24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

XALQA “GET, SÜRÜŞ” MESAJI

2012-02-11

Mövzu yenə fərsiz hökumət, oğru və qanısoyuq məmurlardır. Xalq bu şaxtada bərk istilənib. Hökumətin qarasınca deyinir. Amma gərək onu da deyim ki, sadəcə deyinir, vəssalam, day özünə bir çarə qılmaq barədə düşünmür. Belə baxanda da bu hökumət bu xalqa lap yaxşı eləyir. Haqq olur bu camaata. Soyuq, qaranlıq evdə dona-dona oturub deyinmək qarının nə bilim nə olub qapının örtülməsindən sonrakı haqq-hesabdır. Yəni boş şeydir.

Bu üzdən camaata qram da yazığım gəlmir. Əlimdə qartopu boyda əsas var. İndi gəl nümunə üçün yazın-yayın xoş günlərinin birində, məsələn, apreldə, mayda, iyunda xalqa “Yeni Müsavat” vasitəsilə müraciət edək. Deyək, ay camaat, gəlin mitinqə yığışaq, sizi bu qarda-çovğunda qazsız-işıqsız qoyan hökumətə etiraz edək. YAP hökumətinin xalqın qanını soran oğru-korrupsioner nazirlərinin, komitə və ASC sədrlərinin istefasını, həbsini istəyək, bunların hakimiyyətdən getməsini, yerinə daha xalqcanlı, təmiz, işbacaran adamların gəlməsini tələb edək...
Səncə, bu çağırışa neçə adam reaksiya verər, həmin mitinqə gəlməyə razı olar? Uzağı 5-10 faizi. Niyə? Bu camaatımız onu zillətdə yaşadan YAP hökumətini bərk sevir, ona görəmi? Əsla. Xalqın azı 80 faizinin bunlardan zəhləsi gedir. Amma çoxu da səsini çıxarmağa qorxur. Çoxu da öz taleyinə biganədir. Çoxu da mütidir, söhbət hətta onun öz taleyindən də gedəndə əlini yelləyib üzünü çevirir və gedir. Ağzına AzTV mikrofonu da dayayanda isə hətta utanmadan başlayır bunların öyrətdiyi sözləri təkrarlayıb müxalifətin qarasınca deyinməyə. Buna görə deyirəm ki, bu camaata haqq olur...
İndi isə həmin bu adamlar bizi işdə, “Yeni Müsavat”ın redaksiyasında bir dəqiqə rahat oturmağa qoymur. “Mitinq, etiraz” deyəndə rəngi saralan adamlardan dalbadal zənglər gəlir: “Qardaş, yazın də, işığımız dünəndən sönüb”; “Qardaş, yazın də, neçə gündür qazımız yoxdur”; “Qardaş, yazın də, zülm çəkirik...”
“Yeni Müsavat” (elə “Azadlıq” qəzeti də) neçə gündür xalqın ümid yerinə çevrilib. Bu iki qəzet sanki Bakı Şəhər İcra Hakimiyyətidir, “Azərenerji”dir, “Azəristiliktəchizat”dır, “Azərsu”dur, “Azəriqaz”dır, “Bakıelektrikşəbəkə”dir. Hacıbalanın, Etibar Pirverdiyevin, Baba Rzayevin, Əkbər Hacıyevin, Qorxmaz Hüseynovun, digərlərinin maaşını sanki bu qəzetlərin işçiləri alır.
Başa düşürəm, çarəsiz qalan adamlar bizə “uman yerdən küsərlər” prinsipi ilə müraciət edirlər. Bilirlər ki, məmurlar qalın yerlərinə salıb xalqın şikayətlərini verəcəklər peysərə. Kimdi xalın dərdinə yanan axı?! Hamısı çəkilib lüks villalarına. Soyuqdan dişi-dişinə dəyən, titrəyə-titrəyə zarıyan, ağlayıb-sızlayan kasıb xalqı televizorda gördükcə daldada bəlkə də arsız-arsız gülürlər.
Nə bəlkəsi? Bəlkə nədi e?! Dünən oxuduğum bir açıqlamadan sonra 100 faiz əmin oldum ki, belədir. Bunlar xalqla artıq rəsmən məzələnir. Buyurun, bu da rəsmi sübutu. Bakının işıq probleminin səbəblərinə aydınlıq gətirməyə çalışan “Azərenerji” deyir ki, su donduğu üçün “Şimal” DRES işləmir. Bəs onda sərt iqlimli ölkələrdə niyə işləyir? Bəs onda son 6 ildə Etibar Pirverdiyevin idarəsinə dövlət büdcəsindən ayrılan 3 milyard dollara yaxın vəsaitin qara taleyini kimdən soruşaq? Bu pulları kim basıb yedi? Pirverdiyevin Şabrandakı dəvələri? Dəvə bu qədər pulu yeyə bilər yəni?
Hələ bu da heç. Baba Rzayevin “Bakıelektrikşəbəkə”si enerji sektoruna lap şəbədə qoşur. Bu qurum gör nə deyir. Alıb sazı deyir ki, əvvəla, salam, salamdan sonra günah bizdə deyil, “Azərenerji”dədir. Bu səbəbdən də Bakı camaatına elektrik enerjisi sürüşən qrafik əsasında verilir.
Çox əlləşsəm də bu “sürüşən qrafik”in nə demək olduğunu anlaya bilmədim. Axırda dişi-dişinə dəyən Məmmədəli ilə Tükəzbana müraciət elədim ki, buna izah versinlər. Onlar da bu tapmacaya soyuq başla belə bir açmaca tapdılar: “Bu söz YAP hökumətinin xalqa ”get sürüş, biz olduqca normal qazın-işığın olmayacaq" mesajı verməsi deməkdi".
...Xalq nə təhər qəzəblənibsə, bunlara lətifə də qoşub. Dünən bir vətəndaşımız deyir bu “üç bacı”dan niyə yazmırsınız. Deyirəm “üç bacı” nədir. Deyir qaz, işıq, su - bizdə üçü də yoxdur. Dedim darıxma, həll olar. Dedi haçan e. Dedim sən mitinqə çıxmaqdan qorxanda. Yəni Əkbər Hacıyev, Etibar Pirverdiyev və Qorxmaz Hüseynov bir yerdə oturub “üç bacı” (pomidor, bibər, badımcan) dolması yeyəndə, yayda. Ha, ha...

673 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008