən onu Bayıl təcridxanasında olanda götürüb evə göndərmişəm. Pişikdən əvvəl də evdə tutuquşu saxlamışıq”. Köşə yazarı İbrahim İbrahimli də ev heyvanlarını sevdiyini və evdə pişik saxladığını bildirdi. “Uşaq vaxtı göyərçin saxlamışam. Amma indi heç bir heyvan saxlamıram”. Bunu isə bizə “525-ci qəzetin baş redaktoru Rəşad Məcid söylədi. Şahnaz NOVRUZQIZI 2035 dəfə baxılıb
|
[12.10.2011] - AXİRƏT SEVDASI... [28.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [03.05.2010] - DÜNYANIN İLGİNC TOY ADƏTLƏRİ [01.05.2010] - “KÖMƏK EDİN, ARVADIM MƏNİ DÖYÜR...” [07.03.2010] - ƏN SAĞLAM MƏTBƏXİ OLAN 10 ÖLKƏ [02.03.2010] - “EV HEYVANLARI İNSANA MÜSBƏT ENERJİ VERİR” [15.02.2010] - AZƏRBAYCANDA ÖLMƏK NEÇƏYƏDİR? [13.02.2010] - ASTA SÜR MAŞINI, AMANDIR, XANIM... [08.02.2010] - BÖYÜK ÇİLLƏ, KİÇİK ÇİLLƏ... [03.02.2010] - TANINMIŞ XANIMLAR FALÇIYA İNANIRLARMI? [02.02.2010] - SAÇ TÖKÜLMƏSİNİ ÖNLƏMƏK OLAR, ƏGƏR... [31.01.2010] - KİM SEVİRSƏ İDMANI... [30.01.2010] - KİBRİT QUTUSU ÖLÇÜSÜNDƏ İZLƏMƏ APARATLARI SATIŞA ÇIXARILDI [27.01.2010] - HAİTİLİ UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏRSİNİZMİ? [27.01.2010] - SOYUQ HAVALARDA QİDALANMAYA XÜSUSİ DİQQƏT EDİLMƏLİDİR [26.01.2010] - KİŞİLƏRİN ZİNƏT TAXMASI CAİZDİMİ? [22.01.2010] - İXTİRA SATILIR [20.01.2010] - “ALO, EŞİDİRƏM...” [19.01.2010] - AZƏRBAYCANDA İCTİMAİYYƏT “KURDLAR VADİSİ”ni İZLƏYİRMİ? [31.12.2009] - HANSI ÖLKƏ YENİ İLİ NECƏ QARŞILAYIR? ARXIV
|