12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Yazarlar

XRUŞŞOVKA KİMİ ÜZLƏNMİŞ DEMOKRATİYA

2010-09-03

Bakı buxtasının üzərindən körpü tikilməsi məsələsi ciddiləşir. Çox bahalı və möhtəşəm körpü Bakıya xüsusi yaraşıq verəcək. Artıq yerli və xarici mətbuatda Bakını Dubaya bənzətməyə başlayıblar. Qəzetlərdə və internet saytlarında “Bakı Dubaya çevrilir”, “Xəzər sahilində yeni Dubay salınır”, “Yeni körpü Bakını Dubaya oxşadacaq ” və s. kimi başlıqlar gedir. Qədimalı qağam da Bakının Dubaya çevriləcəyi xəbərlərinin ucundan-qulağından eşidib. O gün mənə deyir ki, a bajıoğlu, yaxşı oldu, Bakını söküb yerində Dubay tikirlər, daha qızlarımız Dubaya gedib adımızı batırmazlar, elə buralarda gözümüzün qabağındaca olarlar.

Bakının da Dubay kimi yaraşıqlı və təmiz şəhər olmasını istəyirəm. Ancaq  azadlığı, qayda-qanunu nəzərə alanda, doğma Bakımız qonşuluqdakı Tiflisə oxşasa daha yaxşı olardı. Yer üzündəki bir çox mürtəce rejimlərin himayəçisi və ilhamvericisi olan Moskvanın  sayəsində hakimiyyəti əlində saxlayan Azərbaycan iqtidarı,  ölkəni  Dubayın neft şeyxləri kimi idarə edir. Ona görə də onun bir gözü Dubayda, bir gözü Moskvadadır.  Xalqın neft pullarını ərəb şeyxlər kimi  son dərəcə sərbəst və məsuliyyətsiz, şəxsi fantaziyalarına uyğun xərcləməkdən həzz alırlar. Onların bu asudəliyini Moskva təmin edir. Moskvanın qısa müddətə iqtidarın arxasından çəkilməsi  kifayətdir ki, ölkədə hər şey kökündən dəyişsin.
Mən bu yaxınlarda bildim ki, Bakının Tiflis prospektinin adını dəyişib Moskva prospekti qoyublar. İlk baxışdan bu, təsadüf kimi görünə bilər. Düşünürəm ki, burada təsadüf-zad yoxdur. Bu addımı ilə iqtidar  Gürcüstanla həyasızcasına və haqsız düşmənçilik edən Kremlə yarınıb. Hamımıza bəllidir ki, nə Azərbaycan, nə də Rusiya iqtidarı Gürcüstandakı demokratiyadan heç də məmnun deyillər, hər ikisi onu özləri üçün ciddi təhlükə hesab edirlər. Demokratik Gürcüstan Moskvanın imperiya ambisiyalarına, Bakının isə rejim maraqlarına nəinki sərf etmir, onlar üçün çox ciddi təhlükə yaradır. İqtidarın Saakaşvili hakimiyyətindən zəndeyi-zəhləsi gedir. İndi təkcə Gürcüstana gedib-gələnlər yox, bütün Azərbaycan xalqı  demokratiyanın Gürcüstanda yaratdığı möcüzələrdən xəbərdardır, onları həsədlə izləyir. Moskva qorxur ki, bu “pis” nümunə Azərbaycan xalqını yoldan çıxara bilər və Azərbaycanda da demokratik cəmiyyət qurula bilər.
Ölkə rəhbərliyinin Bakını Dubaya oxşatmaq istəməsi açıq-aydın görünür. Bayaq qeyd etdiyim kimi, Bakının gözəl və yaraşıqlı olması yaxşıdır. Ancaq təəssüf ki, iqtidar demokratiyanı necə yamsılayırsa, Bakını Dubaya oxşatmaq məsələsində də eləcə edir. Son illər köhnə və yöndəmsiz binaları yenidən üzləməklə,  onları çox yaraşıqlı duruma gətirirlər. Bir vaxtlar şəhərimizin görünüşünü korlayan bu binalar sonradan onun yaraşığına çevrilir. Məsələ burasındadır ki, həmin binaların üzlənməsinə çəkilən xərcə ondan da yaxşı yeni bina tikmək olar. Burada əsas məqsəd üzləməyə çəkilmiş xərcləri dəfələrlə artıraraq büdcədən çoxlu pul oğurlamaqdır.  İkinci və daha ciddi məqam ondan ibarətdir ki, binalar yalnız küçə tərəfdən üzlənir, həyətə baxan hissəsi və binanın içi əvvəlki kimi qalır. Nəzərə alsaq ki, adətən çox köhnə, mənzilləri çox uğursuz layihələşdirilmiş, heç bir kommunal şəraiti olmayan binaları yenidən üzləyirlər, deməli, orada yaşayan insanların kommunal həyatında heç nə yaxşılığa doğru dəyişmir, hər şey köhnədə olduğu kimi qalır, hətta bəlkə pisləşir də. Bakının  bütövlükdə Dubaya oxşadılması da eyni prinsiplə aparılır. Bakının ancaq bir hissəsi, xüsusən də adətən  ölkə başçısının və yüksək  titullu xarici qonaqların keçdiyi yerlər bəzədilir, süpürülüb-təmizlənir. Şəhərin zibilli, üfunətli, yöndəmsiz, səliqəsiz hissələrini abadlaşdırmaq əvəzinə, görünməsin deyə, həmin ərazini yol tərəfdən uca divarla hasarlayırlar. Sonradan həmin divarın üzünü çox bahalı  mərmər örtüklə üzləyirlər. Beləliklə, fasadı bahalı örtüklə üzlənmiş köhnə “stalinka”nın, “xuruşşovka”nın sakinlərinin  kommunal həyatında müsbətə doğru heç nə dəyişmədiyi kimi, Bakı əhlinin də şəhərin Dubaya bənzədilməsi prosesində kommunal həyatında heç nə dəyişmir. Kənarına mərmər bordyurlar düzülmüş yoldan 20-cə metr məhəllənin içinə tərəf gedəndə hər şey aydınca görünür. Dediyim odur ki, iqtidar demokratiyanı necə yamsılayırsa, Dubaya oxşamanı da eləcə yamsılayır. Ona görə də nə kommunal həyatımızda, nə də demokratik həyatımızda heç nə müsbətə doğru dəyişmir. Nə olsun ki, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunumuz  var. Bunlar “stalinka”nın, “xuruşşovka”nın üzlənməsi kimi bir şeydir.

