|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Məhərrəm-Səfər əyyamının axır günləridir. Dünyanın hər bir guşəsində, hər bir məmləkətində İmam Hüseyn (ə) əzadarları bu əyyamı yaşadır, Əba Əbdillaha (ə) əzadarlıq məclisləri təşkil edir. İmam Hüseynin (ə) əzadarları yalnız Aşura, İmamın (ə) üçü, yeddisi mərasimlərini keçirməklə kifayətlənmirlər, davamlı olaraq bu şəhidlik məktəbinin yaşadılması və tanıtdırılması üçün əllərindən gələnləri edirlər. Bu il də Məhərrəm-Səfər əyyamında hər birimizin, xüsusilə də orta və yaşlı nəslin həyatında çox önəmli günlərdən biri yaşanır. 22 il öncə Sovet imperiyasının dağılması və aradan getməsi üçün ən ciddi hadisələrdən biri baş verib. Yetmiş ildən sonra, xalqımızın zülmün qabağında dayana bilməsini bir daha sübut etdiyi bir gün tarixə qanlı hərflərlə yazıldı. İndi 22-23 yaşı olan cavanlar o faciə baş verəndə, hələ dünyaya təzəcə göz açmışdılar. 25 yaşlılar isə o vaxt nələrin baş verdiyini hələ dərk etmirdilər. O zaman gənc olanların indi qırx yaşları var. Bu qədər vaxt keçib. Bizi bu hadisədən zaman baxımından ayıran illərin sayı artmaqdadır. Bu artım, kəmiyyətdən keyfiyyətə keçə bilmək təhlükələrini ortaya qoyur. Ola bilər ki, yeni gələn nəslin bu hadisələrdən tam mahiyyəti ilə xəbəri olmasın. Ola bilsin, insanları Bakı küçələrində imperiya tanklarının önünə əliyalın çıxaran, xırıltılı səslə “Yaşasın müstəqil Azərbaycan!” hayqırdıran duyğular bu günün insanı üçün artıq nəzəri bir məsələyə çevrilir. Ola bilər ki, komendant saatında güllə-baranlar, 40 günlük ümumi etiraz tətili artıq ölkə insanı üçün tarixin səhifəsi statusuna keçməkdədir. Bu baxımdan hamımızın üzərində böyük məsuliyyət var. Bizlər bu hadisəni yada salmaqla yaşatmalıyıq və bununla istiqlal şəhidlərimizin qarşısında borcumuzu yerinə yetirmiş olmalıyıq. 20 Yanvarın növbətçi tarixlərdən birinə, sadəcə rəsmi qeyd etməyə çevrilməsinə, imkan verməməliyik. 20 Yanvardan sonra insanlar İslamla daha yaxından tanış oldu Baş vermiş hadisəyə bir neçə istiqamətdən toxunmaq olar. Birinci budur ki, 20 Yanvar hadisəsi baş verəndə və bunu dünyaya təqdim edəndə, Sovet imperiyasının başında dayananlar hadisəni belə çatdırdılar ki, guya Azərbaycanda İslam fundamentalizmi baş qaldırmışdı və buna görə onlar bu cinayətə əl atmalı oldular. Əlamətdardır ki, o zaman