24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

DİŞ PROTEZİ KİMİ İCRA BAŞÇILARI

2012-02-04

İndi də qəzetlər yazmağa başlayıblar ki, Gəncənin icra başçısı Yelmar Vəliyev Hacıbala Abutalıbovun yerinə gətirilir. Mən qətiyyən bunun əleyhinə deyiləm, baxmayaraq ki, Yelmar Vəliyevi də rüşvətxor və talançı hakimiyyətin tipik məmurlarından biri hesab edirəm. Hacıbala Abutalıbovun mer olmasına münasibətim, yüzdə-yüz bu iqtidara münasibətimlə eynidir. Düşünürəm ki, bugünkü iqtidarın getməsi əsas məsələdir, onun yerinə kimin və yaxud da hansı siyasi qüvvənin gəlməsi o qədər vacib deyil. Ən uğursuz əvəzləmə belə, indikindən yaxşı olacaq. Çünki indi Azərbaycanı idarə etmirlər, sadəcə olaraq, onu talayaraq, məhv etməklə məşğuldurlar. Eləcə də Hacıbala Abutalıbov. Bir-iki yaraşıqlı park və meydan sizi aldatmasın, bu adam Bakını məhv etməklə məşğuldur.

Bilirsiniz ki, Yelmar Vəliyev Gəncənin icra başçısı olmamışdan qabaq Yevlağın icra başçısı idi. Rayonlarımızın icra başçılarına baxdıqda görürük ki, onların da əksəriyyəti vaxtilə başqa rayonun icra başçısı olub. Artıq belə bir ənənə formalaşıb ki, icra başçıları işdən çıxarılmırlar, sadəcə olaraq, onların yerləri dəyişdirilir. Məsələn, Bərdənin icra başçısını, Salyana, Salyanın icra başçısını Daşkəsənə, Daşkəsənin icra başçısını da Bərdəyə göndərib, adını kadr islahatı qoyurlar. Ona görə də vətəndaşlarda çox haqlı olaraq belə bir sual yaranır ki, əgər yerləri dəyişdirilmiş icra başçıları yaxşı işləyirdilərsə, vəzifələrinin öhdəsindən gələ bilirdilərsə, elə qalıb işləyərdilər də. Yox, əgər Bərdənin icra başçısını yaxşı işləmədiyinə görə yerindən dəbərdirlərsə, o gedib Salyanda necə işləyəcək?
Rayonların icra başçılarının yerlərinin dəyişdirilməsinə Qədimalı qağamın özəl münasibəti var. Deyir ki, bajıoğlu, kəndə yas yerinə getmişdim. Çoxdan görmədiyim qonum-qonşu ilə doyunca söhbət etdik, dərdləşdik. Ehsan zamanı qonşum İmirzə kişi heç nə yemədiyimi görüb səbəbini soruşdu. Mən də dedim ki, diş protezimi iki-üç həftədir ki, düzəltdirmişəm, amma heç damağıma oturmur, usta naşı düzəldib, ona görə də Bakıya qayıdanda ayrısını düzəltdirəcəm. Bakıya qayıtmağımdan heç iki həftə keçməmişdi ki, baxıram İmirzə kişi ismarış göndərib ki, əgər özünə təzə protez düzəltdinsə, köhnəni mənə göndər, dişsizəm.
YAP da icra başçılarını həmin ağılla dəyişdirir. Düşünür ki, bir rayonda yarıtmayan o biri rayonda lap yerində oturacaqmış.
YAP iqtidarı düşündüyünüz qədər də sadəlövh deyil axı. İcra başçılarının dəyişdirilməsində onun çox incə marağı var. Tutaq ki, filan rayonun icra başçısı artıq neçə ildir ki, işləyir. Ora təzə təyin olunanda rayondakı vəzifələri satmaqdan topladığı və rayonun inkişafı üçün ayrılmış pullardan yuxarının payını verib oturub. Bundan sonra həmin icra başçısından sanballı bir şey gözləməyə dəyməz. Onun işlətdiyi rayonun potensialına uyğun olaraq, ödədiyi aylıq haqq, indiki analoqu olmayan inkişaf dövründə o qədər də ciddi məbləğ sayılmır. Özünə hörmət edən rüşvətxor hakimiyyət belə xırda məbləğlərə əl uzatmaz. Odur ki, dəyiş-düyüş siyasətinə rəvac verilir. Başqa rayona icra başçısı təyin olunanın özündən başlayırlar. Baxmayaraq ki, adam elə əvvəl də icra başçısı işləyirdi, bu, fərq etməz. Təzə təyinat varsa, təyin olunan yuxarıların haqqını ödəməlidir, bu qanundur. Köhnə təzə icra başçısı kabinetinə oturan kimi, rayondakı bütün vəzifəlilər yenidən “qeydiyyatdan” keçirilir. Köhnə təzə icra başçısını qətiyyən maraqlandırmaz ki, filan vəzifənin sahibi cəmi 6 ay qabaq əvvəlki icra başçısına bir ətək pul verib və bura təyin olunub. Hər şey sıfırdan başlanmalıdır, ya qeydiyyatdan keçməlisən, ya da vəzifəni təhvil ver, get pulunu əvvəlki icra başçısından istə. Başqa cür ola bilməz axı, yuxarıdan yerli vəzifə sahiblərinin yenidən qeydiyyatdan keçməsinin ciddi monitorinqi aparılır və bir manat da o yana, bu yana ola bilməz. Üstəlik də yeni icra başçısının gəlməsi münasibətilə mərkəzdən rayonun sosial-iqtisadi inkişafı üçün külli miqdarda pul ayrılır ki, onun da əvvəlcədən müəyyənləşdirilmiş hissəsi geri qayıtmalıdır. Bax, YAP-ın illərdir ki, apardığı dəyiş-düyüş kadr siyasətinin mahiyyəti bundan ibarətdir.
Bütün bunlara rəğmən Hacıbala Abutalıbovun getməsi çox vacibdir. Ayıbdır axı...

467 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008