|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Erməni məsələsi” növbəti dəfə Azərbaycan və Türkiyə hökumətləri arasında soyuqluq yaradıb. Türkiyə mətbuatı növbəti dəfə Azərbaycan hakimiyyətini Fransa məsələsində Ankaraya yetərli dəstəyi verməməkdə ittiham edib. Ötən sayımızda “Yeni Şafak” qəzetinin rəsmi Bakıya ünvanlı tənqidi yazısı haqda xəbər vermişdik. Görünən odur ki, Ankara Bakıdan gözlədiyi dəstəyi ala bilmədiyindən narazı qalıb. Əlbəttə, Türkiyə mətbuatının yazdığı kimi, Türk hökumətinin Bakıdan inciməyə kifayət qədər əsasları var. Azərbaycan Milli Məclisinin Fransa Senatına müraciəti və bir-iki piket istisna olunmaqla, Bakıdan Türkiyəyə ciddi dəstək olmadı. Eyni zamanda bu məsələni yalnız Türkiyə işi də adlandırmaq doğru olmazdı. Çünki Fransada müzakirəyə çıxarılan sənəd qondarma erməni iddiasının qanuniləşdirilməsi cəhdinin bir mərhələsi idi. Dolayısı ilə bu proses həm də Azərbaycanı “vurur”. Beləcə, ermənilərin dünya üzərindən başlatdıqları “erməni soyqırımı” kampaniyası son nəticə olaraq Azərbaycan dövləti üçün ciddi təhlükə yaradır. Deməli, bu məsələ həm də “Azərbaycanın öz işidir”. “Yeni Şafak” qəzetində bu mövzuya həsr olunmuş yazıda maraqlı bir detal vardı. Yazıda qeyd olunurdu ki, Türkiyə bir neçə dəfə Azərbaycanın maraqları naminə ciddi siyasi qərarlara imza atıb. O cümlədən 2009-cu ildə imzalanan Sürix protokolları xatırladılır. Qeyd edək ki, Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında ilk ciddi narazılıq məhz 3 il əvvəl Qərbin tələbləri ilə gündəmə gələn Türkiyə-Ermənistan yaxınlaşması layihələri ilə gün üzünə çıxdı. 2008-ci ilin sentyabrında Türkiyə prezidentinin İrəvana futbol matçı seyr etməyə getməsi Azərbaycanda narazılıqla qarşılandı. Bunun ardınca 2009-cu ilin aprelində İstanbulda keçirilən dövlət başçılarının sammitinə dəvət olunan İlham Əliyev səfərdən imtina etdi. Həmin ilin oktyabrında Sürixdə Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında protokol imzalansa da, Azərbaycanın təzyiqləri nəticəsində Ankara prosesi dayandırmağa məcbur oldu. O zaman Azərbaycan hakimiyyəti, müxalifəti, mətbuatı və eləcə də Türkiyə müxalifəti və ictimaiyyəti aktiv şəkildə rəsmi Ankaraya təzyiq göstərdilər. İndi isə yenə də təxminən oxşar vəziyyət yaranıb və bu dəfə top, türklər demiş, Azərbaycandadır. Türkiyə və Azərbaycan hökumətləri arasında problemin əsas səbəbi Ermənistan dövlətidir. 2009-cu ildə Türkiyənin Ermənistanla sərhədləri açması, 2011-ci ildə isə Fransanın soyqırım qanununu müzakirəyə çıxarması (yenə də erməni məsələsi) Ankara ilə Bakının “arasını açdı”. Bu həm də ona işarədir ki, Ermənistana münasibətdə Türkiyə və Azərbaycan xarici siyasətinin ortaq hərəkət etməsi getdikcə daha ciddi siyasi reallığa çevrilir. Yəni artıq Bakı buna məhkumdur. Hər nə qədər Azərbaycan hökuməti “milli maraqları” əsas gətirib Türkiyə ilə məsafə saxlamağa çalışsa da. Yeri gəlmişkən, Azərbaycan hökuməti Fransa məsələsində Türkiyənin tənqidlərinə cavab verməyə çalışır. Məsələn, ötən gün Mübariz Əhmədoğlu köşə yazısında Türkiyənin Azərbaycandan dəstək tələb etməsini məntiqsiz adlandırır. Sitat: “Fransa ilə münasibətlərini sonadək ayırd etməmiş Türkiyənin Fransa məsələsində Azərbaycandan onu dəstəkləməyi təklif etməsi, ən azı, məntiqsizlikdir. Əgər Türkiyə və Fransa birlikdə Suriyanı boğursa, bəs bunların düşmənçiliyi necə olmalıdır?”. M.Əhmədoğlunun qənaətinə görə, Türkiyə Fransaya ciddi təzyiq göstərmədiyi, üstəlik bəzi məsələlərdə ortaq maraqları olduğu üçün Azərbaycandan kəskin addımlar tələb etməməlidir. Əlbəttə, rəsmi Bakının bütün sözçülərinin yapışdığı bu arqumenti yalnız bir halda qəbul etmək olardı. O da bundan ibarətdir ki, bu məsələ bir başa Türkiyənin “öz işi” olaydı. Hətta belə olan halda da, yəni Türkiyənin öz məsələsində yaxa kənara çəkmək “dostluq, qardaşlıq” şüarlarına uyğun gəlmir. Və ən mühümü odur ki, “soyqırım” məsələsini haradasa Osmanlı dövləti, indiki Türkiyə Cümhuriyyəti ilə bağlamaq olar. Amma axı, bu yalnız Osmanlı məsələsi deyil; bu erməni məsələsidir və günün birində bunun zərbəsi Azərbaycanı tutacaq. Bunu görmək üçün politoloq və ya siyasətçi olmağa gərək yoxdur. Erməni məsələsi istər-istəməz Azərbaycanla Türkiyənin ortaq problemidir. Bu prosesdə ortaq fəaliyyət göstərmək iki ölkənin tale işidir.
