24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

SEÇİLDİKDƏN SONRAKI HƏDƏF

2012-02-13

Elə ölkələr var ki, orada bir siyasi partiyanın (söhbət, əlbəttə ki, aparıcı, güclü partiyalardan gedir) liderinin seçkisi ümummilli müzakirə mövzusuna çevrilir. Türkiyə, Yaponiya, İtaliya, İngiltərə (və b.) bu kimi ölkələrdəndir.

Bu, ona görə belə olur ki, həmin ölkələrdə bu il seçilən partiya sədri bəzən iki ay, bəzənsə 1 il sonra ölkəsinin baş naziri seçilə bilir. Aydın məsələdir ki, bu, siyasətçinin şəxsi nüfuzu və gücünə görə yox, daha çox güclü partiyanın özünün nüfuzu, qüdrəti hesabına başa gəlir. Başqa sözlə, dünən partiyanın sədri postuna cənab A. yox, B. seçilsəydi, ölkənin baş naziri böyük ehtimalla B. olacaqdı (hərçənd istisnalar da mümkündür).
Yuxarıda dediyimiz kimi, bu, demokratik rejimi, siyasi sistemi oturuşmuş, hakimiyyət dəyişikliklərinin sırf seçkilər əsasında, dinc mexanizmlər üzərində baş tutduğu, partiyaların hakimiyyət sükanı arxasında bir-birini vaxtaşırı əvəz etdiyi ölkələrdə baş verir.
Hələlik Azərbaycan o cür ölkələrdən deyil. Burada yuxarıda sadalanan şərtlərin heç biri yoxdur - nə oturuşmuş siyasi sistem mövcuddur, nə seçkilərin hakimiyyət dəyişikliyi məsələsinə bir dəxli var, nə də son 19 ildə dövlət idarəçiliyində bir partiyanı başqa bir partiya əvəz edib.
Bu üzdən ölkəmizdə hansısa partiyanın sədrinin seçkisi hələlik o qədər ümummilli müzakirə səciyyəsi daşımır. Bu, bir partiyanın, bir camiənin (o, nə qədər böyük olsa da), daxili işidir.
Bundan daha mühüm olan məsələ odur ki, bu tipli ölkələrdə bir partiyanın sədri seçilmək iddialı namizədə, seçiləcək siyasətçiyə hansısa bir imtiyaz, üstünlük, rahatlıq gətirmir, tam əksinə, onun məsuliyyəti birə-beş, narahatlığı bir o qədər artır. İndi yeni lider özünü və partiyasını həm yuxarıdan, mürtəce siyasi rəqibin bitib-tükənməyən basqılarından qorumalıdır, həm müxalifət düşərgəsindəki rəqib-müttəfiqləri ilə mübarizə aparmalıdır, həm də öz camiəsinin daxilindəki müxalifətə sübut eləməlidir ki, onun partiyanın başına keçməsi ən doğru seçim imiş.
Göründüyü kimi, Azərbaycan kimi ölkələrdə aparıcı siyasi partiyadan birinin rəhbəri olmaq özünü hədəfə çıxarmaq, mərhumiyyətlərə düçar etmək, total nəzarət altına verməkdir. Bu, siyasətçidən ciddi fədakarlıq, əzabkeşlik tələb edir.
Müsavat Partiyasının təcrübəsində görünür ki, bu ağır dönəmlərdə illərin sınanmış hərəkatçısı, siyasətçisi İsa Qəmbərdən sonra partiyanın başına keçmək istəyənlər var və onların hər biri xüsusi tərəfdarlar qrupuna malikdir.
Seçki günü yaxınlaşdıqca ehtirasların qızışacağı bəllidir. Bunun əlamətləri indidən görünür. Ümumiyyətlə, ölkəmizin siyasi fəallar kəsimində qəribə bir seçki şövqü var, bir çox hallarda son hədəfləri yalnız seçilmək olur, unudurlar ki, seçilmək başlıca məqsədə çatmaq üçün bir vasitə olmalıdır. İndiyə qədər çox olub ki, insanlar vur-həşirlə, qırğın-qiyamətlə seçildikləri postda (buraya deputat vəzifəsi də daxildir) bir gün belə səmərəli çalışmayıblar.
Müsavatda belə olmamalıdır. İstər partiyanın başqanı postuna, istərsə də digər seçkili orqanlarına seçilmək istəyənlər başa düşməlidirlər ki, əsl mübarizə hələ indi, seçildikdən sonra başlayır.
Bu üzdən enerjini indidən tükətməyə ehtiyac yoxdur. Ən ümdəsi odur ki, partiyadaxili seçkini ölkəiçi seçkiyə döndərmək, ikincinin bütün gərginlik və qızğınlığını, hikkə və çəkişməsini birinciyə proyeksiya eləmək olmaz. Yəni, partiyanın birinci şəxsi uğrunda mübarizə aparan tərəflər öz iddialarını elə bir çərçivə içində gerçəkləşdirməyə çalışmalıdırlar ki, sonradan bir tavan altında fəaliyyət göstərmələri mümkün olsun.
Bəzən gənc və təcrübəsiz, eləcə də yetkin və hikkəli funksionerlər dəstəklədikləri iddialı namizədin təbliğatını aparmaq məqsədilə onun rəqiblərinə hücum edir, onu bir çox məsələlərdə ittiham etməyə çalışırlar. Bu, yolverilməzdir.
Əsas da ona görə ki, ölkəmizin, yuxarıda deyildiyi kimi, demokratik rejimli ölkəyə çevrilməsi, bu gün seçilən partiya sədrinin sabah ölkə başçısı olması üçün bir arada olmaq, partiyanın, düşərgənin monolitliyini qorumaq lazımdır.

382 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008