|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Napoleon Bonapartın "Anadoludakı katolik ermənilərdən istifadə etməyin (Osmanlı dövlətinə qarşı -.E.H) mümkün olub-olmaması" sualına İstanbuldakı fransız səfiri Sebastiani "ermənilər həyatlarından o qədər məmnundurlar ki, buna imkan yoхdur" cavabını vermişdir... Əslində Napoleondan əvvəl və sonra da ermənilərdən türklərə qarşı istifadə etməyə çoxsaylı cəhdlər olmuşdur.İlk irimiqyaslı qarşıdurmanısa çar Rusiyası 1905-ci ildə həyata keçirə bilmişdir. Qafqazda erməni-müsəlman davası kimi tarixə düşmüş savaşın əsas hissəsi azəri türkləri ilə ermənilər arasında Xatırladaq ki, genosid anlayışını Polşa əsilli yahudi Rafael Lemkin (Raphael Lemkin (1900–1959) ortaya atıb. Yunan,latın və fransız dillərinin qarışığından yaranmış bu söz „nəsli, soy, növü kəsmək, öldürmək“ 2-ci Dünya savaşı isə ortaya yeni hədəflər qoydu. Yəhudilər özləri faşizmin qurbanına çevrildi. ABŞ-ın dəstəyi ilə Türkiyəyə qarşı nəzərdə tutulmuş genosid tələsinə öncə almanlar düşdü... 1948-ci ilin dekabrından BMT tərəfindən qəbul olunmuş konvensiyaya görə genosid bəşəriyyətə qarşı cinayət hesab olunur. Amma "Genosid haqqında qanun" 1951-ci ildən qüvvəyə minib. İş orasındadır ki, Qərb 1915-ci ilədki mübahisəli hadisələrə görə 1951-ci ildə qüvvıyə minmiş qanunla Türkiyəni XXI Amma...unutmaq olmaz ki, Qərb ölkələri məqsədə çatmaq üçün sinxron fəaliyyət göstərirlər. Üstəlik, beynəlxalq təşkilatlar da faktiki Qərbin əlində təzyiq vasitəsinə çevrilib. Yəni Qərb “iki ayağını bir başmağa dirəsə” president yaradıb “erməni söyqırımı”nı hüquqi müstəviyə keçirə bilər. Bu isə o deməkdir ki,”soyqırım” məsələsi dünya siyasətində xüsusi önəm qazanacaq. Çünki tarixin müxtəlif dönəmlərində söz sahibi olmuş xalqların əksəriyyətinin keçmişində soyqırım kimi təfsir oluna biləcək vəhşətlər olub... Sadəcə, burada bir məqamı vurğulayaq ki, indiyə kimi Holokost-yahudi soyqırımı Nuremberg məhkəməsində hüquqi qiymət alıb. Son dövürlərdə isə Ruanda və Serbiyada törədilmiş söyqırımlar məhkəmə hökmü ilə təsdiqlənib. Müxtəlif şəxslər soyqırım təşkilatçısı kimi məhkəmə qarşısında dayanıb. Yuqaslaviyanın, dağıldıqdan sonra isə Serbiyanın prezidenti olmuş Slobodan Milosevic, Qalan soyqırım iddiaları sadəcə iddia olaraq qalır. Bu iddialarla bağlı məlumatlari aşağıda diqqətinizə çatdıracağıq. Qeyd edək ki, soyqırım – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Vikipediyada (açıq ensiklopediya) belə yazılıb. Ümumiyyətlə, internetdə bu mövzu ilə bağlı saysız məlumatlar əldə etmək olar. Ordan başlayaq ki,Tövratda amaleklərin və midiyalıların soyqırımları təsvir edilir. Holokost araşdırmaları professoru Yehuda Bauerə yazır: "Bir yəhudi kimi mən öz qanunlarına əsasən soyqırım çağırışları ilə əhatə olunmuş irqçi cəmiyyətdə yaşamağa məcburam."Bu o deməkdir ki, tarix boyu dəfələrlə, XX əsrdə isə rəsmən soyqırıma məruz qalan yəhudilərin özləri də tarixdə bu kimi vəhşətlərə Assuriya imperiyasının e.