24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

TUNDRADA YAŞAMAQ ARZUMUN GERÇƏKLƏŞMƏSİ

2012-02-10

Sizi bilmirəm, son günlərin şaxtalı-buzlu, çovğunlu havası mənim gənclik arzularımdan birinin həyata keçməsinə səbəb oldu. Ya Cek Londonun Alyaskadan yazdığı hekayələrdən idi, ya sovet vaxtı şimal qütbünə səyahətə çıxan tədqiqatçılardan bəhs edən bir filmin yaratdığı romantizmdən, hər nəydisə, ara-sıra könlümdən keçirdi ki, tale adama yar ola, qış vaxtı bircə ay tundrada, Yakutiya (Saxa) respublikasında maral saxlayan çukçalarla birlikdə, yurtda yaşayasan, sonra sağ-salamat, don vurmamış şəkildə öz isti ölkənə qayıdıb başına gələnlər və təəssüratların barədə kitab yazasan.

Açığı, bu arzumu yaxın simsarlardan bir-ikisinə demiş və belə bir cavab almışdım ki, bizdə o hünər yoxdur, havanın istiliyi müsbət 18 dərəcədən aşağı düşəndə böyrümüzü yerə veririk, 10 dərəcədən aşağıda evdən çıxmaq istəmirik, 0 dərəcədə şəhər iflic olur, biz gedib 40-50 dərəcədə morozda nə qayırarıq, diricə donarıq.
Dostlar elə belə də deyirdilər: “Moroz”. Sanki “şaxta” desələr, adamın gözünə 5-6 dərəcə ilıq görünər, amma “moroz” sözünü eşidən kimi adamın qanı donmağa başlayır.
Bununla belə, həmin xəbərdarlıqlar və çəkindirmələr məni bu ülvi arzumdan vaz keçirə bilmirdi, deyirdim, əynini qalın eləyəndən, xəz papaq qoyandan, keçə patava geyəndən sonra adama nə ola bilər axı.
Ötən ilin oktyabrında Kiyevdə olarkən milliyyətcə kalmık olan bir jurnalist həmkarımız danışdı ki, o, vaxtilə komsomol göndərişi ilə BAM-ın tikintisində çalışıb, amma o sərt iqlimə bir aydan artıq dözə bilməyib. Xanım deyirdi ki, səhər-səhər dururduq, görürdük, hər yan donub, əl-üzümüzü yumaq üçün bir saat əlləşirdik, balta ilə buz qırıb əridir, isidirdik, hələ başqa zülmlü işlər də vardı, məsələn, tualet açıq havada, barakların o başında idi.
Bu ilin qışının bu cür sərt gəlməsi hamı kimi mənə də tundra iqlimində yaşamaq xoşbəxtliyi nəsib elədi. Çoxları kimi mən də donmuş suyun nə demək olduğunu, yolların buz bağlamasını əyani şəkildə gördüm. Arada bir-iki gün buzlu yollarda qalıb, maral dartan xizəkli arabalara ehtiyac da hiss elədik.
Əlbəttə, kalmık həmkarımız demişkən, daha zülmlü işlər də var, onlara da ürcah oluruq. Məsələn, dünən redaksiyamızda su yox idi, krantlar donmuşdu. Şəhər tualetləri də elədir ki, susuz işləmir. Belə havalarda, kəndçilərimizin “su başı” dediyi yer, həyətin o başında olsa da, hər halda kara gələ bilər.
Şəhərin mərkəzi hissəsində kirayədə yaşayan əməkdaşlarımızdan biri dünən yarıağlar, yarıgülər halda danışır ki, evdəki donuşluq üzündən işləməyən kommunal sistemə görə özünü təcili şəkildə dənizkənarı bulvara verib ki, hər halda orada bu cür obyektlərdə fəaliyyət dayanmaz. Həmkarımız gedib, görüb, yalan olmasın, şəhərin yarısı ordadır, ayaqlarının birini götürüb, o birini qoya-qoya növbə gözləyirlər.
Təbii ki, bu kimi problemlər (işıqların sönməsi, istiliyin olmaması, yol-rizin bağlanması, suyun donması) olmasa, qış elə də pis fəsil deyil. Hətta adamın yaşadığı yaşayış massivinin yaxınlığında donmuş göl ola, gedib buzu sındırıb balıq tutasan. Ələ bir şey keçməsə də, ən azı hava şəraitini “vino-vodoçnu” elan edərək, “moroz”a qarşı təbii üsullarla mübarizə bəhanəsi və imkanı var. Rusiyada, Ukraynada, Türkiyədə camaat elə edir - tez-tez televizorda göstərirlər. Hərçənd arada buzun qırılması üzündən buzlu suya qərq olub özlərini becərənlər də olur.
Uzun müddət soyuq ölkələrdə yaşamış yaxın adamlardan biri deyir ki, çətini qara, şaxtaya öyrəşincədir, ondan sonrası asandır. Eloğlunun fikrincə, namxuda, artıq paytaxt sakinləri sərt havaya xeyli dərəcədə öyrəşiblər, indən belə qar-boran bir ay da davam eləsə, heç bir problem olmayacaq, hamı adi qaydada işinə-gücünə gedib-gələcək.
Nə bilim, bəlkə də elə olacaq. Bircə “su başı”nın suyu donmasın, nə olur, olsun. Onsuz da kasıbın üzü bərk olur, hər çətinliyə dözür, hər şeyə vərdiş eləyir.
Bir də belə havalarda Cek Londonun əsərlərini yenidən oxumaq lazımdır. Adam o əsərlərdəki soyuğu təsəvvür eləyəndə 10 dərəcədən aşağı hərarəti olan ev hamam kimi gəlir.

539 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008