12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

ŞEYXİN QARDAŞI OLMAQ ƏZABI

2010-03-12

Deputat Gültəkin Hacıbəyli təhsil sahəsini yıxıb sürüyəndən bəri yaman narahatam. Axı bizdə deputatın da həbsi təcrübəsi olub. Sivil, qüdrətli, hüquqi və gözəl-göyçək dövlətçilik tariximizdə hətta başına qatı demokratik şəkildə tünd qara torba keçirilmiş deputat nümunəsi də var. Amma mən xanım deputatlardan kiminsə həbsi barədə hələ heç nə eşitməmişəm. Heç eşitmək də istəmirəm.

Amma noolsun?! Bu xarabada hər şeyin heç yarısını da demirəm, yarısının yarısı mən istəyən kimi olsaydı, onda Xanhüseyn Kazımlını parlamentdə, məsələn, Yunus Oğuzu da böyük siyasətdə görməzdik. Onları məsəl üçün dedim ha. Heç biri ilə şəxsi-qərəzim yoxdur.
Gültəkin xanım deyib ki, təhsilin vəziyyəti ağlamalıdır. Sonra yəqin mərdanovçuların Naftalandakı iki orta məktəbdə əldə etdiyi möhtəşəm nəticəni (əsas fənlər üzrə mənimsəmə səviyyəsinin vur-tut 21 faiz olduğunu) əsas götürərək fikirləşib ki, “ağlamalı” sözünü nahaq dedim, ağlamalı yox, gülməlidir. Sonra yəqin kurikulumu yada salıb, dəqiqləşdirib və görüb ki, yox e, ağlamalıdır. Dayanıb, dayanıb, belə ortaq məxrəcə gəlib ki, belə baxanda ikisi də düzdür, yəni vəziyyət həm ağlamalı, həm də gülməlidir. Lap axırda da qayıdıb ki, bu, göz yaşları içində gülüşdür.
Gültəkin xanım gül təkin bir söz də deyib: “Bu vəziyyət həyəcan təbili çalmağa əsas verir”. Bəli, elədir. Nəinki əsas, hətta o təbilin özünü və onu çalmaq üçün gərək olan milli qoşanağara çubuqlarını da verir. Mərdanovçu pedaqoji ictimaiyyət o çalğının hətta notunu da yazıb hazır qoyub.
Bəri başdan deyim ki, xanım deputata minnətdarlıq düşür. Bu addımı hamıdan əvvəl tanınmış təhsil ekspertləri Etibar Əliyevlə Əlövsət Osmanlı atmalıdır. Nöşün ki, onlar iqtidar deputatının timsalında özlərinə arxa-dayaq və həmfikir tapıb. Bu iki ziyalı illərdir həyəcan təbili çalaraq (özü də ikisi də çox istedadlı sənətkardır ha) təhsilin vəziyyətinin fəlakətli olduğunu deyir. Dərslikləri biabırçılıq adlandırır. Təhsildə bu idiot vəziyyəti yaradan şəxsləri ağılla, savadla, faktla, yorulub-usanmadan tənqid edirlər. Nə üçün? Əlbəttə, millətin gələcəyinin bir ovuc “ali savadlı” təhsil məmuru tərəfindən məhv edilməsinin qabağını mümkün qədər almaq üçün.
Bəs təhsil başbilənləri nə edir? Bəli, onlar da başda nazir Mərdanov yoldaş olmaqla əlinə yaba, dəhrə, ucu iti yonulmuş ağac payalar, çapacaq, ərsin, qaşov, balta, “qaşıq kimi istifadə olunan hakim” (bu şedevr bənzətmə vəkil Elton Quliyevindir) götürüb o ekspertlərin səsini batırmağa çalışır. Budur, dərsliklərdəki rüsvayçı səhvləri hoydu-hoyduya götürən Əlövsət Osmanlı Mərdanovun dərslik uzmanları tərəfindən artıq məhkəməyə çəkilib. Etibar Əliyev isə təhsil dəllalları tərəfindən çəkildiyi məhkəmələrdən təzəcə qurtulub. İndi ondan narahatam ki, bu dəfə Gültəkin xanım girə keçəcək. Yəni Mərdanov yoldaş təhsildəki sarsaq durumu tənqid edən xanım deputatı da məhkəməyə çəkəcək. Söz yox, hünəri çatsa...
Bu davanın sonunu gözləyəndə darıxmayasınız deyə gəl sizə maraqlı söhbətdən söz açım. O söhbəti deputat Cavanşir Paşazadə yoldaş edib - bizim şeyxin qardaşı. O, “Şeyxin qardaşı olmaq xeyrinizə işləyir, ya ziyanınıza” sualına bu cavabı verib: “Şeyxin qardaşı olmağın çətin tərəfləri də var. Adam istər-istəməz bəzi şeylərdən çəkinir, yalan danışa bilmir, insanlara qarşı rəhmdil olur”.
Boş şeydir. Şəxsən mənim qardaşlarımın biri də şeyx deyil. Amma yalan danışmıram, çox şeylərdən çəkinirəm, insanlara qarşı da mərhəmətliyəm. Özü də bu, çox asandır. Cavanşir yoldaşın bu sözündən dilxor oldum. Fikirləşdim ki, qardaşı şeyx olmayan o biri deputatlar gör nə qədər gopa basır, qəddarlıq edir, heç nədən, lap elə kababxana, pivəxana, nə xana, şadlıq evi-zad fırlatmaqdan çəkinmir. Sonra lap bərk dilxor oldum. Fikirləşdim ki, Allah eləməmiş, birdən şeyxi işdən çıxarsalar, Cavanşir ağanın qabağında dayanmaq olmaz. Adam şirə dönüb heç nədən çəkinməz, kasıb-kusuba zülm edər, tez-tez yalan danışar.
Amma öz aramızdır, şeyxin qardaşı olmaq doğrudan da əzabdır. Şeyxin gözündən uzaq, bəzən nəyəsə məcbur olursan. Bəzən 700 min vətəndaşı acından BMT-dən yardım alan ölkənin hökumətinə yalandan tərif vurmaq, inkişafdan danışmaq lazım gəlir. Bu yalanı da gərək elə danışasan ki, ac camaat duyuq düşməyə. Camaat cəhənnəm e, şeyx xəbər tutmaya. Yoxsa adamı aparıb villasındakı tox timsahların qabağına atar...