ə. I minilliyin I yarısındakı talanları, Peloponnes müharibələri zamanı (e.ə. V əsr) melosların Afina tərəfindən məhv edilməsi tarixə bəllidir. Yel Universitetindən Ben Kiernan III Pun müharibəsinin sonunda Karfagenin dağıdılmasını "Ilk soyqırım" kimi qələmə verir. 13-cü əsrdə monqol atlıları Çingiz xanın başçılığı ilə bütöv xalqları xarabalıq və sümüklərdən başqa heç nə qoymadan öldürən soyqırım törədiciləri idilər.Hər halda Qərb alimləri belə deyirlər. 1471-ci ildə vyetnamlıların Çampaya hücumu zamanı Çam xalqına qarşı soyqırım törətmişlər, minlərlə çamlı öldürülmüş, Vyetnam sivilizasiyasına assimilyasiya olunmuşdu. 1490-cı ildən Xristofor Kolumb Amerikaya ayaq basandan sonra yerli 100-125 milyonluq əhalinin sayı 1,8 milyona düşmüşdür. Yalnız Braziliyada yerli əhali Kolumba qədərki dövrdə olan 3 milyon nəfərdən 300 min nəfərədək azalmışdır. Qərb alimləri az qala xorla iddia edirlər ki, Amerikanın yerli əhalisinin 90-95%-i çiçək, qızılca kimi xəstəliklərindən ölmüşdülər. Devid Stannard özünün "Amerika holokostu" kitabında qeyd edir ki, Amerika qitəsində yerli əhalinin məhvi avropalılar və onların varisləri tərəfindən "soyqırım zənciri"ndə dünya tarixinin ən kütləvi soyqırım aktıdır. Amma bu kimi alimlər tək-tükdür. Qərb mənşəli alimlər tarixi saxtalaşdırmaqla məşğuldurlar. (Məzhəkə odur ki, türkləri erməni soyqırımında məhz “dünya tarixinin ən kütləvi soyqırımını törədən”lərin törəmələri ittiham edirlər. -E.H) Avstraliya,Yeni Zellandiya, Tasmaniya adasında Britaniya kolonistləri yerli xalqlara qarşı “Qara müharibə” aparmışdır. Nəticədə adı çəkilən yerlərdə yerli əhali yox səviyyəsindədir. Qalanlardan da turistlərə nümayiş etdirmək üçün dekorasiya kimi istifadə olunur... FRANSA 24 avqust 1572-ci ildə Parisdə baş vermiş "Varfolomey gecəsi"nin qurbanlarının sayı barədə yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant katoliklər tərəfindən qətl edilmişdir... Fransada 1986-cı ildə Reynald Seşer "Fransız soyqırımı: Vendi" adlı kitabında iddia etdi ki, Fransa İnqilabı dövründə antiklerikal Fransa hökuməti əleyhinə daha çox katolik üsyanı kimi tanınan Vendi qiyamı zamanı (1793-1796) Fransa respublika hökumətinin fəaliyyəti ilk müasir soyqırım idi. 1994-cü ildə Ruandada "Human Rights Watch" təşkilatının hesabatına əsasən ən azı 800 min nəfər öldürülmüşdür.Hutulərə dəstək verən Fransa tutsilərin məhvində həlledici rol oynamışdır. Düzdür, indi fransızlar daş atıb başların tuturlar ki,onlar bu məsələdə aydan arı,sudan durudurlar. Əlcəzairə Fransanın törətdiyi fəhşiliklərsə tarixə yaxşı bəllidir. Orada da “mədəni fransızlar” istiqlal istəyən ərəblərin ən azı 1 mlyonunu sadist üsullarla məhv ediblər... Yeri gəlmişkən onu da vurğulayaq ki, 1796 ildə qəti olaraq Korsikanı özünə