24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI

2012-02-08

İki ölkə münasibətlərindəki buzlar əriyir?

”Erməni məsələsi” ətrafında maraqlı gəlişmə var. Xəbər yayılıb ki, İsrailin xarici işlər naziri Liberman ilk dəfə və açıq şəkildə qondarma “erməni soyqırımı”nın tanınmasının əleyhinə çıxıb. O, Holokost soyqırımının başqa bir faciə və ya hadisə ilə eyniləşdirilməsi ilə ölkəsinin razılaşmadığını deyib.

Nazirdən sitat: “Afrika, Asiya və Balkanlarda növbəti Xolokost hadisəsinin törədildiyi barədə söylənilənlərlə razı deyilik. Biz faktların tarixdə olduğu kimi təqdim olunmasının tərəfdarıyıq. Fransadan başqa heç bir dövlət erməni “soyqırımını” öz qanunvericiliyində tanımayıb. Bu gün bu tarixi hadisə siyasi mübahisəyə çevrilib. Ona görə də düşünmürəm ki, İsrail hazırda bu məsələyə müdaxilə etməlidir”.

Türkiyə-İsrail münasibətlərinin böhran yaşadığı, üstəgəl, Fransa Senatının inkar qanunu ilə bağlı böyük bir qalmaqalın yarandığı dövrdə razılaşaq ki, diqqətçəkici, hətta sensasiyalı bəyanatdır.

Bu açıqlama ilk baxışda İsraillə Azərbaycan arasında texnoloji, ticari, energetik və hərbi sahələrdə dərinləşməkdə olan əməkdaşlığın təzahürü kimi görünə bilər (İsrail həm də neftə olan tələbatının əhəmiyyətli hissəsini Bakı-Ceyhanın hesabına ödəyir).

Şəksiz bu var. Hər halda Təl Əvib rəsmiləri çoxdan fərqindədilər ki, Türkiyəni incitmək Azərbaycanı incitmək deməkdir. Eyni zamanda müsəlman-türk dünyasının iki öncül dövləti ilə yaxınlaşmaq yəhudi dövləti üçün həmişə strateji önəm kəsb edib, prioritet və milli təhlükəsizlik məsələsi olub.

Başqa yandan, vaxtaşırı qeyd etdiyimiz və ortaq türk mənafeyinə işləyən bir dəlil də növbəti dəfə təsdiqini tapmış olur ki, yəhudi toplumu həqiqətən dünyada ikinci bir xalqın soyqırım qurbanı kimi tanınmasında maraqlı deyil. O da ola tarixi həqiqətləri saxtalaşdırmaqda mahir olan, təşkilatlanmış diasporu ilə daim yəhudilərlə “kəllə-kəlləyə” qoyan yalançı və fitnəkar ermənilər.

Açıqlamadan görünür ki, İsrail də erməni iddialarını mif sayır və məsələnin siyasiləşdiyini düşünür. Gerçəkdən, əgər Holokostla bağlı Beynəlxalq Məhkəmənin qərarı (hökmü) varsa (Nürnberq və s.) erməni məsələsi 100 ildir sadəcə, böyük güclərin əlində möhtəkirlik predmetinə çevrilib.

Və belə də qalacaq, çünki erməni bu olayların müstəqil tarixçilər tərəfindən araşdırılmasına qarşıdır. Demək, məsələ heç vaxt Beynəlxalq Məhkəməyə gedib çıxmayacaq. Saxtakar qonşularımız öz işlərini yaxşı bilirlər...                        

Bütün hallarda Türkiyənin, Azərbaycanın xeyrinədir ki, dünyada ən güclü lobbi şəbəkəsinə malik bir millət “erməni soyqırımını” blef sayır. Liberman isə sıradan bir şəxs deyil, İsrail rəsmisidir. Üstəlik, millətçi (radikal) qanadın təmsilçisidir. Bu mənada ehtimal eləmək olar ki, onun bəyanatı Türkiyəyə ünvanlı xoş məramın göstəricidir. Ola bilsin burda həmçinin məlum Qəzza olayından sonra qardaş ölkə ilə pozulan münasibətləri normallaşdırmaq istəyi gizlənib.

Hər necə olmasa, Türkiyə İsrailə daha çox lazımdır, nəinki əksinə. Azərbaycan da öz yerində. Bu və başqa səbəblərdən rəsmi Təl Əvivin Ankaranın açığına Ermənistana heç bir reverans eləməməsi tam məntiqlidir. Əksinə, belə görünür, İsrail Türkiyə ilə ən aşağı səviyyəyə düşmüş diplomatik əlaqələrin bərpası istəyində ciddidir. Demək, Türkiyədən üzr məsələsi də hansısa formada reallaşa bilər.

Bəzi məlumatlara görə, region böyük geopolotik olaylar ərəfəsində olduğundan iki dövlət arasında artıq qapalı diplomatik kanallarla yaxınlaşma prosesi başlayıb. Vasitəçi qismində isə hətta Azərbaycanın adı da çəkilir.

Bir şey dəqiqidir ki, bəyanat təkcə Azərbaycana verilən önəmdən doğmayıb. Uydurma iddianın 100 ilinin yaxınlaşdığı (2015) ərəfədə bu açıqlamanın siyasi yükü ikiqat böyük görünür. Bu, o deməkdir ki, İsrail-Türkiyə münasibətlərində gərginliyə rəğmən, saxta soyqırımı ABŞ Konqresindən keçirmək mümkün olmayacaq. Ancaq eyforiyaya qapılmağa da dəyməz.   

***

Bir daha yada salaq ki, indiyədək 19 ölkə bəyanat və ya qərar şəklində saxta “genosidi” tanıyıb. Ancaq onlardan yalnız Fransa bunu dövlət (qanunvericilik) səviyyəsində təsbit edib. Özünün Əlcəzairdə, başqa müstəmləkələrdə törətdiyi soyqırım faktlarını tanımaya-tanımaya, ərəblərə kompensasiya ödəməyə-ödəməyə. Beləcə, Fransa özünə rəva bilmədiyini Türkiyəyə bilir. Niyə?

   

126 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008