25 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Elşad MƏMMƏDLİ Yazara məktub göndər

YAXUD HAKİMİN “ƏSƏBPULU”

Məmləkətimizdə aparılan məhkəmə islahatları öz bəhrəsini verməkdədir. Əgər əvvəllər hakimlər siyasi xarakterli proseslərdə çəkişən tərəfləri ən azı görüntü xatirinə dinləyir, axırda aldığı sifarişə uyğun öz bildiyini edirdisə, indi ümumiyyətlə cavabdehin hüquqları tanınmır. Çox əla “islahatlar”dır, belə getsə, bir azdan heç məhkəməyə ehtiyac da olmayacaq.

***

İki gün öncə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı iddiasına baxanda qəribə hadisələr baş verib. Yasamal Rayon Məhkəməsinin hakimi Elçin Qurbanov qəzetimizin nümayəndəsi Vaqif Hüseynin vəsatətini dinləmək əvəzinə, ona təpinib. Nümayəndə haqqını, qanunu tələb edəndə hörmətli Qurbanov bərk əsəbiləşib. Sən demə, hakimə qanundan danışmaq olmazmış, çünki dərhal Elçin bəy Vaqif Hüseynə deyib: “Elə etməyin ki, hakimin göstərişinə tabe olmadığınıza görə sizi cəzalandırım” (Cənab hakim məgər bilmir ki, məhkəmə prosesində hakim də, vəkil də, nümayəndə də yalnız qanunlara tabe olur?) Daha sonra əcaib bir hadisə baş verib. Hakim nazir oğlunun iddiasına baxmazdan əvvəl Vaqif Hüseyni “sözə baxmadığı”, qanundan danışdığı, hakimi əsəbiləşdirdiyi, etiraz bildirdiyi üçün 50 manat cərimələyib. Bir qədər sonra isə Anar Məmmədovun iddiasına baxaraq, “Yeni Müsavat”la “Azadlıq”ı ayrı-ayrılıqda 4 min manat cərimələyib. Üstəlik, qərar çıxarıb ki, qəzetlər nazir oğlunun 1 milyon manatlıq ayını yeməsi ilə bağlı yazdığı məqalələrin hər birinin ölçüsünə uyğun eyni səhifədə təkzib və üzrxahlıq verməlidir.
Görürsünüz, aparılan məhkəmə islahatları nəticəsində hakimin “əsəbpulu” anlayışı da ortaya çıxıb. Əvvəllər belə şey yox idi. Məsələn, vaxt var idi, 2003-cü ilin 15-16 oktyabr hadisələrinə görə şərlənib tutulmuş müxalifətçilər məhkəmə prosesində üzləşdikləri qanunsuzluqlara, ədalətsizliyə, üzəduranların böhtanlarına dözməyərək hakimi hətta açıq şəkildə ittiham edirdilər. Amma o zaman qanunda “əsəbiləşdirməyə görə” cərimə məsələsi yox idi. Məsələnin maraqlı tərəfi odur ki, hakim Vaqif Hüseynin onun əsəblərinə vurduğu ziyanın “maya dəyəri”ni yerindəcə, araşdırma-filan aparmadan, həkimdən arayış almadan hesablayıb. Belə çıxır, bu ölkədə oliqarx oğlunun əsəbiləşməyi hakimin əsəbiləşməyindən düz 80 dəfə üstün, yekə məsələdir. Çünki məhkəmə Anar Məmmədovun keçirdiyi stressə görə 4 min manat təzminat kəsib...

***

Günümüzə, saatımıza bax, indi biz iş-gücümüzü atıb nazir oğlunun ayını necə kabab edib yeməsinin əksini təsvir etməliyik. Məntiqlə hakim “geriyəoxuma” hökmü çıxarıb. Hörmətli Elçin Qurbanov, tutaq ki, biz ayının kəsilməsi anına qədər yazıları geri “oxuduq”. Axı ayı daha yoxdursa, biz onun qaytarıb qəfəsə salınmasını necə təsvir edək və oxuculara deyək ki, əlahəzrət ayı sağ-salamatdır, kefi kök, damağı çağ yaşayır? Bunun mexanizmini bizə öyrədə bilərsinizmi?
Ərz edim ki, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurulmasında ölkənin hakimləri ciddi rol oynayırlar. Burada əcaib qərarlar çıxarırlar, biz də götürüb işi göndərərik Avropa İnsan Haqları Məhkəməsinə, onlar da hökuməti cərimələyir və ölkəmizin adı qara siyahılarda yer alır. Son 1 ildə Avropa Məhkəməsi Azərbaycana qarşı azı 10 qərar çıxarıb. Kəsilən cərimələri isə hökumət ödəyir, hakimlərə isə təpinən yoxdur. İndi bizim qarşıda hökuməti cərimələtmək üçün azı 7 fürsətimiz var. Çünki hazırda “Yeni Müsavat”a qarşı 7 məhkəmə iddiası var. Əminik ki, bunların hər biri üzrə babat təzminatlar alacağıq. Ona görə də qoy bu hakimlər öz işlərində olsunlar. Bir gün gələcək, ölkə rəhbərliyi AM-də kəsilən cərimələri hakimlərin özlərinə ödətdirmək qərarını verəcək. Artur Rəsizadə nə qədər hakimlərin ucbatından xərcə düşəcək?

