 |
Zabil MÜQABİLOĞLU 
DURBİN UZAQGÖRƏNLİYİ
|
“Bakı şəhərinin mərkəzi və ən qədim rayonu olan Səbayel dinamik inkişaf dövrünü yaşayır. 2011-ci ildə əldə olunmuş nailiyyətlər rayon rəhbərliyini və fəallarını qarşıdakı illərdə də daha məhsuldar işləməyə həvəsləndirir”. İlin-günün bu vaxtında bu başlıqlı yazını hansı qəzet verə bilər? Sualın cavabını tapmaq üçün çox fikirləşmək lazım deyil. YAP-ın orqanı olan “Yeni Azərbaycan” qəzeti qarın Bakını, bütün Azərbaycanı iflic etdiyi vaxtda utanmayıb paytaxtın rayonlarından birini belə mədh eləyib. Nədə özünü göstərir bu dinamik inkişaf? “Yeni Azərbaycan”ın məntiqinə görə, Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, nazirliklərin, səfirliklərin bir çoxunun, bulvarın Səbayel rayonunda yerləşməsi bu rayonun dinamik inkişafından xəbər verir. Bütün şəhərlər kimi Bakının da bir mərkəzi var və bu da daha çox Səbayel rayonunun ərazisinə düşdüyündən dövlət qurumlarının, diplomatik korpusların əksəriyyətinin burada yerləşməsi təbiidir. Bunun dinamik inkişafa nə dəxli var? Qarın Bakını dondurduğu, camaatın evdə içməyə su tapmadığı, az qala soyuqdan donduğu, paytaxt küçələrinin qədim şəhərin xarabalıqlarına oxşadığı bir vaxtda paytaxtın hansısa rayonunun dinamik inkişafından danışmaq ən azından biabırçılıqdı. Bakının qara bu cür təslim olmağı, paytaxtın indiki vəziyyəti əslində bu hakimiyyətin üz qarasıdı. Kimi aldadırsınız belə yazılarla? Elə bilirsiniz kimlərsə bu cür yazıları oxuyub sizə rəğbət bəsləyir, gecə-gündüz canınıza dua edir? Bu da yeni iş yeri pripiskası deyil ki, orda-burda lent kəsib işsiz-gücsüz camaata 950 min yeni iş yeri açdığınızı deyəsiniz. Camaat görmür Bakı nə gündədi? “Yeni Azərbaycan” qəzetinin dinamik inkişaf yalanından da böyük yalanı isə “Azərbaycan” qəzetində Cavanşir Feyziyev adlı deputat yazıb. Bu cənab hakimiyyətin 2020-ci il planlarından, həmin dövrə qədər görüləcək işlərdən bəhs edən yazısında 8 il bundan sonra nə olacağından xəbər verir. Ümumiyyətlə, hakimiyyətin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məsələsi gündəmə gələndən sonra Zirəddin Rzayev iqtidar nümayəndələrinin yanında yalan olub. Hakimiyyət təmsilçilərinin hamısı dönüb olublar, baxıcı, öncəgörən. Ağzını açan 2020-ci ildən