|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Açığı, daha qardan da bezmişəm, qarın ortaya çıxardığı “siyasi yarıtmazlıqlar”dan da. Adam nə qədər “Azərenerji”nin, “Azəriqaz”ın, “Azərsu”nun (maşallah, hamısı da “Azər”dir) maxinasiyalarından, korrupsiyasından yazar axı. Zatən, yazmağın bir faydası da olmur, çünki kimsənin - ölkə rəhbərliyinin vecinə deyil əhalinin dərdləri. Axı bu vəziyyətin yaranmasına səbəb korrupsioner sistemin zəncirvari şəkildə bir-birinə bağlı olmasıdır. Ona görə də kimsəyə gözün üstə qaşın var deyilmir hələ ki. Bütün bunları nəzərə alıb, üstəlik də dünən günorta radələrində qarın yavaş-yavaş əriməyə başladığını müşahidə edib də tamamilə başqa mövzularda cızma-qara etməyi düşünürdüm. Amma günortadan sonra qar yenə püskürməyə başlayanda, üstəlik də YAP-ın ünlü siması Siyavuş Novruzovun Qarabağ veteranı olmasına dair dedi-qoduları oxuyandan sonra... hökumətin yarıtmaz siyasətindən yazmamaq olmadı... Deməli, hamımız gördük ki, “qayğıkeş”, “cəfakeş”, “fədakar”, “xilaskar”, “çevik” Azərbaycan hökuməti heç uf demədənqara təslim oldu. Özü də cəmi 15-20 sm-lik qara, 5-10 dərəcə şaxtaya. Bütün şəhər təsərrüfatı iflic oldu. Bir qədər obrazlı ifadə etsək, hökumətin ağzı Yasamal dikinə dirənəndə, başladı “buksavat” eləməyə, elə eşələnə-eşələnə də qalıb orada. İqtidarımızın bu əcaib durumuna baxanda bir anlıq fikirləşirsən ki, bəs bu hökumət üzü Murova, Camışdağa, Şuşa qalasına doğru gedəndə necə olacaq? Əgər bu hökumət cansız-dilsiz, silahsız, əliyalın qar-borana quzu kimi təslim oldusa, Qarabağda nə edəcək? Bəlkə bu hökumət düşünür ki, Qarabağa getmək lazım gələndə dözümlü xalqın nümayəndələrini teyləyib aparacaqlar? Sözüm yoxdur, vətənin müdafiəsi onsuz da tarixən kasıb-kusubun boyuna biçilib, alnına yazılıb. Amma elə edin, bu kasıb camaat sağ-salamat qalsın Qarabağa gedənə qədər; qarda-tufanda soyuqdan xəstəlik tapıb ölməsin...
410 dəfə baxılıb
|
[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI |
| Yeni MÜSAVAT © 2008 |
|