 |
Yazarlar
BİZİM FORS-MAJOR QIŞIMIZ 2012-02-11
|
1000 il, 100 il, hətta 10 il əvvəlki kimi deyil, indi bir yerdə, işdə, evdə oturaraq dünyanın o başında, 5 min, 10 min kilometr uzaqlarda olan hadisəni canlı-canlı izləmək, baş verənlərdən anındaca xəbər tutmaq imkanına malikik. Əgər biz başqalarının vəziyyətindən dərhal və dolğun şəkildə xəbər tuta biliriksə, demək, uzaqlarda oturub bizimlə maraqlananlar da ölkəmizdə baş verənlərdən eyni tezlikdə xəbər tuta bilirlər. Məsələn, soyuq iqlimli İsveçdə yaşayan dostlardan biri ölkəmizdəki görünməmiş şaxtalar barəəd istər sosial şəbəkə vasitəsilə, istərsə də peyk antennalarının yardımıyla telekanallardan xəbər tutmuş və yazmışdı ki, burada da soyuqdur, ona görə də evlərə verilən istiliyin dərəcəsini bir az artırıblar, pəncərəni azacıq aralıq oyuruq ki, ev çox isti olmasın. Bu, əlbəttə ki, soyuq otaqlarda barmaqları dona-dona işləyən, əllərinə əlcək geyməyə məcbur olan, papağını, paltosunu çıxarmayan bizlərdə təbii bir həsəd, hətta heyrət yaradır. Ancaq onu da bilirik ki, şaxtanın 20-30 dərəcəyə çatdığı İsveçdə, Norveçdəki istilik burada bizi qızdırası deyil. Sadəcə, biz öz şəhər təsərrüfatımızın başbilənlərinə, hökumətə qıza bilərik - türkün sözü. Bir çox dövlət idarə və müəssisələri vəziyyətdən çıxış yolu tapıblar - işləmirlər. İşə çıxanlar da soyuq ofislərdə donuşub oturublar - ya qazları gəlmir, ya işıqları yoxdur. (Bu sırada hətta mühüm dövlət strukturları da var). Bu da o deməkdir ki, onlar da işləmirlər, ya da həmişəkindən qat-qat az işləyir, iş yerində görünüb evlərinə qayıdırlar. Təhsil müəssisələri də haqqın yolunu tapıb - qış tətilinin bitməsindən bir ay sonra yenidən, bu dəfə növbədənkənar qış tətilinə çıxıblar. Bəlkə də düzü budur. Xalqın balalarını buz kəsən sinif otaqlarında xəstələndirib qırası deyillər ki. Amma bu, optimal yoldurmu? Bəlkə qara qış davam edəcək, ta marta qədər hava bu cür olacaq, iki gündən bir qar yağacaq, şaxta olacaq. Belə çıxır ki, hamı evində oturub yorğana bürünməlidir? Nə olub, təbii fəlakətdir, ya nədir. Cəmi 3-5 santimetr qar yağıb, bir az da şaxta var. Vəssalam. Onda şimal ölkələri nə etsinlər, ilin tən yarısını bundan qat-qat şiddətli soyuqda olurlar. Demək, bizdə də inkişaf etmiş ölkələrdə olduğu kimi beyin işlətmək, yeni iqlim şəraitinə uyğunlaşmağa çalışmaq lazımdır. İndiyə qədər fəxrlə deyirdik ki, 11 iqlim qurşağının 9-u ölkəmizdə var. İndi bir az da fəxr edə bilərik - artıq 11-də var. Bu qışda üzləşdiyimiz Sibir soyuğu, yayda yəqin ki, ekvator bürküsü olacaq. Çıxış yolu təbiətin bütün şıltaqlıqlarına, o cümlədən selinə, daşqınına, qasırğasına, ildırımına, hər şeyinə hazır olmaqdır. Başqa ölkələrdə insanlar təbiətlə mübarizə aparmağı, onun kaprizləri ilə yanaşı yaşamağı öyrəniblər. Biz də öyrənməliyik. Hündür mərtəbəli yaşayış binalarının hamısında qazanxana sistemi bərpa edilməlidir. Düzdür, son illərdə istilik sistemlərinin bərpasına xeyli miqdarda vəsait ayrılıb və müəyyən qədər işlər görülüb, amma kifayət deyil. Çünki son 10 ildə qış aylarının ilıq keçməsinə alışmış sakinlər hər dəfə evlərini təmir edərkən istilik sistemini darmadağın etmiş, həm batareyaları, həm də dəmir boruları kəsib çıxarmışdılar. İndi hər şeyi sıfırdan başlamaq lazımdır. Bütün bu işləri görmək üçün dövlət büdcəsində, ehtiyat fondlarda kifayət qədər maliyyə vəsaiti var. Ölkədə enerji istehsal etmək üçün hər cür resurslar da mövcuddur. Olmayanları xaricdən də alıb gətirmək mümkündür. Deməli, məqsədyönlü və məsuliyyətli şəkildə işləmək lazımdır. Təəssüf ki, indiyədək aidiyyəti qurumlar indiyədək mülayim keçən qış fəsillərinin yaratdığı arxayınçılqla oturub gözləyiblər və indi, fors-major halla üzləşiblər. İnsanların paytaxtda və rayonlarda çarəsiz durumda qalması onları səhlənkarlığı üzündəndir. Hərçənd nə qarlı qış, nə də yağmurlu yaz fors-major hal sayıla bilməz. Çünki insan bu cür halları proqnozlaşdırmağa və qabaqlayıcı tədbirlə görməyə qadirdir. 318 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|