539 dəfə baxılıb

[22.05.2012] - VİCDAN MƏSƏLƏSİ

[19.05.2012] - QUCAQLAŞMAQ PROBLEMİ

[11.05.2012] - ƏLİ ƏHMƏDOVUN BAHALI TAKTİKASI

[05.05.2012] - 5-6 NƏFƏRİN ÖLKƏSİ

[28.04.2012] - MƏHV OLAN CƏMİYYƏT

[26.04.2012] - YAP-a MİTİNQ TƏKLİFİ

[21.04.2012] - AKİF NAĞININ AZƏRBAYCANI

[16.04.2012] - VİTRİNDƏ OLMALI QƏZETLƏR

[15.04.2012] - QANA SUSAMIŞ İNSANLAR

[12.04.2012] - GİZLƏDİLƏN, DAĞIDILAN MƏMLƏKƏT

[12.04.2012] - GİZLƏDİLƏN, DAĞIDILAN MƏMLƏKƏT

[12.04.2012] - GİZLƏDİLƏN, DAĞIDILAN MƏMLƏKƏT

[09.04.2012] - DÜZƏLMƏYƏN HAKİMİYYƏT

[08.04.2012] - AVTOKORRUPSİYA

[07.04.2012] - OLMAYAN SABİTLİYİN POZULMASI

[01.04.2012] - BAŞA ÇATMAYAN İSTEFA

[27.03.2012] - DƏYİŞƏK, İNKİŞAF EDƏK

[18.03.2012] - GÜNAHSIZ “GÜNAHKARLAR”

[12.03.2012] - MƏHV OLAN GENEFONDUMUZ

[11.03.2012] - ARİF HACILININ YERİ

[05.03.2012] - ABUTALIBOV VƏ MİN QƏZƏBLİ VƏTƏNDAŞ

[01.03.2012] - AMERİKALILAR SİRR SAXLAMIR

[20.02.2012] - YAP-ın ÜMUMİ MARAQLARI

[19.02.2012] - HAMININ YOLU

[18.02.2012] - AVROPASAYAĞI KORRUPSİYA

[13.02.2012] - QARLA BACARMAYAN HÖKUMƏT...

[11.02.2012] - ALLAHIN ÜMİDİNƏ QALAN ÖLKƏ

[07.02.2012] - NOVRUZOVUN “SEZONU”

[05.02.2012] - BUZLU KORRUPSİYA

[22.01.2012] - XORUZUN QUYRUĞU...

[16.01.2012] - HƏR BİRİMİZ QƏHRƏMAN

[03.12.2011] - METROMUZ VƏ MONQOLLUĞUMUZ...

[28.11.2011] - QAPIŞMAĞA 1 MİLYON

[27.11.2011] - DİNİMİZƏ TƏHDİD RƏZALƏTİ

[20.11.2011] - QƏZZAFİ VƏ BERLUSKONİ

[14.11.2011] - İQTİDARIN ZİYALI MƏKTƏBİ

[29.10.2011] - QƏZETİN BUYNUZU

[22.10.2011] - SOVET DÖVRÜNÜN UŞAQLARI VƏ GİLANIN 1 MİLYONU...