birləşdiriən Fransa 4 min ildir ki, öz torpağında (Korsika adası) yaşayan və nüfuzu 275 mini keçən bu məğrur xalqa müstəqillik verməkdən imtina edir. Xatırladaq ki, dünyanın nadir sərkərdələrindən olan Napoleon da korsikalıdır... Ölkənin cənub-qərbində yaşayan basqlara qarşı da amansızlıq sərgiləyən Paris İspaniya ilə birlikdə əhalisi 3 milyona çatan xalqın müstəqillik uğrunda savaşının qarşısına sipər çəkib. Buna baxmayaraq, Fransa dünyanın o biri ucunda bir ovuc Qarabağ ermənisi üçün az qala müstəqillik istəyir... ABŞ Filippin Mədəni Tədqiqatlar Mərkəzinin direktoru E.San Xuan Jr. qeyd edir ki, 1899-1902-ci illər Filippin-ABŞ müharibəsi zamanı bir milyondan çox filippinli məhv edilmişdir. 1901-ci ilin noyabrında "Philadelphia Ledger"in Manila müxbiri yazırdı: "İndiki müharibə qansız deyil. Bizim adamlar kəmfürsətdirlər, onlar kişilər, qadınlar, uşaqlar, məhbuslar və əsirlər, fəal üsyançılar və şübhəli şəxslərə qədər öldürürlər, belə fikir hakimdir ki, filippinlilər itlərdən də aşağıdırlar." Birləşmiş Ştatlar ordusunun 1906-cı ildə Moro Krater kütləvi qırğınında iştirak etmiş generalı Leonard Vud filippinli müsəlmanları ümidsiz fanatiklər hesab edərək onların hamısının məhvinə çağırmışdır. ALMANLAR 1985-ci ildə Birləşmiş Millətlər Təşkilatı üçün hazırlanmış, lakin qəbul edilməmiş Vayteker (Witaker) raportuna görə 1904-07-ci illərdə Alman Cənub-Qərbi Afrikasında Herero və Namaqua (indiki Namibiya) soyqırımı dövlət tərəfindən təşkil olunmuş ilk soyqırım idi. Herero həmçinin 20-ci əsrdə soyqırıma məruz qalan ilk etnik qrup olub. Alman generalı Lotar fon Trotanın başçılıq etdiyi qəddar yerüstü kampaniyada bütün Herero əhalisinin 80%-i, Nama əhalisinin isə 50%-i öldürülmüşdür. Ümumilikdə 10 min nama ilə birlikdə 24 mindən 100 minədək herero həlak olmuşdur. 2-ci Dünya Savaşında almanlar 20 milyona qədər insanı məhv etdilər. Müharibədən sonra isə özləri soyqırımla üzləşdilər. Müxtəlif Avropa ölkələrində əsirlərcə yaşamış almanlar kütləvi sürgün olundular.Təxminən 12-14 milyon alman köçkün düşdü... RUSLAR Rusiya çar imperiyası təxminən 100 il Şimali Qafqazın şimal-qərbində çərkəzlərə qarşı onların Qara dəniz sahilindəki daimi mövqelərini ələ keçirmək üçün mübarizə aparıb. Bir əsrlik müharibələrdən sonra Şimali Qafqazın bütün müsəlman əhalisi köçürülüb. "Çərkəz soyqırımı”nda təxminən 1-1,5 milyon çərkəz öldürülmüş, çarın əmri ilə müsəlman əhalisinin əksəriyyəti (müsəlman osetinlər və kabardinlər istisna olmaqla) əsasən Osmanlı İmperiyasına deportasiya olunmuşdur. ÇİN Bir çox Çin generalları və rəsmiləri döyüşən azlıqların uşaqlarını kütləvi qırmış və xədim kimi işlətmək üçün axtalamışlar. Soyqırımlardan sonra Bo xalqı demək olar ki, yoxa çıxdı... Böyük Çin səddinin qərbində yaşamış Dzunqar (Zunqar) monqollarının təxminən 80%-i və ya 500-800 min nəfəri Çin tərəfindən 1755-1758-ci illər arası