camaatın əksər hissəsi İslam fundamentalizminin nə olduğunu bilmirdi. Ümumiyyətlə, “İslam nədir”dən az-çox xəbərləri olsa da, İslam fundamentalizminin nə olduğu barədə heç kəsin xəbəri yox idi. Necə ki, bir neçə il bundan öncə islamofobiyanın nə olduğunu çoxları bilmirdi və indi də bunu bəziləri başa düşmür, elə də o zaman bu ifadə başa düşülmürdü. Sovetdən çıxan toplum şəhid adı ilə tanış oldu İkinci ən mühüm məqamlardan biri də budur ki, yetmiş il sovetin olmazın təzyiqi altında yaşayan, sovetin təsiri ilə istiqamətləndirilən, Allahsızlıq mühitində yaşadılan, heç bir formada şəhid və şəhidlik haqqında məlumatı olmayan bir toplum, birdən-birə yanvarın 20-dən sonra tam şəkildə şəhid sözü ilə tanış olur. Bəzən bu məsələyə diqqət edilmir və yaddan çıxarılır. Yanvarın 20-dən sonra və şəhidlərin qırxına qədər Azərbaycan ərazisində, bütün məmləkət boyu şəhid anlamı oturuşmuş bir məsələ oldu. Yəni 20 yanvarda fədakarlıq edərək canlarından keçən insanları hamı şəhid ünvanı ilə çağırır. Bu, sovetin yetmiş il ərzində heç nə edə bilməməsinin və öz qarşısına qoyduğu məqsədlərə çata bilməməsinin ən gözəl nümunələrindən biridir. Yetmiş il sovet əlindən gələn hər bir şeyi edir ki, insanların dinlə heç bir bağlantısı olmasın. Amma xalqımız üçün bir köklü imtahan baş verir və insanlar o imtahanı verərkən onların zatında olan duyğular ortalığa çıxır. Şəhid ünvanı, şəhidləri anma mədəniyyəti ortalığa çıxır. Şəhidlər növhə və mərsiyələrlə dəfn edilib Həmin hadisələri bu və ya digər formada yaşayan insanlar bunu dəqiqliyi ilə xatırlayırlar ki, yetmiş ildən sonra milyonlarla insan şəhidlərin dəfninə, üçünə, yeddisinə gedəndə bütün Bakıda mərsiyələr, növhələr, rövzələr səslənir, əzadarlıqlar keçirilirdi. Səs hər yerə yayılırdı. Bu gün bunların bizim mədəniyyətimizə aid olmadığını, yaxud bu gün insanlar Şəhidlər xiyabanını ziyarət edərkən Allah bəyənən tərzdə ziyarətlərini həyata keçirəndə bunun bizə aidiyyətinin olmadığını iddia edənlərin 20 yanvar 1990-cı ildə şəhidlərin dəfnindən ya xəbəri yoxdur, ya özlərini bilməməzliyə vururlar. Millət öz fədakar övladlarını şəhid kimi tanıyır, şəhid kimi dəfn edir və o mərasimləri keçirdəndə, Kərbəla mövzusu gündəmə gəlir. Məhərrəm-Səfər əyyamına xas əzadarlıq mədəniyyəti bu hadisənin anmasında özünü göstərir. Və insanların həmin anda