 |
Elşad PAŞASOY 
NADİM İLAHİYƏ EYNƏK VERİN!
|
Bu hökumət Qubad İbadoğlunun ciddi iqtisadi faktlara əsaslanan arqumentlərini eşitmir ki, o, müsavatçıdır, müxalifətçilik eləyir. Bu hökumət nəinki İctimai Palatanın, Ziyalılar Forumunun, heç tanınmış iqtisadçılardan olan Vahid Əhmədovun da xəbərdarlığına məhəl qoymur. Elə parlamentdə 2012-ci ilin dövlət büdcəsi müzakirə olunanda büdcəyə tənqidi yanaşan Vahid Əhmədovla Fazil Mustafanın üstünə kükrəmədilərmi? Deyək ki, bu şəxslər də hökumətin uğurlarını görmür və Samir Şərifov demişkən, onlara eynək lazımdır. Bəs Beynəlxalq Valyuta Fondunun (BVF) dediklərinə nə sözünüz? İş orasındadır ki, İsa Qəmbərin, Əli Kərimlinin, İqbal Ağazadənin, Pənah Hüseynin, Rüstəm İbrahimbəyovun, Cəmil Həsənlinin, Azər Mehtiyevin, Eldar Namazovun dediklərini, hökumətə xəbərdarlığını bu dəfə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi dilə gətirib. Bəlkə o da qərəzlidir, hakimiyyətin uğurlarını görmür? Ona da eynək lazımdır? Nadim İlahi Azərbaycana 2012-ci ildə büdcə xərclərinin azaldılmasını tövsiyə edib. Müsavat deputat qrupu hələ 2005-2010-cu illərdə hakimiyyətə çağırış edirdi ki, Dövlət Neft Fondundan büdcəyə transfertlər azaldılmalıdır. Müxalifətçilər gələcək nəslə də neftdən pay saxlamağa çağıranda Səyavuş Novruzov replika qalmadı atdı. YAP-çı deputat açılışı olmuş obyektlərdə kəsilən lentlərdən müxalifətə kostyum tikilə biləcəyini dedi. Ancaq iş o yerə çatdı ki, 2012-ci il büdcəsinin 60 faizini Neft Fondundan ayırdılar. Budur, cənab İlahi də neft gəlirlərinin belə sürətlə büdcəyə ayrılmasından narahat olduğunu deyir. Təsəvvür edin, 16,4 milyard manatlıq dövlət büdcəsi gəlirlərinin 9,9 milyard manatı (60 faizi) Neft Fondundan transfertlər hesabına formalaşır. İqtisadçılar neçə vaxt idi deyirdi ki, investisiya proqramlarına ayrılan xərclər azaldılmalıdır. Deyirdilər 2 km yola 65 milyon manat xərcləmək bu dövlətin anasını ağlatmaqdır. Ancaq kimdir bu çağırışları eşidən?! Əvəzində investisiya xərclərinin az qala 6 milyarda çatdırdılar. Sadə vətəndaşlar illər idi “bir küçəni nə qədər təmir edərlər” sualına cavab istəyirdi. Hətta YAP-çı deputatlar “neft pulları ilboyu qazılan paytaxt yollarına səpilir” desə də faydası olmadı. Nəhayət, BVF Azərbaycana çağırış edib ki, ölkənin