öldürülmüşdür. Çində 20-ci əsirdə 92 000 tibetli öldürmüş, həmçinin Tibet buddist məbədlərini dağıtmışdı. TÜRKLƏR 1915-ci ildə, I Dünya müharibəsi zamanı Antanta qüvvələri (Britaniya, Fransa və Rusiya) Osmanlı imperiyası hökumətinə imperiya ərazisində müttəfiqlərə qarşı (ermənilər, yunanlar, assurlar) törədildiyi iddia olunan kütləvi qırğınlarla bağlı nümayəndələr göndərəndə "İnsanlıq əleyhinə cinayətlər" konsepsiyası beynəlxalq münasibətlər sisteminə daxil edildi. AZƏRBAYCAN 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətdilər. Rəsmi mənbələrə görə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 26 mart 1998-ci il tarixli sərəncamla 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur. Xocalı və Ağdabana ermənilərin silahlı təcavüzü zamanı bütün mülki əhali faktiki olaraq vəhşicəsinə qətlə yetirilmişəsi bir daha göstərdi ki,özlərini Qərbə “yazıq,zavallı” kimi sırımağa çalışan ermənilər nə qədər qəddardılar... Əlbəttə, bu siyahını xeyli uzatmaq da olardı. Amma yenidən türk-erməni savaşına qayıdaq. "Türklərin erməniləri qətl etdikləri barədə sonradan ortaya atılan ittihamlar doğrudurmu” sualına cavabında Atatürk demişdi:"Türklər tərəfindən ermənilər əleyhinə qətliam yapılması sonradan çıхarılan rəvayətlər və sözlər bir qrup yalan və uydurma хəbərlərdən ibarətdir. Bunların qətiyyən doğru olmadığına əmin ola bilərsiniz.” Atatürk dəfələrlə vurğulayıb ki, Osmanlı dövlətinə daxildən zərbə vurmaq üçün mədəniyyət carçısı kimi maskalanmış Fransa ölkənin xristian əhalisini silahlandıraraq müsəlmanlara qarşı döyüşə təhrik edib. Yeri gəlmişkən vurğulayım ki, Atatürk fransız dılini bilirdi.Yəni Fransanı və fransızları çoxlarından yaxşı tanıyırdı. Nə yazıq ki, bəzi qələm dostlarımız Fransanı az qala dünya mədəniyyətinin mərkəzi hesab edirlər. Fransanın müstəmləkə dövlət kimi törətdiyi vəhşiliklərin üstündənsə sükutla keçməyə üstünlük verirlər. Bir də ki, indi söhbət Fransanın mədəniyyətindən yox, türkün şərəfindən gedir... Bu yazını böyük fransız mütəfəkiri Lamartinin (Alphonse Marie Louis de Prat de Lamartine (1790–1869) bir fikri ilə tamamlamaq istərdim: "Türklərə düşmən olmaq bəşəriyyətə düşmən olmaq deməkdir.Tanrı məni bu günahdan qorusun. "Görünür Sarkozinin Lamartindən xəbəri yoxdur. Yoxsa xirtdəyə qədər günaha batmaq üçün bu qədər canfəşanlıq etməzdi ki... P.S Bu yaxınlarda soydaşlarımızdan biri mənə dedi ki,erməni soyqırımı olub,sadəcə,biz də türklərə qoşulub bunu inkar etməyə məhkumuq. Onda qərar verdim ki,yersiz tərəddüdlərə son vermək üçün bu məsələyə bir qədər ətraflı nəzər salmağa dəyər... 4653 dəfə baxılıb
|
[19.01.2010] - RƏFAEL ALLAHVERDİYEVİN İLİ [05.01.2010] - PREZİDENTƏ ETİRAZ [15.02.2009] - BƏXTİYAR VAHABZADƏNİN VƏSİYYƏTİ [14.01.2009] - RƏFAEL ALLAHVERDİYEVİN SON ZƏNGİ - II [13.01.2009] - RƏFAEL ALLAHVERDİYEVİN SON ZƏNGİ - I |
| Yeni MÜSAVAT © 2008 |
|