ən çox anlaya biləcəyi məsələ bu olur. 20 Yanvar - tariximizdə əhli-beyt (ə) mədəniyyətinə yaxın hadisə 20 Yanvar şəhidləri tam doğma şəhidlərimizdir. Onlar xalqın içindən gələn, xalqın ruhiyyələrindən qaynaqlanan şəhidlərdir. Və Əhli-beyt (ə) mədəniyyətinə bu hadisə qədər yaxın olan ikinci bir hadisə tariximizdə yoxdur. Neçə milyon insan neçə həftə ərzində öz şəhidlərini Əba Əbdillah (ə) yolçusu kimi yola salır. Bu, insanların yaddaşına birbaşa həkk olunub. İndi ziyarət vaxtı müxtəlif hüznlü mahnılar səsləndirilir. Amma o zamanlar ziyarətlər mərsiyələr, növhələr ilə müşayiət olunurdu. Bəzən deyilir ki, bu, yalnız hüzndürmü? Bəli, bu hüzndür. Amma bunun yanında qəhrəmanlıq da var. Həmin gün İslami marşlar da, vətənpərvər marşlar da səsləndirilməlidir. İnsanların qəhrəmanlıq hisslərini qaldıran məsələlərə də yer verilməlidir. Amma bunu toy-bayram etmək lazım deyil. Əgər lazımınca xatırlamaq olmasa, necə ki, 1918-ci ildə özlərini qurban vermiş şəhidlərimiz unutdurulub, eləcə də bu şəhidlərimiz də unutdurulacaqlar. Kimlər şəhidlə eyni məqamda tutular? Əziz məsumlarımızdan (ə) bizlərə praktik əhəmiyyəti olan xeyli sayda dərslər gəlib çatıb. İslam Peyğəmbəri (s) buyurur: “Doğru danışan və doğru əməl sahibi olan müsəlman tacir Qiyamətdə şəhidlərlə birgə olar”. Şəhidin məqamı çox yüksəkdir. Amma gündəlik həyatımız da var. İslam tək istiqamətli bir din deyil. İnsanlar həyatlarının hər səhnəsində ali məqamlara yetişə bilər. Bu da bir məsələdir ki, şəhidliyin məqamı o qədər yuxarıdır ki, insanlar üçün yüksəklik etalonu kimi təqdim edilir. İnsanların düz danışması, doğru əməllər etməsi bu məqamla ölçülür. Əhli-beytə (ə) məhəbbətlə ölən şəhidlik zirvəsində yer alar Şəhidliklə bağlı İslam Peyğəmbərinin (s) daha bir mübarək buyuruşu var. Rəsulallah (ə) buyurur: “Muhəmməd (s) Əhli-beytinin (ə) məhəbbəti ilə dünyadan köçən şəhiddir”. Bu, çox böyük bir lütfdür. Əhli-beytə (ə) məhəbbət hər qəlbdə özünə yer tapa bilmir. Bu məhəbbətin daşıyıcısı olaraq dünyadan köçən şəxslər isə şəhidə bərabər tutulur. İmam Səccaddan (ə) buyurulur: “Kim bizim Qaimimizin (ə.f) qeybi dövründə qəlbində bizə dostluq və məhəbbətlə ölərsə, Allah-Təala Bədr və Ühüd şəhidləri kimi min şəhidin mükafatını ona bəxş edər”. Yəni Zəmanə Sahibinin (ə.f) qeybi dövründə yaşayan bir kəs qəlbində Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) dostluqla, sevgi ilə ölərsə, qəlbləri onlarla həmahəng olarsa, belə bir mükafat alar. 276 dəfə baxılıb
