 |
Yazarlar
DEDİM, ADƏ, DİYAN! 2012-02-13
|
Teleaparıcılardan sonra ən çox öz populyarlığını saxlayan məmurlarımızdan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur desək, heç də yanılmarıq. Bu yaxınlarda ölkəyə yağan çoxlu qar nəticəsində Hacıbala məllimin başına həyatı üçün o qədər də təhlükəli olmayan bir əhvalat gəlmişdi. Demək, kişi iş otağında ağ vərəqlərə xətkeşlə rəngli xətlər çəkməklə məşğul olarkən telefonuna Milli Məclisimizin orqanı olan “Azərbaycan” qəzetinin jurnalistindən zəng gəlir. Hacıbala məllim “alo!” deyərkən, jurnalist xəttin o başından məzəmmətedici səslə: “Nə üçün yollara duz və qum tökmürsünüz, görmürsünüzmü, hər yan buz bağlayıb, maşınlar bir-birinə dəyir, tıxaclar əmələ gəlib, camaat evinə gedə bilmir?” soruşur. Hacıbala məllim ürəyində üç dəfə “lənət şeytana” deyərək, jurnalisti sakitcə başa salır ki, narahatçılığa heç bir əsas yoxdu, yollara duz tökülüb. Özü də onun səpdiyi Ukraynadan xüsusi olaraq gətirdiyi ən bahalı yodlaşdırılmış duzdu. Kişinin sözlərinə şübhə ilə yanaşan jurnalist dil boğaza qoymur: “Hacıbala məllim, yollarda nəinki Ukrayna, heç Masazır duzu da yoxdu. Duz bir yana, heç Hövsan qumu da səpilməyib” deyir. Müsahibənin bu yerində Hacıbala məllim baxır ki, jurnalist fakt görməsə əl çəkməyəcək. Neyniyim-nağayrım? Birdən ağlına yaxşı bir ideya gəlir. Qayıdıb jurnalistə deyir, mənim sözlərimə inanmırsansa, get asfaltı yala! Bunu deyəndən sonra, jurnalist dəstəyi asıb kişidən əl çəkir. Müsahibə çap olunur, söhbət ölkənin hər yerində məşhurlaşır. Məsələ Biləcərinin o tərəfinə keçərək bütün dünyaya yayılır. Dünyanın ən nüfuzlu qəzetlərinin jurnalistləri Azərbaycana axışaraq Hacıbala məllimdən müsahibə üçün növbəyə dururlar. Birinci İngiltərənin “Guardian” qəzetinin müxbiri özünü çatdırır: “Hacıbala məllim, mən ölüm, o əhvalatı bir də söylə!” Hacıbala məllimin nə vecinə, artıq əhvalat dünyaya yayılıb, populyarlığı təmin olunub, indən belə necə danışsa, inanacaqlar. Ona görə deyir, a başına dönüm, kabinetdə oturmuşdum, gördüm, bir müxbir qapının ağzını kəsdirib. Dedim, a bala, nə istəyirsən? Dedi, yollara niyə duz səpmirsiniz, hökməti niyə dağıdırsınız? Buna bir tərs şillə hərlədim, başını aşağı əydiyindən şillə yaxşı tutmadı. Gördüm, papkasını da qoltuğuna basıb qaçır. Pilləkənləri düşəndə dedim, adə, dayan! Dayanmadı. Dedim, adə, dayan! Yenə dayanmadı. Əl atdım piştona, paart, bir güllə! Bu, yıxıldı. Söhbətin bu yerində Almaniyanın “Zyuddoyçe saytunq” qəzetindən gələn soruşur ki, bəyəm, sizdə jurnalisti belə, dovşan kimi qovmaq olur ki? Hacıbala məllim qayıdır ki, hələ tarakan kimi əzmək də olur. Ətrafdakılar alman jurnalistinə təpinir ki, ay yoldaş, əlavə sualları sonra verərsən, qoy, kişi söhbətini eləsin. Hə, Hacıbala məllim görür, hamı ona “balet” eləyir, dalını danışır. Deyir, gördüm, jurnalist yıxıldı. Dedim, gedim görüm, bu, haranın jurnalistidi. Yaxınlaşanda, yenə durub qaçdı. Sən demə, pişton budundan yaralayıbmış. Durub qaçanda “paart!” bir dənə də güllə! Gördüm, yumarlanıb pilləkənin ayağına düşdü. Mən ona çatana qədər yenə qaçdı. Bu dəfə qolundan yaralamışammış. Durub çöl qapısına yaxınlaşdı, mən piştonu təzədən doldurana kimi, bu, küçəyə qaçdı. Bu zaman Fransanın məşhur “La Croix” qəzetinin reket jurnalisti özünü saxlaya bilməyib yerindən soruşur: “Hörmətli mer, bəs, bilmədiniz, o hansı qəzetin jurnalisti idi?” Zaldakılar fransızın abrını atəyinə bükürlər ki, icazə ver, kişi jurnalistin axırına çıxsın. Hə, Hacıbala məllim deyir, gördüm bu, küçəyə çıxan kimi özünü metroya verəcək, cəld arxasınca çıxdım. Baxdım ki, qanı axa-axa qaçır. “Patr!” bir dənə də! Üzüstə yerə sərildi. Gəlib görəm, bu, hara müxbiridi? Zaldakılar xorla qışqırıb soruşur: “Hara müxbiri idi?!” Hacıbala məllim gülə-gülə deyir: “Baxdım ki, bizim bu, "Azərbaycan" qəzetinin müxbiridi!" 622 dəfə baxılıb
|
[23.05.2012] - ZÜLMÜN SONU [23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT [23.05.2012] - VARİSƏ SÖZARDI [22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ [22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI [22.05.2012] - VİCDAN MƏSƏLƏSİ [22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ [22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR... [21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ [21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR? [21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT [21.05.2012] - Ə NÖQTƏ QARAYEV [21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR? [21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ? [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI [20.05.2012] - AVTOBUS TARİXİ [20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR? ARXIV
|