24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

TORPAQ SƏNİ DƏ BASACAQ BAĞRINA, SİYAVUŞ!

2012-02-08

Hazırda qar-buz yağan göydən daş yağmasa yaxşıdır, Siyavuş Novruzovun adı Aristotel və Lütfi Zadə ilə yanaşı çəkilib. Bu mübarək söhbəti Eldar Namazov eləyib. Politoloq ölkədə və dünyada baş verən bütün siyasi hadisələrə öz məntiqi ilə şərh verən deputatın növbəti açıqlaması barədə danışarkən deyib ki, dünyada üç cür məntiq var: Aristotel məntiqi, Lütfi Zadə məntiqi, bir də Siyavuş Novruzov məntiqi.

Birinci kişinin məntiqi adi məntiqdir, bilirsiniz, ikinci kişinin məntiqi qeyri-səlis məntiqdir, bunu da eşitmiş olarsınız, amma üçüncü şəxsin məntiqinin nədən ibarət olması, məğzinin, mahiyyətinin nə olduğunu çox adam bilmir, bircə özü bilir. (Ona görə yox ki, qəliz məntiqdir, ona görə ki, bir zibil məntiq deyil).
Son vaxtlar bu adam danışanda o qədər ötkəm-ötkəm, “dünya mənimdir” ədasıyla, 1000 il (minimum) yaşayacaqmış kimi danışır ki, adamın yadına köhnə bir türk mahnısının sözləri düşür, az qalırsan zəng eləyib o sözləri ona xatırladasan. O məşhur mahnının dərin mənalı və sırf həqiqətə söykənən sözləri belədir: “Torpaq məni də basacaq bağrına”. Siyavuşa zəng eləyən olsa, “məni” əvəzliyini dəyişdirib “səni” eləsin və desin ki, Siyavuş, bu qədər göylə getmə, torpaq səni də basacaq bağrına.
Kim bilir, bəlkə o, dünyanın faniliyindən bəhs edən bu dörd kəlməlik ifadəyə də öz məntiqi ilə yanaşacaq, deyəcək, mənə dəxli yoxdur? Olar, olar. Dünya üzərindəki despotların tam əksəriyyəti inanır(mış)lar ki, onlar müstəsna məxluqdurlar, bir halda ki, Allah onları hökmdar edib, demək, ölümsüzdürlər.
Görəsən, nə olar, bu adam bir dəfə də müdrik-müdrik susa, danışmamaq hüququndan istifadə edə, nəyəsə münasibət bildirməyə, hətta jurnalistlər sual versələr də, deyə ki, dostlar bu məsələ mənim kompetensiyama aid deyil, ona görə də sualınıza cavab verə bilməyəcəm, inciməyin.
Yox, yox, elə şeymi olar? Mandatı avtomatik olaraq haram olar, üzünə söz gələr, barəsində şübhə yaranar, dost-düşmən nə deyər? Elə bilərlər ki, adam artıq hansısa başqa səmtlərə meyllənib. Ona görə də o, axıracan istiotlu-istiotlu danışmalıdır.
Tutaq ki, taksi sürücüləri güzəran dərdi çəkib aksiya keçirirlər, Siyavuş deyəcək, canları çıxsın, özlərinə düz-əməlli iş tapsınlar, Türkiyədə bir qəzet Azərbaycan hökumətindən nəsə yazır, Novruzov deyəcək, o vaxt Atatürk də bizə qarşı düz eləməmişdi, müxalifət mitinq keçirmək istəyir, deputat dərhal reaksiya verəcək, deyəcək, mitinqə ehtiyac yoxdur, 20 əl əvvəl hakimiyyətə gəlmişdilər, gördük.
Budur, cənab deputat indi də deyib ki, ziyalılar fəraridir, onların yaratdıqları forum da boş şeydir. O, bu sözləri görün kimi haqqında deyir. Ötən əsrin 60-cı illərinin sonunda, 70-ci illərinin əvvəllərində Rüstəm İbrahimbəyov neçə-neçə kitabın müəllifi olaraq, SSRİ miqyasında tanınan və sevilən kinossenarist kimi mükafatlar alanda Siyavuş Novruzov doğma kəndində aşırma şalvar geyirdi, hətta hələ uşaq olduğu üçün qoyun-quzuya da göndərmirdilər. İndi gör kim kimi bəyənmir?
Təkcə o yox, YAP-ın bir çox yaradıcı ziyalıları yığışalar, ortaya Ramiz Rövşənin şeirinə oxşayan iki misra qoya bilməzlər. İndi onlar da özlərini ziyalı sayırlar, yeri gələndə yığışıb bəyanat-zad da verirlər, ziyalının əslində necə olmalı olduğundan dəm vururlar.
Eldar bəy də deyir, dünyada bir Novruzov məntiqi var. Yox, Novruzovun məntiqi Xudayar bəy məntiqindən törəmədir - Xudayarı qoyasan Məmmədhəsən əminin eşşəyini satsın, 3 manat pul qazansın, qızını vermək adıyla aldadıb Vəliquluya “atsın”, anasını alsın. 
Ona qalsa, Novruzovun məntiqinin daha yekə variantı Qəzzafiyə işləyən məmurlardaydı, su boğazlarına çıxanda Seyfulislamı dıbır qiymətinə satdılar.
Bu, qorxulu məntiqdir, haqq-ədalətdən nəsibi yoxdur, “bu gün hakimiyyətdəyik, hər şey bizimdir” devizinə söykənir, bəs sabah necə olacaq - o məntiqdə bu suala cavab yoxdur, varsa da, “cəhənnəmə olsun”dan ibarətdir.
Bir məşhur mahnı da var, deyir, “unutma ki, dünya fani, verən Allah alır canı”, ona görə də, Siyavuş Novruzov, göyə çıxsan da, çoban Xanışa qalmayan dünya sənə də qalmayacaq.

840 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008