1872 dəfə baxılıb
|
[19.05.2012] - İRAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ “QIRMIZI XƏTT” TAPDANIB [14.05.2012] - AZƏRBAYCAN RUHANİYYƏTİ İLK DƏFƏ İRANA QARŞI... [07.05.2012] - HİCAB DUSTAQLARI [21.04.2012] - QAN QOXUYAN NEFT [02.04.2012] - MİSİR İKİNCİ İNQİLABIN ASTANASINDA [27.03.2012] - MOLLANIN ŞEİR DEMƏYİ [05.03.2012] - GENERALLARIN (MƏNZİL) SAVAŞI [26.12.2011] - FRANSANIN SOYQIRIM HƏQİQƏTİ [02.12.2011] - QAN İÇİNDƏKİ SURİYA TÜRKMƏNLƏRİ [24.10.2011] - POLKOVNİKİN İBRƏT HEKAYƏSİ [05.10.2011] - GENERALIN VİCDANLARI VƏ MƏSULİYYƏTLƏRİ [02.09.2011] - RAMAZAN TƏQVİMİNDƏKİ FƏRQLƏR NƏDƏN QAYNAQLANIR? [29.08.2011] - İTİRİLMİŞ FÜRSƏTLƏR AYI [11.08.2011] - HİCAB QADAĞASININ LƏĞVİNDƏ MÜHÜM FÜRSƏT [08.08.2011] - POLKOVNİKƏ PLANLAŞDIRILAN SONLUQ [18.07.2011] - TALESİZ PREZİDENT [08.07.2011] - İQTİDAR ŞEYXƏ ARXA DURDU [26.06.2011] - OFTOLMOLOQUN GÖRMƏLİ OLDUĞU HƏQİQƏTLƏR [20.06.2011] - ŞEYX QAMƏTİN ANTİMİTİNQ FƏTVASI [09.06.2011] - RƏHİMƏ XANIMIN TƏKZİBİ [31.05.2011] - RADİKAL ŞƏKİLDƏ TAPDADAN HAQLAR [24.05.2011] - AMİLİ DOĞRUMU DEMİŞDİ? [18.05.2011] - ŞEYXƏ QARŞI GÜRCÜ QİYAMI [09.05.2011] - ƏRƏB İNQİLABININ SİYASİ-DİPLOMATİK UĞURU [01.05.2011] - ƏRƏBİN İNADI... [07.04.2011] - AZADLIĞIN SƏRHƏDİ [31.03.2011] - BİZİM “NEFTXUDALAR” VƏ ƏRƏB ŞEYXLƏRİ [27.03.2011] - ŞƏHİDİN EHTİRAMI [08.03.2011] - ÖMƏR MUXTARIN VƏTƏNİ [03.03.2011] - İSLAMDA ETİRAZ ETMƏK HAQQI [24.02.2011] - ŞÜKRANLIĞIN HƏDDİ... [21.02.2011] - HACILARIN SAVAŞI [14.02.2011] - AZƏRBAYCAN - İRAN MÜNASİBƏTLƏRİNİN PƏRDƏARXASI [31.01.2011] - KOLBASADAN ƏVVƏLKİ SUALLAR... [18.01.2011] - BİR AZƏRBAYCANLI DİN XADİMİNİN MÜRACİƏTİ... [07.01.2011] - HİCAB QADAĞASININ SUALLARI [13.12.2010] - HİCAB QADAĞASININ PƏRDƏARXASI [05.12.2010] - ŞƏHADƏT AYI ƏRƏFƏSİNDƏ [15.11.2010] - QƏRBİN AZƏRBAYCANDA PROBLEM AXTARIŞI [17.05.2010] - AVROPA SƏUDİYYƏ ƏRƏBİSTANINA OXŞAMAĞA BAŞLAYIR [22.02.2010] - MUĞNİYƏNİN ÖLÜMÜ VƏ QİSASI [08.02.2010] - KƏRBƏLANIN YOLLARI... [28.12.2009] - İNQİLABÇI VƏ DİSSİDENT RUHANİ... [23.11.2009] - MƏSCİD SÖKÜB KİLSƏ TİKMƏK SİYASƏTİ [16.11.2009] - DÜNYANIN QARA ÜZÜ [22.07.2009] - ANTİDİN DALĞASI ŞEYXİ DƏ VURDU [08.06.2009] - ƏHMƏDİNEJAT, YOXSA MUSƏVİ? [06.06.2009] - AZƏRBAYCANDA DİNİ PROSESLƏRƏ İRAN VƏ TÜRKİYƏ TƏSİRLƏRİ [03.06.2009] - İRANDAKI VƏ TÜRKİYƏDƏKİ İSLAM [25.02.2009] - İMAMLAR ATASI, MÖMİNLƏR ƏMİRİ [24.02.2009] - KƏRBƏLADA 3 GÜN (II YAZI) [23.02.2009] - KƏRBƏLA ZƏVVARININ QEYDLƏRİ |
| Yeni MÜSAVAT © 2008 |
|