 |
Yazarlar
UZUN BAYRAĞINLA MƏSUD YAŞA... 2010-09-03
|
Uzun sürən məşəqqət və işgəncədən sonra Dövlət Bayrağı Meydanı təntənəli şəkildə açılmışdır. Tədbirdə prezident də iştirak etmişdir. 1 sentyabr axşamı Bakı səması top səsinə, projektor işığına bürünmüşdü. Bəzi qorxaq vətəndaşlarımız - nə edəsən ki, ÜDM-in 400 faiz artımı şəraitində hələ də belə zəiflərimiz vardır - top-tüfəng səsini eşidərkən müharibənin yenidən başladığını, atəşkəsin pozulduğunu zənn etmişdir. Artıq bayrağımız bütün Qafqazın lideridir. Bu saat heç bir ölkədə bu cür uzun bayraq dirəyi yoxdur. Alçaq ermənilər o yandan, yazıq gürcülər bu yandan, bədbəxt farslar aşağıdan, mağmın ruslar yuxarıdan bizim bayrağa baxır, ağızlarının suyunu axıdır. Elə bugünlərdə prezident sərəncamı ilə pensiyalar 10 manat artırılmışdır. İnflyasiyanı nəzərə almasaq - qoy rədd olsun inflyasiya, onu niyə nəzərə almalıyıq ki - böyük artımdır və ən uzun bayraq dirəyinin açılış günü ilə xoş şəkildə üst-üstə düşmüşdür. Adam vəcdə gəlir. Az qalırsan gedib o dirəyin başına yeddi dəfə fırlanıb nəzir verəsən. Bəs necə, iqtidarın atalıq qayğısı sayəsində bu saat üçrəngli bayrağımız pir, ocaq, ibadət yeri olubdur. Bayrağımızın dirəyi gerçəkdən çox uzundur. İstəyirsən get Qəbələyə, Anar Məmmədovun ayı yediyi restorandan bax, istəyirsən Dubaydakı 70 milyonluq məlum villadan - bayraq qülləmiz görünür. Hətta mən bu saat Kanadada, o yana gedəndə Alyaskada yaşayan oxuculara zəng vurdum, dedilər, bəli, bayrağın ucu ordan da görükür. O cümlədən Hokkaydo adasında yaşayan yapon oxucum Koji Sakurai, Avstraliyada çoban işləyən həmyerlimiz, YAP Siyasi Şurasının keçmiş üzvü Aborigen müəllim də bayrağımızı gördüklərini yazıblar. Ümumiyyətlə, dünyanın ən uzun bayraq qülləsinin birini tikmək yapokratiyanın ağlına haradan gəldi, bu saat bütün dünya bunu müzakirə edir. Bir versiya var ki, qüllə adi qüllə deyil, həm də bizim gizli silahımızdır, Lazım gələndə Səfər Əbiyev bunu nizə kimi çiyninə alıb ermənilərin gözünü çıxardacaqdır. Gerçəkdən, qülləni yerə yıxıb uzununa Qarabağa tərəf yönəldəndə dalı Qaradağda durursa ucu Qarabağa çatır. Hətta ola bilər nazir qülləni atsın, o zaman nizə-bayrağın ucu birbaşa İrəvana çatıb Sərkisyanın, Vartanın, Petrosun-Metrosun qarnına girər. Bir növ tikə-kabab şəklində. Çox uzundraz şeydir. Bunun ucu dik vəziyyətdə ionosfer qatına qədər gedir. O üzdən qüllənin uclarına işıq çəkilibdir, yoxsa Amerikanın kosmik gəmiləri görmədən qülləyə ilişər, sonra gəmi düşər Bayıl camaatının təpəsinə, yüngülvari qanqaraçılıq olar. Ekoloqlar deyir, guya bu qüllə ozon qatını deşir, ancaq biz bunun yalan olduğunu dəqiq bilirik. Çünki qüllənin ozon qatından keçən hissəsi təmiz nehrə yağı ilə yağlanıbdır. Bayraq qülləsi korrupsiya ilə mübarizədə də böyük rol oynayacaqdır. Axı hər bir məmur öz kabinetinin pəncərəsindən bayrağı görməyə məhkumdur, üçrəngli bayrağımız görə-görə kim rüşvət almağa risk edər? O saat bayraq ona qənim olar. Mən özüm bu saat yazını bayrağın gözü qabağında, yüksək məsuliyyət və əzmlə yazıram. Son dəqiqədə amerikalıların kosmik agentliyi NASA teleskoplar vasitəsilə Böyük Andromeda Dumanlığı adlanan qalaktikadan dəhşətli xəbər alıbdır. Orada yaşayan cuppulu yadplanetlilər dəli olmaq dərəcəsinə çatıbdır. Deyirlər, görəsən, Azərbaycanın kosmosa və onların qalaktikasına doğru qəflətən uzatdığı bu uzun şey nədir. Əməllicə çaxnaşmadır. Bu çaxnaşmanı hazırda Qəbələ rayonu ərazisindən gözlə müşahidə eləmək mümkündür. O cümlədən Böyük Ayı Bürcü narahat olubdur - elə zənn edir bu uzun qülləni Anar Məmmədov uzadıb, istəyir onu da bişirib yesin. Hələ bu da hamısı deyil. Eh, bizim camaat nə bilir ki... Bayraq qülləmizin yerin üstündəki hissəsi qədər də yerin altındadır. Çox bic qüllədir. Bu saat qüllənin Yerə girən hissəsi o üzdən, Çili tərəfdən çıxıb. Məndə məlumat var ki, orda şaxtaçılar qəzaya bu üzdən uğrayıbdır. İndi Ən Yüksək Səs Tezlikli Himn qurmalıyıq. Dünyanın qulağına himnimizi elə bağırmalıyıq, qoy qulağı batsın. 3088 dəfə baxılıb
|
[11.02.2012] - BİZİM FORS-MAJOR QIŞIMIZ [11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ [11.02.2012] - ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ [11.02.2012] - XALQA “GET, SÜRÜŞ” MESAJI [11.02.2012] - ALMANİYANIN ELMANİYA OLMASI [11.02.2012] - ƏBƏDİLİK SİNDROMU [10.02.2012] - DƏLƏDUZ KİMİ TƏQDİM EDƏN... [10.02.2012] - YAP İQTİDARINA ZƏNG ÇATMIR [10.02.2012] - TUNDRADA YAŞAMAQ ARZUMUN GERÇƏKLƏŞMƏSİ [10.02.2012] - ƏSƏDİN TALEYİ [10.02.2012] - TÖVHİD DƏRSİ İLƏ HİDAYƏT NURU [10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN... [10.02.2012] - DÖVLƏT VAR Kİ, QAYĞISI DA OLA? [09.02.2012] - DOST OLMADIZ, BARI DÜŞMƏNÇİLİK ETMƏYİN [09.02.2012] - YERİNDƏ HƏLL [09.02.2012] - BİR FƏDAİNİN AYAĞA VERİLMƏSİ [08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI [08.02.2012] - QARANLIQDAKI HƏYAT... [08.02.2012] - TORPAQ SƏNİ DƏ BASACAQ BAĞRINA, SİYAVUŞ! [08.02.2012] - İSRAİLDƏN TÜRKİYƏYƏ QƏFİL HƏMRƏYLİK MESAJI ARXIV
|