olan-qalan pullarını yollara səpələdiyiniz, divarların ağardılmasına, yeraltı-yerüstü tunel-körpülərə xərclədiyiniz yetər, heç olmasa bir zavod tikin, emal müəssisəsi açın. Artıq cənab İlahi də 30 illiyə nəzərdə tutulan Zığ yolunun təmirə bağlanmasının şokunu yaşayır. Azərbaycanın 60 milyardlıq neft pulundan 30 milyardı artıq xərclənib, BVF buna görə narahatdır. Beynəlxalq qurum bizə, biz azərbaycanlılara görə narahatçılıq keçirir. Artur Rəsizadənin isə heç tükü də tərpənmir. Neft pulundan vətəndaşa qıymayan hökumət təmir-tikinti, fontan quraşdırma, balkon ağartma işlərində əliaçıqdır. Gözünüz aydın, Gəncədə də filarmoniya tikiləcək. Yəqin tikiləndən az sonra onu da təmirə bağlayacaqlar. Bir tərəfini sökəcək, sonra yenidən tikəcəklər. Beləcə, büdcəni sökəcəklər, sökəcəklər, sökəcəklər... Necə ki, Bakıda Dövlət Filarmoniyasının təmiri qurtarmır ki, qurtarmır. 2003-cü ildə 27 milyon manata bərpa olunan bina yenə təmirdədir. 1 milyon ayrılıb. Bir ölkədə ki minimum əməkhaqqı 85 manat, müəllimin-həkimin maaşı 120-150 manat, uşaq pulu 10-20 manat ola, orda bir binanın təmirinə 30 milyon sovurmağın adını qoymağa Dədə Qorqud gərək... Nazir Ziya Məmmədov London taksilərinə yer eləmək üçün minlərlə taksi sürücüsünü çörəkdən məhrum eləmək istəyir. Tanıdığım sürücülər var ki, diplom sahibləri olsalar da xaltura etmək məcburiyyətində qalıblar. Adam var gündüz bir işdə çalışır, gecə taksi sürür. Kefdən yox, ailəsini yaşatmaq üçün. Qarabağ əlillərini tanıyıram, bir ayağı protez taksi sürür. İndi şəhəri “gözəlləşdirmək” adı ilə on minləri çörəkdən eləmək hansı zehniyyətin məhsuludur? Statistika Komitəsi hesabat yayıb ki, ölkədən getmək istəyənlərin sayı azalıb. Bəlkə yolpulu tapıb ölkədən qaça bilməyənlərə görədir bu azalma?! Vaxtilə adı çəkiləndə daş atıb başını tutan hökumət bu günlərdə korrupsiyaya qarşı mübarizənin 1 yaşını qeyd elədi. Bu dövlətin, millətin taleyindən narahat olanların çox sözünü illər sonra qəbul edirlər. Elə büdcəyə ayrılan, havaya sovrulan neft pulları ilə bağlı deyilənləri də. Heç olmasa İlahini eşidin... 610 dəfə baxılıb
|