|
[18.05.2012] - RUHİ VƏZİYYƏTİN SABİT KONTROLU [11.05.2012] - BƏŞƏR ASİMANININ PARLAQ ULDUZU - XANIM FATİMƏYİ-ZƏHRA (S.Ə) [27.04.2012] - RUHU GÜNAHDAN TƏMİZLƏYƏN ƏSAS FAKTOR - TÖVBƏ... [20.04.2012] - TƏVAZÖKARLIQ: NƏ VAXT VACİBDİR, NƏ VAXT QADAĞAN? [13.04.2012] - KAMİLLİYƏ DOĞRU GEDƏN YOLUN İLKİN ŞƏRTİ - TƏVAZÖKARLIQ... [06.04.2012] - “FATİMƏ (S.Ə) GÜNLƏRİ”ndə NƏLƏRİ BİLMƏLİ [30.03.2012] - İNSANIN TƏKƏBBÜRLÜYÜ HANSI AMİLLƏRİN MƏHSULUDUR? [16.03.2012] - NOVRUZ - İNSANIN FİTRƏTİNƏ QAYIDAN BAYRAM [10.03.2012] - TÖVBƏKARIN HEYRƏTİ [09.03.2012] - QURANİ-KƏRİMDƏ ŞƏFAƏT VƏ ŞƏFAƏTƏ LAYİQ OLANLAR [02.03.2012] - BÖYÜK ƏXLAQİ VƏ İCTİMAİ FƏSAD [24.02.2012] - QƏLBİN PASINI TƏMİZLƏMƏ VASİTƏLƏRİ [17.02.2012] - MÜSƏLMAN MENTALİTETİ BARƏDƏ BİR NEÇƏ SÖZ [10.02.2012] - TÖVHİD DƏRSİ İLƏ HİDAYƏT NURU [13.01.2012] - DİL MƏRƏZİNDƏN XİLAS OLMANIN YOLLARI [06.01.2012] - QEYRƏT VƏ HİMMƏTİN QAYNAQLANDIĞI ÇEŞMƏ [30.12.2011] - VÜCUDƏN AZAD OLMAQ MİSSİYASI [29.12.2011] - FİZİKİ QARANLIQ ZİYANI SÖNDÜRƏ BİLMƏZ [16.12.2011] - AŞURA HƏRƏKATININ ƏSL HƏDƏFİ İSLAHDIR [09.12.2011] - KƏRBƏLADAN ÇIXAN DƏRSLƏR - MƏNƏVİ MƏRƏZLƏRİMİZİN MÜALİCƏSİ... [02.12.2011] - UŞAQLARA EDİLƏN ZÜLMÜN SİMVOLU OLAN GÜN [25.11.2011] - ELM VƏ ŞÜCAƏT DAĞLARININ ZİRVƏSİ [18.11.2011] - «MÜBAHİLƏ GÜNÜ» NƏLƏR BAŞ VERDİ? [11.11.2011] - QƏDİR-XUMDAN PARLAYAN GÜNƏŞ [04.11.2011] - TÖVHİDPƏRƏSTLİK VƏ BƏNDƏLİK SİMVOLU [28.10.2011] - MÜBARƏK ZİLHİCCƏ AYI - YÜKSƏK AMALLARLA HƏMAHƏNG OLMANIN NƏCİB FÜRSƏTİ [14.10.2011] - XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYƏ APARAN İKİ YOLUN MƏNZİLLƏRİ [07.10.2011] - SƏDAQƏT VƏ QƏHRƏMANLIQ DÜSTURLARI [30.09.2011] - İNKİŞAFA APARAN İKİ BÖYÜK YOL - İMAN VƏ VƏHDƏT [23.09.2011] - QLOBAL FƏSADIN MÜQABİLİNDƏ QLOBAL ƏXLAQ TƏLƏBATI [16.09.2011] - İNSAN HƏYATININ HƏR VƏZİYYƏTİNİ RƏNGLƏMƏLİ OLAN DƏYƏR [09.09.2011] - SƏADƏT QAPILARININ AÇARI - SƏBİR [03.09.2011] - ŞƏVVALIN HİLALI (YENİ AY) ƏTRAFINDA MÜZAKİRƏLƏR [02.09.2011] - QİYAMƏT GÜNÜNÜ SİMVOLİZƏ EDƏN FİTR BAYRAMI [26.08.2011] - QÜDS GÜNÜ - İZZƏT GÜNÜDÜR [19.08.2011] - QƏDR GECƏSİ - MÜBARƏK AYIN TƏQVA MÜKAFATINI ALMAQ FÜRSƏTİ [12.08.2011] - İLAHİ ZİYAFƏTİN QONAĞINA VERİLƏN ƏN BÖYÜK