[17.10.2011] - QABİLİYYƏTLİ İTLƏR VƏ ADAMLAR

[14.10.2011] - ŞƏFFAF BÜDCƏ TALANÇILIĞI VƏ GİNNESLİK OĞURLUQ

[08.10.2011] - DƏXLİ OLAN MƏSƏLƏLƏR

[27.09.2011] - FÖVQƏLADƏ ZƏRBƏ

[20.09.2011] - TƏZƏ KİNOLAR

[15.09.2011] - NOVRUZOVUN “BATAQLIQ XƏRİTƏSİ”

[11.09.2011] - ABŞ-ın SİMASI

[09.09.2011] - DİKTATORUN HƏYASIZLIĞI

[05.09.2011] - ATEİST YAZARIN MƏZLUMDARLIĞI

[04.09.2011] - “EVROVİSİON” GÖRMƏMİŞLİYİ

[28.08.2011] - VİDADİ İSGƏNDƏRLİNİN SUÇU

[27.08.2011] - BAYRAĞA NİFRƏT YARADANLAR

[21.08.2011] - YUMURTA MIRTI

[15.08.2011] - SOLOMON YEKƏXANA GÖRMƏYİB...

[31.07.2011] - TIXACIN FAYDASI

[17.07.2011] - KAMERALI KRİMİNAL ŞƏHƏR

[03.07.2011] - A.M.A.Y ABDULLANIN DEMOKRATİYASI

[24.06.2011] - DÖVLƏTİ SEVDİRƏN DÖVLƏT

[09.06.2011] - BULVARDA YALTAQLANMA AKSİYASI

[04.06.2011] - “GİRDİRMƏSİN” VERİM, ORİJİNALIN?

[22.05.2011] - STRESS, PROBLEM, MAŞIN VƏ ÖLÜM...

[18.04.2011] - ƏBƏDİNİN SONU...

[17.04.2011] - SABİTLİYİN(?) KEYFİNİ ÇIXARANLAR

[04.04.2011] - DƏYİŞMƏYƏN QAFALAR

[26.03.2011] - BALACA MƏMURLARIN NALƏSİ

[14.03.2011] - MANIS PARTİYASI

[01.03.2011] - GECİKİRİK, BAŞLANMALI, BAŞLANILDI...

[27.02.2011] - XAİN KİMDİR, YANAN KİM?

[19.02.2011] - İNQILAB(?) ETÜDLƏRİ...

[03.02.2011] - KÖÇƏRYANA ÇATDI, BİZƏ YOX...

[31.01.2011] - BRAYZA DEMOKRATİYA İLƏ GƏLİR?!

[30.01.2011] - ÇAVUŞOĞLUNUN ŞİRNIQUŞU

[27.01.2011] - ÇAVUŞOĞLU VƏ MƏŞƏDİ İBAD

[24.01.2011] - SAAKAŞVİLİNİN QULDUR QARDAŞI

[22.01.2011] - TUNİS BAKIDADIR

[08.01.2011] - SİYASƏT KƏNDƏ KÖÇÜB

[05.11.2010] - PARLAQ QƏLƏBƏYƏDƏK...

[27.09.2010] - YAP QƏZA ŞƏRAİTİ YARADIR

[06.09.2010] - YANIMIZDAKI BAŞIBƏLALI MAĞAZA

[23.08.2010] - GÖMRÜKDƏ GÖRDÜKLƏRİM...

[15.08.2010] - BƏDBƏXTLƏR ÖLKƏSİNİN XOŞBƏXTİ

[12.08.2010] - RAMİZ MEHDİYEV DƏ EŞİDİLMİRSƏ...

[13.12.2009] - YAZIÇILAR SAĞ İMİŞ...

[02.12.2009] - RUS CİNLƏRİNİN QÜDRƏTİ

[23.11.2009] - QORXULU BAKI

[09.11.2009] - “YENİ MÜSAVAT” MƏKTƏBİ

[12.10.2009] - DANIŞIR ƏLİ KƏRİMLİ!

[17.09.2009] - ƏLİ KƏRİMLİNİN KƏŞFİ

[14.09.2009] - ƏLİ KƏRİMLİNİN ARŞINI

[12.09.2009] - CƏBHƏDƏN GEDƏNLƏR...

[02.07.2009] - SEHRLİ İPOTEKA

[21.06.2009] - QHT QOVĞASI

[04.04.2009] - İQTİDARIN AVROPA ZƏFƏRİ

[18.03.2009] - YETİMƏ DÖVLƏT SIĞALI

[29.01.2009] - HÖKUMƏTİN AKİF NAĞIYA PİSLİYİ

[20.01.2009] - QAZ VER!

[11.01.2009] - FƏLƏSTİNLİ QANI VƏ NEFT

[27.12.2008] - BÖYÜK FƏLAKƏT ASTANASINDA...

[22.12.2008] - QIŞ QURBANLARI

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008