[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [14.05.2012] - ŞƏKƏRBURA SİYASƏTİ [13.05.2012] - XARI BÜLBÜLSÜZ GÜL BAYRAMI [10.05.2012] - GEY-PARADA “YOX”, HAY-PARADA “HƏ”? [07.05.2012] - BMT-dən GÖRÜNƏN AZƏRBAYCAN [03.05.2012] - ALMANİYAYA 1 MAY HÜCUMU [29.04.2012] - HANI UKRAYNANIN YAP-ı? [23.04.2012] - 57-ci ÖLKƏDƏKİ AJİOTAJ [22.04.2012] - BİZİM MÜDRİK MERİMİZ [16.04.2012] - ŞAKİRAYA OLAR, MÜSAVATA YOX? [15.04.2012] - CENİFER LOPESİN NEFT PAYI [09.04.2012] - QARABAĞA KİM TEZ ÇATACAQ? [07.04.2012] - ERMƏNİ “AXÇİ”sinin NƏŞƏSİ [02.04.2012] - BALIQ TUTMAQ ÜÇÜN RUSİYAYA [01.04.2012] - TƏZƏ SOYQIRIMI [26.03.2012] - ŞİMAL KÜLƏYİNDƏN XEYİR DƏ GƏLƏRMİŞ... [19.03.2012] - “20-ci SAHƏ”dən GƏLƏN MESAJ [16.03.2012] - ÜRƏK QATİLLƏRİ [13.03.2012] - HAKİMİYYƏT BARMAĞINI ÇƏRTSİNMİ... [08.03.2012] - HƏMSƏDRLƏRƏ “ŞƏRƏF” ORDENİ! [01.03.2012] - BİR OLMAĞA MƏHKUMUQ [20.02.2012] - XOCALI ABİDƏSİ PROTOKOLA SALINSIN [13.02.2012] - TAMAŞAYA BİLET ALIBSINIZ? [10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN... [21.01.2012] - TÜRKİYƏNİN YANINDA, FRANSANIN ÖNÜNDƏ [16.01.2012] - ERMƏNİ MƏSƏLƏSİNDƏKİ MÜƏMMALAR [26.12.2011] - BƏLİ, SOYQIRIM BAŞ VERİB! [05.12.2011] - ODUNLA... KOSMOSA [28.11.2011] - NAZİRDƏN DEPUTATA EYNƏK TƏKLİFİ [21.11.2011] - 0,6 FAİZDƏN NİYƏ DANIŞMIRSINIZ? [16.11.2011] - “NƏ GÜNDƏSƏN, VƏTƏN...” [09.11.2011] - BAYRAQ GÜNÜNÜN İSTİQLALÇI MƏHBUSU [24.10.2011] - QARABAĞDAKI ÇİN SƏDDİ [20.10.2011] - MƏRYƏM ANANIN HAQQI [15.10.2011] - 1 ƏSGƏRİN DƏYƏRİ [14.10.2011] - BİR ƏSGƏRİN DƏYƏRİ [11.10.2011] - DÖYÜŞÇÜYƏ 30, ARTİSTƏ 1500 MANAT [04.10.2011] - BİR GÜNDƏ İKİ DƏFƏ TUTULAN İSTİQLALÇI [26.09.2011] - AZADLIĞIN HASARLANMASI [24.09.2011] - VƏTƏNDAŞA NİFRƏTİN HƏDDİ [20.09.2011] - MÜDAFİƏ NAZİRLİYİNDƏN İSTƏYİMİZ [12.09.2011] - QARDAŞ HAQQI [05.09.2011] - NAZİM İBRAHİMOV VƏ URMU GÖL [25.08.2011] - YAP NİYƏ QƏZZAFİYƏ ASİ OLDU? [20.08.2011] - BAYILI... YAP ÇATLADIB [26.07.2011] - AĞDAM MƏSCİDİNDƏKİ DONUZLAR [11.07.2011] - EVYIXAN MƏMURLAR [09.07.2011] - NAZİM İBRAHİMOVUN SÜKUTU [16.06.2011] - QIZ QALASINDAKI QUŞLAR [13.06.2011] - HEÇ OLMASA QARABAĞA GÖRƏ... [06.06.2011] - ADAMI DƏLİ EDƏN ŞƏHƏR [05.06.2011] - ŞƏHİDLƏR XİYABANINDAKI ÇAYXANA [27.05.2011] - RƏSULZADƏ QORXUSU [23.05.2011] - TƏMİR QURBANLARI [21.05.2011] - DƏYİŞMƏK MƏQAMI [15.05.2011] - AĞDAMDAKI ERMƏNİ MUZEYİ [07.05.2011] - MÜXALİFƏTSİZ MİTİNQLƏR [25.04.2011] - YAP-ın ÇƏKDİYİ KİNO [24.04.2011] - AZƏRBAYCAN ÜÇÜN ƏN