FÜRSƏT [05.08.2011] - İNSANIN ÖZ İMKANLARINI YUXARI QİYMƏTLƏNDİRMƏ AYI [29.07.2011] - RAMAZAN AYI İLƏ İXLASLI NİYYƏTLƏRƏ DOĞRU [22.07.2011] - DÖVRÜN ƏN BÖYÜK İLAHİ ÇAĞIRIŞI - VƏHDƏT [15.07.2011] - KAMİL İMANA ÇATMAĞIN NƏZƏRİ VƏ PRAKTİKİ YOLLARI [08.07.2011] - AZADLIQ, YƏNİ ALLAHA XALİS BƏNDƏLİK ETMƏK... [01.07.2011] - DUA BULAQLARINDAN AXIB GƏLƏN HƏYAT DƏRSLƏRİ - İMAN VƏ İSLAM [24.06.2011] - ZİKRLƏRİ, DUALARI VƏ ƏLAMƏTDAR GÜNLƏRİ İLƏ ÖZ MAHİYYƏTİNİ AÇAN AY [17.06.2011] - KAMİL İNSANIN MÖVLUDUNU YAŞAMAQ SƏADƏTİ [10.06.2011] - HÜRR İNSAN - ÇƏTİNLİKDƏ DƏ EYNİ AZADƏLİYƏ MALİK OLANDIR [03.06.2011] - ÖZÜMÜZLƏ MƏŞĞUL OLMAQ VAXTI... [28.05.2011] - İSLAMLA BAĞLI SİYASƏTİN İFLASA UĞRAMASI [27.05.2011] - DƏYƏRLƏR SAVAŞI GEDƏN TOPLUMDA İSLAHEDİCİLIK MİSSIYASI [13.05.2011] - İNSAN NİYƏ SALAVAT DEYİR? [06.05.2011] - HƏZRƏT PEYĞƏMBƏRİN (S) SƏHABƏLƏRİNİN QORXUSU [29.04.2011] - İSLAMIN QADINA VERDİYİ DƏYƏR [22.04.2011] - BURULĞANLI DÜNYA DƏNİZİNDƏN SAHİLƏ ÇIXMAĞIN YEGANƏ VASİTƏSİ [15.04.2011] - ZÜLMƏ QƏLBƏN DƏ DƏSTƏK VERMƏMƏLİ [08.04.2011] - ƏRƏB DÜNYASINDA NƏ BAŞ VERİR? [01.04.2011] - CƏHƏNNƏMDƏ KİMLƏR ODUN OLAR [25.03.2011] - BÜTÜN TƏZAHÜRLƏRİNDƏ DİRİLİK OLAN BAYRAM [11.03.2011] - ZÜLM NƏDƏN BAŞ VERİR? [04.03.2011] - DÜNYA - XEYİR, YA ŞƏR MƏNBƏYİ? [25.02.2011] - EŞQ VƏ AŞİQLİYİN ANTOLOGİYASI [11.02.2011] - İNSANI SEVMƏK VƏZİFƏSİ [04.02.2011] - İLAHİ, BİR QƏLB VER Kİ, ŞÖLƏLƏNSİN... [28.01.2011] - HAQQIN YANINDA OLMAQ VƏZİFƏSİ [14.01.2011] - ŞƏXSİYYƏTİN KORRUPSİYALAŞMASINA İMKAN VERMƏMƏK [07.01.2011] - İMAN - ƏMƏL VƏ İQRARIN BİRGƏ TƏCƏSSÜMÜDÜR [31.12.2010] - AŞURA VƏ MİLAD QƏHRƏMANLARININ QARŞI ÇIXDIĞI HƏDƏFLƏR [24.12.2010] - İRADƏVİ SEÇİMİN ŞAH ZİRVƏSİ [17.12.2010] - AŞURA - VARLIQ ALƏMİNİ SARSIDAN VÜCUDİ FACİƏ [03.12.2010] - İSLAMDA ELM VƏ MƏSULİYYƏT [19.11.2010] - İNSAN ƏN ÇOX NƏDƏN QORXMALIDIR? [12.11.2010] - İNSANIN AZADLIĞI YOLUNDA DURAN 10 DAXİLİ BÜT [05.11.2010] - ZİLHİCCƏ - MƏNƏVİYYAT VƏ FƏZİLƏT AYI [29.10.2010] - METRONUN İÇİNDƏ YAŞAMAQ ÜÇÜN GƏLMƏMİSƏN, EY İNSAN... [22.10.2010] - ZALIMIN, KAFİRIN, FASİQİN “AZADLIĞI” VƏ HƏQİQİ AZADLIQ [15.10.2010] - İSLAMIN NƏZƏRİNDƏ AZADLIQ [08.10.2010] - ALLAH KİMLƏRİ HİDAYƏT ETMƏZ? [01.10.2010] - YALAN DANIŞAN NİYƏ YALAN DANIŞIR? [24.09.2010] - SƏN BU GÜN, ANCAQ BU GÜNƏ MALİKSƏN [17.09.2010] - ZƏNCİRDƏNÇIXMIŞIN POST-RAMAZAN AYI “SÜRPRİZLƏRİ” [03.09.2010] - QARABAĞIN VƏ QÜDSÜN AZADLIĞI - ŞƏHİDLİKDƏN KEÇİR [27.08.2010] - İBLİSİN KÖRPƏLƏR EVİ HARADADIR? [20.08.2010] - İNSAN ÖZ POTENSİALINI NECƏ KƏŞF EDƏ BİLƏR? [13.08.2010] - QƏLBLƏRİN RAHATLIQ TAPDIĞI BİR AY... [06.08.2010] - BİZLƏRƏ MƏNƏVİ QİDALARINDAN DADIZDIR... [30.07.2010] - XOŞBƏXTLİK HAQQA BAĞLILIQDADIR [27.07.2010] - NİYAZİ MEHDİNİN “QIL KÖRPÜSÜ” İLƏ YERİŞİ ƏTRAFINDA QISA ETÜDLƏR [16.07.2010] - GÖZƏL ƏXLAQ RUZİNİ ARTIRAR [09.07.2010] - ƏN ÜSTÜN İBADƏTİN FORMULU [02.07.2010] - İLAHİ MÜNACATIN ŞAH ƏSƏRİ [25.06.2010] - İMANIN MÜBARƏK MEYARININ MÖVLUDU [18.06.2010] - HİKMƏT VƏ NEMƏTLƏ DOLU BİR AY [12.06.2010] - RƏCƏBLİLƏR AXTARILAN BİR GÜN... [11.06.2010] - ELMİN EMOSİYA İLƏ QOVUŞDUĞU NÖQTƏ [04.06.2010] - 100 İL ÖNCƏKİ AZƏRBAYCANLI İLƏ BUGÜNKÜNÜN FƏRQİ [28.05.2010] - RZA VƏ TƏSLİM MƏQAMINA NECƏ YETİŞMƏK? [27.05.2010] - NƏTİCƏDƏ AZƏRBAYCAN UDDU [21.05.2010] - KAMİL İNSANIN İMTAHANLAR MÜQABİLİNDƏ RƏFTARINA BİR BAXIŞ [14.05.2010] - UNUTMASAYDI, GÜNAH EDƏ BİLƏRDİMİ? [07.05.2010] - ZÖVQLƏRDƏ MÜXTƏLİFLİK QADININ XEYRİNƏ HƏLL OLUNMALIDIR [30.04.2010] - MÜVƏQQƏTİ DÜNYAYA ÜRƏK BAĞLAYANLAR [23.04.2010] - ÖLÜ TOPLUM NƏ ZAMAN DİRİLƏR... [18.04.2010] - HEYVANLARA EDİLƏN ZÜLMLƏR BAĞIŞLANARSA”¦ [16.04.2010] - ƏMƏL EDƏN ALİMİN VƏ ABİDİN FƏRQİ [09.04.2010] - İSLAMIN NƏZƏRİNDƏ ELM VƏ MƏSULİYYƏT [04.04.2010] - 2 APREL. 6 İL SONRA... [02.04.2010] - AİLƏDAXİLİ MÜNASİBƏTLƏRDƏ MÖCÜZƏ YARADAN SALAM [26.03.2010] - AİLƏDƏ TƏRBİYƏNİN MAHİYYƏTİ VƏ ÇAĞIRILMA [19.03.2010] - DÜNYAGÖRÜŞÜNÜN TƏMƏL DÜSTURU [18.03.2010] - MEDZEŞİNDƏ KƏŞF ETDİYİM İBRAHİM BAYANDURLU [12.03.2010] - DÜNYAGÖRÜŞÜNÜN FİTRƏTƏ UYĞUNLUĞU [05.03.2010] - DÜNYAGÖRÜŞÜNÜ NECƏ SEÇMƏK? [26.02.2010] - “HAQQI HƏTTA DÜŞMƏNİNDƏN DƏ OLSA, İNKAR ETMƏZ...” [22.02.2010] - HİLALIN DÜŞÜNCƏLƏRİ [22.02.2010] - FİLOSOFU OYADAN SUAL [19.02.2010] - HƏQİQİ GÜCLÜ ŞƏXSİN MANİFESTİ [12.02.2010] - NUHUN GƏMİSİNDƏN DÜŞMƏYƏNLƏR [05.02.2010] - ƏRBƏİNİN SEVGİ MESAJLARI [29.01.2010] - NURANİ VƏ ZÜLMANİ ŞƏFAƏT [22.01.2010] - FƏAL VƏ LAL ŞEYTANLAR [20.01.2010] - QANLI, AMMA CANLI 20 YANVAR... [15.01.2010] - “MƏNİ İSRAFDAN ÇƏKİNDİR, RUZİMİ TƏLƏF OLMAQDAN QORU...” [08.01.2010] - HAQQIN YANINDA OLMAĞI ÖYRƏDƏN MƏKTƏB [25.12.2009] - AŞURA - QANIN QILINCA QALİB GƏLDİYİ GÜN [18.12.2009] - UNUTQANLIĞI UNUTDURMAQ GÜNÜ [11.12.2009] - MÜBAHİLƏ GÜNÜNÜN HƏQİQƏTLƏRİ [06.12.2009] - “QƏDİR-XUM” DİNİMİZİN KAMİL OLDUĞU GÜNDÜR [05.12.2009] - ALİXANYAN-BONNER MİNARƏFOBİYASI VƏ “QANUNSUZ MEMARLIQ” [04.12.2009] - VİCDANI SUSMAYAN İNSANLAR [27.11.2009] - İSMAYIL QURBANLIĞININ FƏLSƏFƏSİ [20.11.2009] - ZİLHİCCƏ - MƏNƏVİYYAT VƏ FƏZİLƏT AYI [13.11.2009] - QƏLBİ OYAQ SAXLAMAQ MİSSİYASI [06.11.2009] - İSLAM PEYĞƏMBƏRİNİN (Ə) QARDAŞLARI KİMLƏRDİR? [03.11.2009] - FAXRALI MƏSCİDİNİN KEŞİK ÇƏKƏN KEŞİŞLƏRİ... [30.10.2009] - ÇƏTİNLİKLƏRİ SƏBİR, HELM, ALİCƏNABLIQLA ÜSTƏLƏYƏNLƏR [16.10.2009] - ALLAHI YAD ETMƏ - ƏSAS TƏNZİMLƏYİCİ [10.10.2009] - “NİYYƏTLƏRƏ GÖRƏ” NOBEL MÜKAFATI [02.10.2009] - İSLAMDA ELMİN MƏQAMI [25.09.2009] - VƏZİFƏNİ HƏR ZAMAN BİLMƏK VƏZİFƏSİ [18.09.2009] - QARABAĞI VƏ QÜDSÜ UNUTMA! [17.09.2009] - ÖZÜNÜ QƏHRƏMAN SAYMAYAN QƏHRƏMAN [16.09.2009] - “KÖRPƏ ADLANAN BİR VARLIĞIN QANUNSUZ MÖVCUDİYYƏTİNİN QARŞISININ ALINMASI” [14.09.2009] - KİMDİR BƏDBƏXT? [13.09.2009] - HƏR ŞEY NƏDƏNSƏ VƏ NƏ VAXTSA BAŞLANIR [12.09.2009] - DÜNYANIN QARANLIQ ZƏNCİRLƏRİNİ NECƏ QIRMALI? [11.09.2009] - DÜNYANI ÜÇ DƏFƏ BOŞAMIŞ HƏZRƏT ƏLİ (Ə) [10.09.2009] - QƏDR GECƏSİ - MÜASİR DÜNYADA KAMİL İNSAN AXTARIŞI PRİZMASINDAN [09.09.2009] - QƏFLƏTDƏN OYANIŞA DOGRU APARAN QƏDR GECƏSİ [08.09.2009] - NEREDEDİR O ESKİ RAMAZANLAR (AYLAR)? [07.09.2009] - QƏDR GECƏSİNƏ HAZIRLIQ VAXTI YETİŞDİ [06.09.2009] - “MƏSCİDİN BÜNÖVRƏSİNDƏ İNƏK QANINDAN İSTİFADƏ EDƏCƏKLƏR” - HİNDLİ ŞAYİƏSİ [05.09.2009] - VAŞİNQTONLU HƏSƏNİN KAPİTOLİDƏ 50 000 NƏFƏRLİK NAMAZI [04.09.2009] - QƏZƏB VƏ ŞƏHVƏTİ RAM EDƏN OVQAT [03.09.2009] - OBAMANIN İFTARI, HİCABLI ŞAGİRD, FƏDAKAR REYCEL KORRİ [02.09.2009] - MƏSCİDİ SÖKÜLƏN VƏTƏN ÖVLADI KOMPLEKSİNDƏN NECƏ QURTULAQ? [01.09.2009] - ALLAH EVLƏRİ SÖKÜLƏRKƏN SƏN NƏ EDİRDİN?! [31.08.2009] - RAMAZAN AYI MƏHKƏMƏLƏRİ [30.08.2009] - MÜBARƏK AYIN MÜBARƏK XƏBƏRLƏRİ [29.08.2009] - İSLAM MƏDƏNİYYƏTİ PAYTAXTININ RAMAZAN GÜNDƏLİYİ [28.08.2009] - İLAHİ DƏVƏTİ QƏBUL EDƏNLƏRDƏNİKMİ? [27.08.2009] - ORUCLULUQ VƏ «NEVROZ» [26.08.2009] - BAYIL TÜRMƏSİNƏ «BAYIR»DAN GƏLƏN AZAN SƏSİ [25.08.2009] - ORUCLUDAN XOXAN DÜZƏLDƏN “ORUCLULAR” [24.08.2009] - İLAHİ SÜFRƏDƏ YAXŞI DÜŞÜNCƏ VƏ AYIQ FİKİR ADLI SOVQAT [23.08.2009] - NİYYƏT AXŞAMINDA İNSANLAR SUSUZLUQLA İMTAHANA ÇƏKİLƏRMİ?! [22.08.2009] - XOŞ GƏLDİN, MÜBARƏK RAMAZAN