923 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - “KÜÇƏLƏRƏ DUZ SƏPMİŞƏM”

[12.02.2012] - SÖZÇÜNÜ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

[12.02.2012] - MƏHLƏMİZDƏ BİR QUYU VAR, ƏMİQIZI...

[12.02.2012] - SAVADSIZ FOLKER PETERS VƏ TƏRS STATİSTİKA

[12.02.2012] - BİRİNCİNİN YERİ

[12.02.2012] - AFFA-da MOLLA NƏSRƏDDİN SEÇKİSİ

[11.02.2012] - BİZİM FORS-MAJOR QIŞIMIZ

[11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ

[11.02.2012] - ÇÖRƏYİN ÜSTÜNDƏ “SEVİRƏM” SÖZÜ

[11.02.2012] - XALQA “GET, SÜRÜŞ” MESAJI

[11.02.2012] - ALMANİYANIN ELMANİYA OLMASI

[11.02.2012] - ƏBƏDİLİK SİNDROMU

[10.02.2012] - DƏLƏDUZ KİMİ TƏQDİM EDƏN...

[10.02.2012] - YAP İQTİDARINA ZƏNG ÇATMIR

[10.02.2012] - TUNDRADA YAŞAMAQ ARZUMUN GERÇƏKLƏŞMƏSİ

[10.02.2012] - ƏSƏDİN TALEYİ

[10.02.2012] - TÖVHİD DƏRSİ İLƏ HİDAYƏT NURU

[10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN...

[10.02.2012] - DÖVLƏT VAR Kİ, QAYĞISI DA OLA?

[09.02.2012] - DOST OLMADIZ, BARI DÜŞMƏNÇİLİK ETMƏYİN

ARXIV

Yeni MÜSAVAT © 2008