LAZIMLISI [17.04.2011] - “OĞUL BELƏ BAŞ SAXLAMAZ...” [14.04.2011] - BAKININ VƏ VAŞİNQTONUN MERİ [10.04.2011] - ÖLMƏK ÜÇÜN NÖVBƏ [04.04.2011] - ÇAT VERƏN VƏTƏN(DAŞ) [03.04.2011] - XANKƏNDİNİN İLK SƏRNİŞİNİ [31.03.2011] - RADARA DÜŞƏN İQTİDAR [14.03.2011] - ZƏLZƏLƏ VƏ İNQİLAB QORXUSU [07.03.2011] - PENSİYAÇILARIN SMS-i [02.03.2011] - DİKTATORLARI NEFT DƏ XİLAS ETMİR [14.02.2011] - ÇÖHRƏQANLINI BAKIYA GƏTİRİN! [06.02.2011] - MİSİR İNQİLABI VƏ OSMAN KAZIMOV [01.02.2011] - MƏMURLARIN İNQİLAB QORXUSU [23.01.2011] - QAÇIN, METRO GƏLİR... [18.01.2011] - ƏSRİN PARTİYASI [10.01.2011] - TUNEL [07.01.2011] - ŞUŞADA KƏSİLƏN QIRMIZI LENT [29.12.2010] - PƏNAH HÜSEYNİN YERİ [26.12.2010] - BƏS NURU PAŞA, RƏSULZADƏ? [20.12.2010] - TOP ATDILAR, OYANAQMI? [19.12.2010] - HƏRƏMİZ BİR XARZİYA ƏKƏK [06.12.2010] - ARIQLAMAQ ÜÇÜN İTALİYAYA... [29.11.2010] - DÖVLƏTİMİZİ YADLARA HƏDİYYƏ EDƏNLƏR [16.09.2010] - BAYRAĞIMIZA EV TİKƏKMİ? [13.09.2010] - YOL POLİSİNİN KANALİZASİYA DƏRDİ [06.09.2010] - MEDVEDYEVİN ŞƏHİD ETDİKLƏRİ [30.08.2010] - MƏMURLAR ÜÇÜN ADRENALİN [28.08.2010] - RAMAZANDA XURMA QADAĞASI [23.08.2010] - O NAZİRİ TAPIN [18.08.2010] - ARTUR RƏSİZADƏNİN QIZIL AMNİSTİYASI [16.08.2010] - SAVAŞ VAXTI [05.07.2010] - BAŞ STADİONDAKI BAZAR [04.07.2010] - AÇIN O QAPINI!.. [25.06.2010] - “DİNMƏ, VER” MÜSİBƏTİ [18.06.2010] - ABUTALIBOVUN GÜCÜ [13.06.2010] - YEZİDİ - SABİRABADA! [06.06.2010] - NAZİRİN ATI, XALQIN “BÜSATI” [31.05.2010] - ÖLÜLƏRƏ KOMPENSASİYA VERİN! [24.05.2010] - POLKOVNİKİN ETİRAFI [22.05.2010] - ARAZI AYIRMA PROJESİ [17.05.2010] - GÜNƏŞDƏ AĞAC ƏKƏN NAZİR [13.05.2010] - ÇİY KƏRPİCİN GÜNAHI [09.05.2010] - AZƏRBAYCANIN HALI [19.04.2010] - SABİTLİYİ POZAN GÜLÜŞ [12.04.2010] - AZƏRBAYCANIN OŞU [05.04.2010] - XARİCİ QONAQ O KÜÇƏDƏN KEÇSƏ... [01.04.2010] - BİZ NİYƏ DƏLİ OLURUQ? [27.03.2010] - ŞUŞA YOLUNUN TƏMİRİ [15.02.2010] - QREXƏ VAXT VERƏKMİ? [11.02.2010] - LİDER ÖLKƏNİN ŞALVARINDAKI YAMAQ [08.02.2010] - BÜLBÜLOĞLU YESAYANLA ŞUŞAYA? [04.02.2010] - SABİR AZƏRİNİN VƏSİYYƏTİ... [25.01.2010] - TƏMAS XƏTTİNİ KEÇƏN MƏMUR [23.01.2010] - 20 YANVARDA RUS TƏBLİĞATI [18.01.2010] - YARIŞA GİRƏN MƏMURLARIMIZ [11.01.2010] - ƏHMƏDOVUN ARZUSU, TƏBRİZLİNİN ŞANSI [09.01.2010] - RƏSİZADƏ VƏ RADRİQES [31.12.2009] - YAP-çı DEPUTATIN YUXUSU [28.12.2009] - PƏNAH HÜSEYNƏ BAYRAM TƏBRİKİ [25.12.2009] - BƏLKƏ ŞƏHİDLƏR XİYABANINI DA SÖKƏK?! [06.12.2009] - KOROĞLUYA OLAR, RƏSULZADƏYƏ YOX? [16.11.2009] - NAZİRLƏR PARLAMENTİ NİYƏ SAYMADI? [09.11.2009] - GÜLƏR ƏHMƏDOVAYA SÖZ VERİN... [07.11.2009] - 20 YAŞLI MÜDRİK «QOCA» [02.11.2009] - TƏMİRƏ DAYANAN XARİCİ SİYASƏT [26.10.2009] - BAYRAQLARI QALDIRIRSINIZMI? [18.10.2009] - MÜXALİFƏTƏ SƏSLƏNİŞ [15.10.2009] - ARABULU YOLUB BURAXDILAR [12.10.2009] - YENƏ TƏK QALDIQ [10.10.2009] - SADƏCƏ, AYIBDIR [05.10.2009] - MÜƏLLİMLƏR GÜNÜNƏ TƏBRİK ƏVƏZİ [28.09.2009] - TÜRKİYƏ AMANATI [23.09.2009] - QƏZALI VƏZİYYƏTDƏKİ AZƏRBAYCAN [07.09.2009] - ALİMLƏRİN VƏ KÖRPƏLƏRİN EVİ [30.08.2009] - ŞUŞADA İPOTEKAYA MƏNZİL [24.08.2009] - “XALQLAR” KÖRPÜSÜ YANINDAKI “QULLAR” [03.08.2009] - POLAD BÜLBÜLOĞLUNUN EVİ [30.07.2009] - KİMDİR GÜNAHKAR, YADİGAR BƏY?! [25.07.2009] - AÇARSIZ AÇILAN HƏQİQƏTLƏR [20.07.2009] - TƏBRİZLİ HAQLIDIR, YOXSA QARALOV? [14.07.2009] - TAHİR KƏRİMLİNİ MÜXALİFƏTƏ QAYTARANLAR [05.07.2009] - RÖVNƏQ ABDULLAYEVDƏN SƏMİMİ TAĞI ƏHMƏDOV [21.06.2009] - İRAN SEÇKİLƏRİ VƏ BİZ [15.06.2009] - BİZİM YAY [09.06.2009] - FƏRƏQƏT! DİQQƏT ORDUYA!!! [30.05.2009] - MİLYONÇU NÜMUNƏSİ [25.05.2009] - ERMƏNİYƏ QARDAŞ, BİZƏ “DOST” İRAN [14.05.2009] - SİYAVUŞ NOVRUZOV ŞEYXDƏN NƏ İSTƏYİR? [08.05.2009] - AĞACLAR VƏ TƏLƏBƏLƏR [03.05.2009] - ATILAN GÜLLƏLƏR VƏ MERİN GÜLLƏRİ [30.04.2009] - ƏLƏSGƏROVUN HƏDƏSİ [12.04.2009] - ABUTALIBOVUN XƏZƏR “SEVGİSİ” [05.04.2009] - BÖHRAN HÜSEYNQULU BAĞIROVA DÜŞDÜ [19.03.2009] - 5 MİN İŞSİZƏ PAXLAVA TƏSƏLLİSİ [17.03.2009] - GÜVƏNƏK VƏ İNANAQ [02.03.2009] - SİRUS TƏBRİZLİNİN SƏHVİ [24.02.2009] - NAZİRLƏ REKTOR BİZƏ NİYƏ DANIŞDI? [09.02.2009] - NAZİRİN VƏ DEPUTATIN BAYRAQ SEVGİSİ [04.02.2009] - SİYAVUŞ NOVRUZOV NÜMUNƏSİ [20.01.2009] - QATİL TARİF ŞURASI [15.01.2009] - TÜRKİYƏDƏN HƏRBİ YARDIM İSTƏYƏKMİ? [11.01.2009] - ŞOUDAN TƏHLÜKƏLİ [23.12.2008] - GÜNAHSIZ ABDULLAH [21.12.2008] - YAP-ın VƏ AYAZ MÜTƏLLİBOVUN REFERENDUMU [08.12.2008] - SƏFİRİN SƏHVİ [01.12.2008] - ƏJDAHA KİMİ “AZƏRSU” [22.11.2008] - SİYAVUŞ NOVRUZOVUN İORDANİYA İMTAHANI [18.11.2008] - 6 İL ÖNCƏ, BU GÜN [11.11.2008] - ZİYALILAR ÜÇÜN XEYİR-ŞƏR EVİ [05.11.2008] - SƏFƏR ƏBİYEV NİYƏ DANIŞMADI? [03.11.2008] - DANIŞ, İBRAHİMBƏYOV! ƏVVƏLKİ YAZILARI
|