12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

OTURTMAĞIN YOLLARI

2010-03-12

“Milli Fikir” adlı bir gənclər qurumu var, məqsədləri və fəaliyyətləri haqda açığı heç bir məlumatım yoxdur. Ancaq bu günlərdə həmin gənclərdən bir məktub almışam, məzmunu diqqətimi çəkdi.

Demək, bu cavanlar Novruz bayramında xeyirxah iş görmək istəyiblər, Bakıdakı uşaq evlərinə yardım eləmək üçün xeyriyyə aksiyası keçirəcəkmişlər. 6 uşaq evi və internatla əlaqə saxlayıblar, bayram günü onları ziyarət etmək arzularını çatdırıblar, ancaq hamısından rədd cavabı alıblar. Səbəb də çox sadə və maraqlı imiş: internatların direktorları qurumun adındakı “Milli Fikir Gənclər Hərəkatı" ifadəsindən qorxuya düşüblər.
Absurda baxın, əgər sabah hansısa, məsələn, yarıçılpaq müğənni, homoseksuallığını gizlətməyən manıs (əlbəttə, mən kimsənin cinsi oriyentasiyasını pisləmək fikrində deyiləm, sadəcə faktı yazıram) internata baş çəkmək istəsə ona yaşıl işıq yandırırlar, gənclərin müstəqil qurumunu isə rədd edirlər. Guya manıslar internat uşaqlarının təlim-tərbiyəsinə daha yaxşı təsir edir? Nə üçün internat uşaqları hər hansı gənclər təşkilatı ilə görüşə bilməz? Belə idiotizmlə hara gedirsiniz, yoldaş yapokratlar? Hansısa pirdən gətirilən, nəzir verilən qazan yeməyi internata buraxılır, ancaq gənclər qurumunun yardımı yox...
İndi sizə Bəxtiyar Sadıqovdan nəql eləmək istəyirəm - deputat və “Azərbaycan” hakimiyyət qəzetinin redaktorundan. (Gorun çatlasın, Üzeyir bəy, gör qəzetini indi kim buraxır...)
Yoldaş Sadıqov son günlər iki zırpı məqalə yazmışdır. Birincidə deyir ki, ali baş komandanın əmrini gözləyir, bu saat gedib Qarabağda vuruşmağa hazırdır. Mənə maraqlıdır, Bəxtiyar bəy 1951-ci ildə Ağdamda doğulub, Ağdam işğal olunanda cəmi 42 yaşı vardı, nə üçün o vaxt gedib döyüşməyibdir? Axı ağdamlı qoca kişilər, məktəbli uşaqlar o vaxt əllərinə silah götürmüşdülər, neçələri şəhid olub. Əlbəttə, yəqin yoldaş Sadıqovun döyüş qabiliyyəti məhz indi, 59 yaşında parlayıbdır. Əhsən. Ayrı nə deyə bilərik? Vuruşmaqdı, oxumaqdı, musiqi alətlərində ifa eləməkdi - bunları öyrənmək heç zaman gec deyil.
İkinci yazısında isə Sadıqov respublika prezidentini tənqid edən xarici mətbuatı topa tutur və yazır ki, gərək biz xarici təxribatçı qüvvələri yerində oturdaq. Elə bu cür də yazıb : “Azərbaycanla təhdid dilində danışmaq istəyənləri yerində oturtmaq”. Bunu necə edəcəyik görəsən? Məsələn, ola bilər ki, Dubaydakı malikanələr haqda yazan “Vaşinqton post”un müxbiri Endryu Hiqqins bu dövlətçiliyimizə zidd məqaləni ayaqüstə qaralayıbdır, indi Bəxtiyar əkə deyir onu basaq oturdaq. Bəlkə bu sarsaq oğlu yerində oturandan sonra daha pis şeylər yazacaq? Yaxud bəlkə bu Endryunun babasili-filanı var, heç otura bilmir, biz bunu yerində zorla oturtsaq sabah “Human Rayts Votç”un, “Amnesti İnterneşnl”ın dilinə düşmərikmi? Azərbaycana baxma ey, Bəxtiyar əkə, burada yazarları yerində oturtmaq, aparıb qazamatda oturtmaq çox asan işdir, üzünə bir-iki gədə-güdə, küçə qadını qoyursan, qurtarır gedir, ancaq xaricilərlə bu oturtmaq işi bir az qəlizdir. O bizik ki, otura-otura uzağı yanımız ağrıyır, xaricilər şuluq olurlar.
Mövzunu internatdan başladıq, onunla da bitirək. Təhsil naziri Mərdanov bir intervüsündə deyib ki, internatları ləğv eləmək, oradakı uşaqları ailələrə, evlərə vermək yaxşı olar, xaricdə də belə praktika üstündür və sairə. Əlbəttə, yaxşı olar. Ancaq gərək həmin yetim uşaqlardan bir neçəsini də hörmətli təhsil naziri götürüb saxlasın. Həm savab olar, həm də uşaqlara kurrikulumu öyrədər. Vətənpərvər uşaqlar olarlar, Qarabağı almaq üçün əmr gözləməzlər. Daha gələcəkdə məktəb direktoru axtaran nazir də müxbirlərdən kömək istəməz.
Yeri gəlmişkən, əgər nazir bir məktəbə direktor tapa bilmirsə o ölkədə təhsilin səviyyəsi neçədir? Cavab variantları: a) sıfır; b) mənfi bir; c) Allah bilir direktor olmağın tası neçəyə qalxıb ki, adam tapılmır; d) cavabların hamısı doğrudur.
Bu testi həm də Məleykə xanıma göndərirəm, birinci qrupun suallarına salsın.

2384 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - BİZİM FORS-MAJOR QIŞIMIZ

[11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ

[11.02.2012] - ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ

[11.02.2012] - XALQA “GET, SÜRÜŞ” MESAJI

[11.02.2012] - ALMANİYANIN ELMANİYA OLMASI

[11.02.2012] - ƏBƏDİLİK SİNDROMU

[10.02.2012] - DƏLƏDUZ KİMİ TƏQDİM EDƏN...

[10.02.2012] - YAP İQTİDARINA ZƏNG ÇATMIR

[10.02.2012] - TUNDRADA YAŞAMAQ ARZUMUN GERÇƏKLƏŞMƏSİ

[10.02.2012] - ƏSƏDİN TALEYİ

[10.02.2012] - TÖVHİD DƏRSİ İLƏ HİDAYƏT NURU

[10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN...

[10.02.2012] - DÖVLƏT VAR Kİ, QAYĞISI DA OLA?

[09.02.2012] - DOST OLMADIZ, BARI DÜŞMƏNÇİLİK ETMƏYİN

[09.02.2012] - YERİNDƏ HƏLL

[09.02.2012] - BİR FƏDAİNİN AYAĞA VERİLMƏSİ

[08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI

[08.02.2012] - QARANLIQDAKI HƏYAT...

[08.02.2012] - TORPAQ SƏNİ DƏ BASACAQ BAĞRINA, SİYAVUŞ!

[08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI

ARXIV

Yeni MÜSAVAT © 2008