danışır. Məsələn, YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvlərinin əksəriyyəti dəqiq bilir ki, 2020-ci ildə Daşkəsəndə Məmməd dayının neçə baş iri buynuzlu, neçə baş xırda buynuzlu heyvanı olacaq, Saatlıda Bəyim xala neçə ton pambıq yığacaq, Şəmkirdə xurma ağacları neçə ton məhsul verəcək, Ağdaşda sağıcılar hər inəkdən neçə litr süd sağacaqlar. Bunlar hamısını tam dəqiqliyi ilə bilirlər və indidən də proqnozlar verirlər. Proqnoz demişkən, hətta bəzi YAP-çılar 2020-ci ilin hansı günündə havanın necə olacağını da görürlər. Hələ mən onu demirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin “Eurovision” açarlı başçısı Hacıbala Abutalıbov 2020-ci ildə bu yarışmaya hansı ölkədən kimin gedəcəyini, hansı ölkənin hansı ölkəyə neçə xal verəcəyini və qalibin kim olacağını da bilir. Buna şəkk eləyənin ağzı əyilər, gözü bərələr. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası məsələsi ortaya çıxandan sonra müdafiə sənayesi naziri Yavər Camalov durbin istehsalını 100 faiz artırıb. Bəs necə, yoxsa bizim YAP-çılar uzağı necə görərlər. 606 dəfə baxılıb
|
[27.01.2012] - ŞAHİN GÜNÜ [26.01.2012] - XARİCİ DÜŞMƏNLƏR VƏ PARÇALANMIŞ CƏMİYYƏT [26.11.2011] - YARAQÇI SANÇO PANSA VƏ ETİBAR HÜSEYNOV [13.11.2011] - “MƏN SARAYA YAXINLAŞMIRDIM...” [09.11.2011] - CORC ORUELİN “1984"ü VƏ 2011-in AZƏRBAYCANI [29.10.2011] - İNKİŞAFIN PALÇIĞA BATMASI [06.10.2011] - İLLƏRLƏ SUSAN MİLYONÇULARIN FƏRYADI [18.09.2011] - VƏKİLSİZ MİLLƏT [15.09.2011] - CƏNNƏTDƏKİ CƏHƏNNƏM-1 [18.08.2011] - QARABAĞ VƏ DEMOKRATİYA [25.05.2011] - TÜRKİYƏ SEÇKİSİ VƏ TÜRKÜN SEÇİMİ [18.05.2011] - ZİYAFƏT ƏSGƏROVDAN AVROPAYA KİŞİLİK DƏRSİ [13.04.2011] - KİTAYSKİ SULUTƏPƏLİLİ [07.04.2011] - FACİƏLƏRİN BAŞLANĞICI [31.03.2011] - HAKİMİYYƏTİN “ANTİİNQİLABÇILARI” [13.03.2011] - DİKTATORLAR VƏ “FACEBOOK” [10.03.2011] - AMERİKANIN İNQİLAB HAZIRLIĞI [03.02.2011] - AŞ PA VƏ BREJNEV [02.02.2011] - XALQA XİDMƏT NÜMUNƏSİ [20.01.2011] - TELEJURNALİSTİN İORDANİYA SƏFƏRİ [19.01.2011] - HÜSEYN BAĞIROV JURNALİSTLƏRİN DOSTUDUR [16.01.2011] - RZA İBADOVLA POLKOVNİKİN NAĞILI [13.01.2011] - AZADLIQ YANĞISINI SÖNDÜRƏN AŞ PA [07.01.2011] - “BU NƏ TAKIM-ELBİSE?” [06.01.2011] - ŞAH AİLƏSİNİN AQİBƏTİ [15.12.2010] - İSA QƏMBƏRİN GÜNAHI [02.12.2010] - QOTURLUQ YAYAN