24 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

RUMIN OLMAQ İSTƏYİRƏM

2012-02-13

Əsas məsələyə keçməzdən əvvəl gərək iki sadiq oxucumuzun suallarına cavab verək. Əgər bacarsaq. Çünki düzünə qalsa, hər iki sual çox qəlizdir. YAP üzvlərinin sayının hər ay guya 2-3 min nəfər artması barədə inanılmaz dərəcədə maraqlı və fantastik nağıl qayırıb onu danışmaq həmin suallara cavab verməyin yanında su içimi qədər asan işdir (Əslində su içmək də bu saat asan sayılmır, çünki “Azərsu” ASC-nin fərasəti üzündən bu dəqiqə heç kim içməyə su tapmır).

Gəncədən Zaur bəy soruşur: “Keçən il bu vədələrdən məni narahat eləyən bir sual var. O məsələni qəzetlərdən oxumuşdum. Deməli, Yevlax sakini Maqsud Süleymanov onda bu rayonun kətxudası olan Elmar Vəliyevin əməllərindən prezidentə şikayət edibmiş. Əməl də bu imiş ki, Vəliyevin vətəndaşa 25 min manat borcu varmış. Bu da məhkəmə yolu ilə təsdiqlənibmiş. İcra başçısı adama hətta 1400 manat ödəyibmiş də. Qalanını isə fırladıb vermirmiş. Düz 4 il imiş belə davam edirmiş. Vətəndaş pulunu istəyəndə başçı onun başına oyun açırmış. İcra başçısı Süleymanov pulunu istəməsin deyə onu polisə apartdırıb döydürürmüş. Xalqın borc verib döyülən o nümayəndəsi ev dustağı da edilibmiş ki, qaçıb dövlət orqanlarına yenə şikayət eləməsin. İndi məni bu məsələ maraqlandırır: Vəliyev Süleymanovun yerdə qalan 23600 manatını verəndən sonra Gəncəyə icra başçısı gəlib, yoxsa borclu-borclu? Bunu dəqiq deyin, gəncəlilər də işini bilsin. Bəlkə bizdən də borc pul istədi, onda nə edərik? Vəliyevi Bakıda, Sumqayıtda axtarası deyilik ki...”
Zaur bəy, düzü, bu suala dəqiq cavab verə bilmərəm. Amma gündəliyimi verə bilərəm. Ürəklə bir “2" yazın. Mən bu dərsi yaxşı oxumamışam. Amma söz verirəm ki, çalışıb Prezident Aparatından öyrənər, sonra cavabı sizə də deyərəm.
Salyanın Xalac kəndindən olan sadiq oxucum isə Bakı Şəhər Baş Polis İdarəsi ilə Bakı Şəhər Prokurorluğunun birgə məlumatından nə təhər şaqqanaq çəkibsə, hindəki toyuqlar da səksənib. Perikib dağılıblar Rumdan Şama. Kişi deyinə-deyinə toyuqlarını axtarıb və qonum-qonşunun bağından tapıb. Bu suala isə cavab tapa bilməyib.
Oxucu soruşur: “Bu iki zırıltı dövlət idarəsi ”Çevik Polis Alayının əməkdaşları bir qrup gənc tərəfindən döyülüb, ağır bədən xəsarətləri alıb" deyəndə nə düşünüb görəsən? O necə Çevik Polis Alayıdır ki, 3-4 sarıdimdik növcavanın əlində girinc qalıb? Ağzında çevik polis deyirsən. Dünyanın hər yerində polis əməkdaşları idmançı cüssəli, sağlam olurlar. Üstəlik də xəbərlərdə dedilər ki, gənclər kefli olub. Əgər sərxoş gənclər ayıq Çevik Polis Alayını döyürsə, buna nə ad vermək olar?"
Əziz oxucu, bu suala da cavab verə bilmirəm. Siz ya Toponimika Komissiyasından soruşun,- ad qoymaq işinə onlar baxır,- ya da generallardan. Mənsə sənə folklorumuzun məşhur bir nümunəsinin başında elədiyim dəlləklikdən danışım.
“Aləmi bəzər, özü lüt gəzər”. İndiyə qədər başda AMEA və YAP Siyasi Şurası olmaqla hamımız elə bilirdik ki, bu tapmacanın cavabı iynədir. Amma dəqiq iynə deyilmiş, bizim hökumət imiş. Mövsümə uyğun olduğu üçün bu tapmacanı aranjeman eləyib onu bu fasona saldım: “Aləmi bəzər, özü lüt gəzib üşüyər”.
YAP hökumətinin əməllərini görəndə əmin olursan ki, dəqiq belədir ha. Bax, qardaş, Bakıda camaatın yayda nəfəs alması üçün bircə dənə də normal park, yaşıllıq yoxdur. Olanları da iribuynuzlu məmurlar qapazlayıb orada özlərinə, balalarına, cangüdənlərinə, katibələrinə, məşuqələrinə obyekt tikdirib. Düzdürmü? Amma indi bax. Bizimkilər şartaşart 500 min, 700 min avro ayırıb Serbiyada, Bosniyada, Albaniyada, Gürcüstanda, daha harada “dostluq parkları” tikdirir. Balam, sən öz xalqına dost yox, bəyəm düşmənsənmi ki, o yazığa da bir park qayırmırsan?
Son xəbər lap məzəlidir. Bakı camaatının qazsız-işıqsız qalıb şaxtadan-çovğundan qırılmasını vecinə də almayan həşəmətli hökumətimiz Rumıniyanın qardan-çovğundan zərər çəkmiş əhalisinə ərzaq, dərman, isti pal-paltar yardımı göndərib. Bu, evindəki arvad-uşağı çörək gözləyən kişinin keflənib son manatlarını da toyxanada şabaş səpməsi kimi axmaq bir zaddır.
Bu yazını soyuq, yarıqaranlıq otaqda, barmaqlarım üyüşə-üyüşə qaraladım. Açığı, elə üşüyür, elə donur, elə titrəyirəm ki, mənim də ürəyimdən rumın olmaq keçir. Lazım gəlsə, özümə rumın adı da tapıb qoya bilərəm. Məsələn, belə: Donan Titriyesku...

590 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - ZÜLMÜN SONU

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[23.05.2012] - VARİSƏ SÖZARDI

[22.05.2012] - O AĞ ŞEY BİZİ QIRACAQ

[22.05.2012] - ABŞ-dan QORXULU SOS SİQNALI

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[22.05.2012] - “EUROVİSİON” PƏNCƏRƏSİ

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - FƏDAKAR İNSANLARIN ZİYARƏTİNDƏ

[21.05.2012] - BALIQ NİYƏ DANIŞMIR?

[21.05.2012] - YENİLMƏYƏN RÜŞVƏT

[21.05.2012] - Ə NÖQTƏ QARAYEV

[21.05.2012] - YANUKOVİÇİ DƏ ERMƏNİLƏR VURURLAR?

[21.05.2012] - RUS, FARS, ERMƏNİ... İNDİ DƏ GÜRCÜ?

[20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[20.05.2012] - AVTOBUS TARİXİ

[20.05.2012] - ƏLİ HƏSƏNOV KİMİN SÖZÜNÜ DEYİR?

ARXIV

Yeni MÜSAVAT © 2008