24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

YAP İQTİDARINA ZƏNG ÇATMIR

2012-02-10

Əli Əhmədov neçə gündür görünmür. Dəqiq bilmirəm, amma şəhərdə yayılan şayiələrə görə, çovğundan qorxaraq isti evə çəkilib. Ona görə də adamın gül-gülü çağıran, əlvan, lələkli-bəzəkli, çiçəklənən, nə bilim, dombalaq aşan analoqsuz ölkə, dinamik inkişaf barədəki moizələri eşidilmir. Bunları guya dəstəkləyən xalq, onun problemləri, evində qazının-işığının olmaması-zadı adamın heç yadına da düşmür.

Amma darıxmayın, qoy yel çərşənbəsi gəlsin, şaxta çəkilsin, qar ərisin, torpaq buğlansın, novruzgülü çıxsın, YAP-ın bu dilli-dilavər deputatı yenə başlayar firavanlıq, YAP-a xalq dəstəyi, xalq sevgisi nəğmələri oxumağa. Onda çox məzəli olacaq. Xalq Əhmədovun çıxışlarını uzun sürən gurultulu və sürəkli alqışlarla dəstəkləyib əl çalacaq. Əl çalmaqdan əli qabar olacaq. İynə götürüb suluğunu deşəcək...
Elə tez-tez müdrik analizlər verən o biri deputat - Mübariz Qurbanlı da yağlı YAP-çı olub qeybə çəkilib. Deyirlər analoqu olmayan enerji lideri ölkəsində o da bərk üşüyür. Hətta o qədər üşüyüb ki, qarın altına çəkilib, donub, səs-səmiri də gəlmir. Şaxtadan qorxduğu üçün seçicilərinin yanına gedib onların qaz-işıq problemi ilə maraqlana bilmir. Yoxsa Allah tərəfi deyəndə nə olar, yoldaş Qurbanlı xalqın dərd-səri ilə yaşayan adamdır. Ötən il onu hətta əlində bel-kürək seçicisinin yolu üstündəki qarı kürüdüyü, qırılıb yerə düşən işıq xətlərini yerinə bağladığı yerdə də görmüşdülər. Kəsəsi, Qurbanlı xalqa yaxın adamdır (Yumor hissi güclü olanlar son cümlələri oxuyub şaqqanaq çəkə bilər).
Bircə Siyavuş Novruzov üzdədir. Adam elə hey danışır, ictimai-siyasi proseslərə bu şaxtalı-çovğunlu havada da isti-isti şərhlər, rəylər verir. Amma adamın danışığından da dərhal hiss olunur ki, evləri çox soyuq olub. Onların da işığı-qazı kəsilib deyə bərk üşüdüb. Yoxsa belə anlamsız söhbətə məna vermək çətindir. Normal halda belə əcaib-qəraib söhbətlər eləmək bir az o söz...
Əlbəttə, Siyavuş yoldaşın ölkədəki biabırçı vəziyyəti tənqid edən müxalifəti, illah da Müsavatı və Ziyalılar Forumunu hədəfə götürməsini deyirəm. Bu adam gör nə deyir: “Bütün cəmiyyət bilir ki, Eldar Namazovun nə məntiqi, nə də hər hansı prinsipial mövqeyi yoxdu”.
Yenə o fikrimdə qalıram ki, ola bilər yoldaş Novruzov çovğuna düşüb, yaxud maşını yolda xarab olub, ya da çörək növbəsində çox dayanıb və ya suları donub, xətti düzəldəndə bayırda qalıb üşüyüb. Yoxsa birdən-birə durub belə şeymi demək olar? Sən belə deyərsən, qayıdıb şappadan sənə də deyərlər ki, bəs onda həmin o “məntiqsiz və qeyri-prinsipial” Namazovu nə əcəb uzun illər öz iqtidarınızda, Prezident Aparatında böyük və məsul vəzifədə işlədirdiniz.
Təbabət deyir ki, donvurma zamanı damarlar sıxılır, qan yaxşı işləmir, beyinə qan və oksigen çatmır deyə sayıqlamalar olur. Novruzovun tez-tez sitat gətirdiyi məntiq elmi isə deyir ki, əgər təbabət deyən düzdürsə, onda o gün partlayan Sahil-Qaradağ magistral qaz xətti də güclü şaxtada çəkilib. Çünki rəsmi məlumat belədir ki, partlayışa səbəb güclü küləyin qaz xəttinin üstündən keçən yüksək gərginlikli elektrik naqillərini qıraraq kəmərin üzərinə salması olub.
İndi səndən soruşuram, oğlum: magistral qaz kəmərinin üstündən yüksək gərginlikli elektrik xətti, yaxud da əksinə, yüksək gərginlikli elektrik xəttinin altından magistral qaz kəməri çəkmək hansı ağlın məhsulu ola bilər? Əmin ol: bu iş ya yayın cırhacırında günvurma, ya da qışın zəlov-zəlovunda donvurma şəraitində görülüb.
Ağılları bura qədər çatır. Ona görə də ölkədə bir “ÇP” olan kimi bunlara zəng çatmır. Öz kütbeyinlikləri üzündən saysız-hesabsız məişət problemlərinə soxduqları xalqdan qaçıb gizlənirlər, ya telefonlarını söndürürlər, ya da zənglərə cavab vermirlər. Srağagün axşamkı çovğunda şəhər zülmət içində idi. Çox yerdə qaz da gəlmirdi. Camaat evində söyə-söyə donur, dona-dona söyürdü. Çox adam telefonu götürüb işıq, qaz idarələrinə zəng vurmaq istəyirdi. Amma yayda ağzına çullu dovşan sığmayan bu YAP iqtidarına zəng çatmırdı. Qaçıb gizlənmişdilər. Yayda nənəm də danışar, nə qədər istəsən basıb-bağlayar.
...Siyavuş Novruzov 12 dərəcəlik şaxtalardan qabaq belə siyasi söhbətlər eləmirdi. Mən ona ilıq nəfəsli bahar günləri arzulayıram. Qışın təkcə elə adı adamı üşüdür, ağlını qarışdırır. Çətin işdir...

743 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008