MİLLİ GEYİM [21.10.2010] - DEPUTATLIĞA NAMİZƏDİN VƏDİ [14.10.2010] - SEÇKİ TAPMACASI [07.10.2010] - XALQ KİMİ ANAR [15.08.2010] - TAPANÇA ƏHVALATI [08.08.2010] - “QARABAĞ” QƏLƏBƏSİNİN DADI [29.07.2010] - HAMIYA OLAR, JURNALİSTLƏRƏ OLMAZ? [10.06.2010] - ÖMÜRLÜK DEMOKRATİYASI [01.05.2010] - HAKİMİYYƏTİN BAKI SAVAŞI [29.04.2010] - TISBAĞA DEMOKRATİYASI [18.04.2010] - OĞURLANAN YARIM MİLYON KİMİNDİR? [15.04.2010] - YAŞAR ƏLİYEVİN GÖZÜ ÇIXAN QIRĞIZ HƏMKARLARI [08.04.2010] - TAXT-TACIN BAŞA YIXILMASI [04.04.2010] - HACIBALA ABUTALIBOVUN 1 APREL ZARAFATI [03.04.2010] - TAMANQO İNAMI [28.03.2010] - İTƏN 7 MİLYARDIN YERİ [27.03.2010] - SEÇİCİ GÜNAHI [18.03.2010] - TOŞŞA, İRƏLİ! [16.03.2010] - TORPAQSIZ QOVRULANLAR [21.02.2010] - “QALMALI YER DEYİL BURA” [20.01.2010] - MÜXALİFƏT-MÜXALİFƏT DAVASI [17.01.2010] - VASİF TALIBOV BİZİM DOSTUMUZDUR [14.01.2010] - İCRA BAŞÇISI ƏHMƏD HARADADIR? [10.01.2010] - MÜXALİFƏTİN STALİN TAKTİKASI [07.01.2010] - ABUTALIBOVUN QÜVVƏSİZ QADAĞASI [06.01.2010] - ESKUDEROYA MUŞTULUQ [05.01.2010] - HAKİMİYYƏT ADAMININ İNQİLAB PROQNOZU [31.12.2009] - EYNULLAYA BAYRAM “HƏDİYYƏSİ” [30.12.2009] - QARAGÜRUHÇU KİMDİR? [27.12.2009] - KULAK DÖVRÜNƏ QAYIDIŞ [26.12.2009] - DEPUTATSKİ HƏRBƏ-ZORBA [25.12.2009] - SAXTAKARLAR SAXTAKARLARA QARŞI [24.12.2009] - VƏTƏNİNDƏ MÜHACİR OLANLAR [19.12.2009] - ELÇİN GETDİ, SƏLCUQ QALIR [08.12.2009] - AZƏRBAYCAN PREZİDENTİ DƏ JURNALİSTLƏRİMİZLƏ GÖRÜŞSÜN [03.12.2009] - ŞAXTA BABA VƏ REFERENDUM [26.11.2009] - ÜSTÜ BƏZƏK, ALTI TƏZƏK [22.11.2009] - BAKININ VƏ AVROPANIN BARLARI [20.11.2009] - QREXİN QREVİ [24.10.2009] - YANLIŞIN SONU [10.10.2009] - YALANÇI QƏHRƏMANLAR [01.10.2009] - QEYRİ-AZAD ÖLKƏDƏ AZADLIQ [24.09.2009] - TÜRKİYƏ NÜMUNƏSİ [18.09.2009] - ŞEYXİN QƏZƏBİ [17.09.2009] - Bir DÖVLƏTin bir dövlətə dəstəyi [13.09.2009] - MEYXANA MONOPOLİYASI [12.09.2009] - VİCDAN MƏSƏLƏSİ [25.08.2009] - ZAMİN HACIYA XATIRLATMA [23.08.2009] - İNQİLAB İSTƏYƏNLƏR [21.08.2009] - QATİLƏ GÖNDƏRİLƏN SMS-lər [19.08.2009] - HAKİMİYYƏTİ NECƏ DƏYİŞMƏLİ? [19.07.2009] - “YENİ MÜSAVAT”a YAY HÜCUMU [17.07.2009] - “QURD QAPISI”ndakı AD GÜNÜ [01.07.2009] - “AST TELMAN”ın MƏŞHURLUĞU [14.06.2009] - MOLLA MÜSİBƏTİ [11.06.2009] - TÖVBƏ ŞALLAĞI [07.06.2009] - LABAS, DERSİ! [03.06.2009] - NATİQ CAVADLI VƏ SÜLEYMAN RÜSTƏM [31.05.2009] - YALTAQLARIN QORXUSU [24.05.2009] - AT OĞRUSU [21.05.2009] - DÖVLƏTÇİLİK ƏLEYHİNƏ SAYIQLAMA [20.05.2009] - ARAŞ VƏ “REBEKA” [17.05.2009] - NƏZİR DAVASI [10.05.2009] - GƏNCLİK QORXUSU [07.05.2009] - MÜBARİZ QURBANLININ OBAMAYA CAVABI [30.04.2009] - HACIBALA ABUTALIBOVUN 15 MİLYONLUQ ZİYANI [26.04.2009] - MARIQDAKI TÜRK DÜŞMƏNLƏRİ [12.04.2009] - QARABAĞ VADİSİ - PUSU [09.04.2009] - BİR MİLLƏTİN BİR DÖVLƏTİ [08.04.2009] - PAZA QARŞI SAZ [03.04.2009] - XALQIN ARTUR RƏSİZADƏDƏN XAHİŞİ [02.04.2009] - VƏTƏN NAMİNƏ ƏYLƏNMƏK [29.03.2009] - ZİRVƏDƏKİ ÖLÜM [28.03.2009] - HACIBALA ABUTALIBOV KİMƏ QULLUQ EDİR? [12.03.2009] - MƏMURLARIN MİLYONLARI VƏ CIRIQ CORAB [10.03.2009] - “ANKARA-İRƏVAN DOSTLUĞU” PROJESİ KİMİNDİR? [08.03.2009] - XALQ KRAL İSTƏYİR [05.03.2009] - “KİTAYSKİ OBAMA” [04.03.2009] - TÜRKÜN YAVRU VƏTƏN SEVGİSİ [30.01.2009] - ŞAUMYANIN CƏSƏDİ VƏ REFERENDUM [18.01.2009] - MANISLARIN TELEVİZİYALARI [16.01.2009] - NADİR QAFARZADƏNİN REFERENDUMU [11.01.2009] - VERGİLİ FAZİL MƏMMƏDOV [10.01.2009] - REFERENDUM TOYU [08.01.2009] - ZAKİR QARALOVA GÖNDƏRİLƏN SMS-lər [07.01.2009] - AZƏRBAYCANDA İNQİLAB... [06.01.2009] - TƏHSİL MAFİYASININ NİYYƏTİ [31.12.2008] - AMERİKA “AZADLIQ”ını İTİRDİ [27.12.2008] - DANQO-DİNQO [25.12.2008] - KÖHNƏ HAMAM [21.12.2008] - MÜĞƏNNİLƏR NİYƏ CIRMAQLAŞIR? [18.12.2008] - CAHANGİR ƏSGƏROVUN 500 MİN DOLLARLIQ TAPANÇASI [16.12.2008] - AYAQQABI ÖPƏN NASİR [14.12.2008] - MİRZƏ, XƏZƏRİ KİM ÖLDÜRDÜ? [12.12.2008] - ƏZGİL DAVASI [11.12.2008] - AŞ PA NİYƏ DÜMBÜLÜŞ OLDU? [07.12.2008] - JİRİNOVSKİ İNDİ NƏ DEYƏCƏK? [04.12.2008] - PREZİDENT NÜMUNƏSİ [30.11.2008] - SVETAFORLARIN PULUNU KİM YEYİB? [27.11.2008] - BUŞUN İKİNCİ VƏTƏNİ - AZƏRBAYCAN [26.11.2008] - DEPUTATLARIN 1 NÖMRƏ PROBLEMİ [25.11.2008] - AŞ PA, YOXSA AZPA? [22.11.2008] - “MOŞŞENNİK” YAZIÇI [20.11.2008] - BİZİM GÜNÜMÜZDƏ OLAN AMERİKA [16.11.2008] - TAĞI ƏHMƏDOVUN MAHNISI [14.11.2008] - ZİYALININ 37 QORXUSU [13.11.2008] - MƏMURLARIN SALAM VERMƏDİYİ DEPUTAT [09.11.2008] - SIRAVİ NAZİRLƏR [08.11.2008] - ELİTAR ÖLÜ [07.11.2008] - TARİXİN ƏLİFBASINI BİLMƏYƏN ALİM [06.11.2008] - ARXADAN VURULAN MƏMURLAR [02.11.2008] - QARDAŞINI MÜDAFİƏ ETMƏYƏN DEPUTAT ƏVVƏLKİ YAZILARI
|