977 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - BİZİM FORS-MAJOR QIŞIMIZ

[11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ

[11.02.2012] - ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ

[11.02.2012] - XALQA “GET, SÜRÜŞ” MESAJI

[11.02.2012] - ALMANİYANIN ELMANİYA OLMASI

[11.02.2012] - ƏBƏDİLİK SİNDROMU

[10.02.2012] - DƏLƏDUZ KİMİ TƏQDİM EDƏN...

[10.02.2012] - YAP İQTİDARINA ZƏNG ÇATMIR

[10.02.2012] - TUNDRADA YAŞAMAQ ARZUMUN GERÇƏKLƏŞMƏSİ

[10.02.2012] - ƏSƏDİN TALEYİ

[10.02.2012] - TÖVHİD DƏRSİ İLƏ HİDAYƏT NURU

[10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN...

[10.02.2012] - DÖVLƏT VAR Kİ, QAYĞISI DA OLA?

[09.02.2012] - DOST OLMADIZ, BARI DÜŞMƏNÇİLİK ETMƏYİN

[09.02.2012] - YERİNDƏ HƏLL

[09.02.2012] - BİR FƏDAİNİN AYAĞA VERİLMƏSİ

[08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI

[08.02.2012] - QARANLIQDAKI HƏYAT...

[08.02.2012] - TORPAQ SƏNİ DƏ BASACAQ BAĞRINA, SİYAVUŞ!

[08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI

ARXIV

Yeni MÜSAVAT © 2008