AYI! [21.08.2009] - BƏRƏKƏT, RƏHMƏT VƏ BAĞIŞLANMAQLA ÜZÜMÜZƏ GƏLƏN RAMAZAN AYI [19.08.2009] - SOVETLƏRİN “QIRMIZILAŞDIRA” BİLMƏDİYİ MOLLA [14.08.2009] - 3 GÖZ QİYAMƏT GÜNÜ AĞLAMAZ [07.08.2009] - GƏMİNİ NİCAT YOLUNA APARAN KAPİTAN [05.08.2009] - STRASBURQDA RƏCƏB DÜŞÜNCƏLƏRİ [31.07.2009] - GECƏNİ SƏCDƏ HALINDA BAŞA VURANLAR [24.07.2009] - ŞABAN AYININ ORUCLULARI [10.07.2009] - ÇƏTİNLİKLƏRİ SƏBİR, HELM, ALİCƏNABLIQLA ÜSTƏLƏYƏNLƏR [03.07.2009] - CAHİLLƏRLƏ ALİCƏNAB ÜNSİYYƏT QURMALI [26.06.2009] - İZZƏT MƏNBƏYİNDƏN QAYNAQLANAN HİSS [23.06.2009] - “RƏSULZADƏNİN... VALİDEYNLƏRİ DƏ QANUNSUZ DİNİ FƏALİYYƏT GÖSTƏRİB?” [19.06.2009] - TƏNQİDDƏN NİHİLİZMƏ GEDƏN YOL [19.06.2009] - KİMLİYƏ DƏLALƏT EDƏN YERİŞ [12.06.2009] - TƏVAZÖ, VÜQAR VƏ MÜLAYİMLİKLƏ YERİYƏNLƏR [06.06.2009] - OBAMA VƏ “CHANGE” [05.06.2009] - TƏQVA - HƏRƏKƏTDƏ PƏHRİZKARLIQ [22.05.2009] - QƏLBİ ÖLÜMDƏN NECƏ QORUMALI? [15.05.2009] - NƏDƏN NİGARANSAN, EY İNSAN? [08.05.2009] - RUHUN AĞRI RESEPTORLARI [01.05.2009] - HİMMƏT GÖSTƏRİRİKMİ? [28.04.2009] - SÖKÜLƏN VƏ BAĞLANAN MƏSCİDLƏR PAYTAXTI [24.04.2009] - ÇİRKLƏNDİRMƏ Kİ, PAKLAMAĞA EHTİYAC DA QALMASIN... [10.04.2009] - TUTACAĞI MÖHKƏM, SONU UCA SIĞINACAQ [03.04.2009] - LÜTF YAĞIŞININ ƏMƏL DÜSTURU [01.04.2009] - ÜŞÜYƏRKƏN ÇEŞMƏ BAŞI AXTARAN MÖHSÜN BAŞQAN... [27.03.2009] - XƏRCLƏNİB QURTARMAYAN XƏZİNƏ [24.03.2009] - İMKANSIZLIQ, YOXSA TOFİQATSIZLIQ?! [20.03.2009] - TƏBİƏTİN NOVRUZUNDAN QƏLBİN NOVRUZUNA [13.03.2009] - BÜTÜN TƏZAHÜRLƏRİNDƏ DİRİLİK OLAN BAYRAM [06.03.2009] - UZUN ARZULAR HƏYATI UNUTDURAR [27.02.2009] - NUHUN GƏMİSİNDƏN DÜŞMƏYƏNLƏR [20.02.2009] - HƏQİQİ PRAQMATİKLƏRİN SEÇİMİ [13.02.2009] - BÜTÜN ZAMANLAR ÜÇÜN NAMUS VƏ MƏRDLİK ÇAĞIRIŞI [06.02.2009] - DÜŞÜNMƏK AZADLIĞI ÜÇÜN İLAHİ HƏRƏKAT [30.01.2009] - KƏRBƏLA ÇATDIRIŞLARI [23.01.2009] - MƏSCİDDƏ ÇƏKİLƏN HƏR NƏFƏSƏ GÖRƏ CƏNNƏTDƏ SAVAB VAR [16.01.2009] - AŞURANIN İBRƏT VƏ DƏRSLƏRİ [09.01.2009] - AŞURA: HÜRRİYYƏT VƏ AZADƏLİK DƏRSLƏRİ [07.01.2009] - QƏZZA - BU GÜNÜN KƏRBƏLASIDIR [26.12.2008] - İRADƏVİ KƏDƏRİN FƏLSƏFƏSİ [19.12.2008] - HƏRƏNİN BİR “İSMAYIL”ı VAR? [12.12.2008] - QƏLBLƏRİN PAKLIĞINI NECƏ QORUMALI? [05.12.2008] - TƏVƏKKÜL - UĞURUN AÇARI [28.11.2008] - HƏCC: ALLAHIN İNSAN ÜZƏRİNDƏKİ HAQQI [21.11.2008] - TOPLUMUN OKSİGENLƏRİ [14.11.2008] - ÖZÜMÜZDƏN HƏYA EDİRİKMİ?! |
| Yeni MÜSAVAT © 2008 |
|