 |
Elşad PAŞASOY 
XOCALI ABİDƏSİ PROTOKOLA SALINSIN
|
Çox gecikirik. Qubada kütləvi məzarlıq aşkarlananda dedilər ki, daha Ermənistan batdı, bütün dünyanın diqqətini erməni vəhşiliyinə yönəldib düşməni rəzil günə qoyacağıq. Üstündən illər keçib, Quba məzarlığını tədqiq etmək üçün nəinki dünya alimləri cəlb olunmayıb, heç burada adicə muzey də tikilməyib. Biz nədənsə 1918-ci il mart qırğını, ya da Xocalı soyqırımı barədə həqiqətləri dünyaya çatdırmağa tərəddüd edirik. Sonra da deyirik ki, dünya erməninin yanındadır. Bizim milli məhkəmə nə vaxt Xocalı soyqırımı ilə bağlı Sərkisyan və ya Köçəryan haqqında hökm çıxardı ki, Beynəlxalq Haaqa Məhkəməsi də bu məsələyə baxmadı? Bu yaxınlarda söhbət etdiyimiz bir iqtidar təmsilçisi dedi ki, Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə iddia qaldırmaması sülh danışıqlarının pozulması ilə bağlıdır. Əgər bundan sonra da sülh nağıllarına inam qalıbsa və rəsmi Bakı bu nağıllar səbəbindən zəruri addımları atmırsa, daha sözüm yoxdur. Bəs onda biz Sarkozinin ermənipərəstliyindən niyə inciyir, Fransa Senatını lənətləyirik? Azərbaycan Xocalı soyqırımının 20 illiyini ən azı erməni canilərini mühakimə edən məhkəmə ilə qeyd etməli idi. Əslində Meksika və Pakistan parlamentləri Xocalı soyqırımını tanıyıbsa, bununla çox da öyünmək lazım deyil. Ona qalsa, ermənilər 20-dən çox ölkədə yalançı “soyqırımı” tanıdıb. Xüsusilə də qarşıdakı 3 ildə çox çalışmaq lazımdır. Ermənilər bütün diqqətini 2015-ci ilə - qondarma “soyqırım”ın 100 illiyinə yönəldibsə, biz sakit oturmamalıyıq. Bu müddətdə Azərbaycan və Türkiyənin birgə addımlar atması, birgə çalışması lazımdır. “Soyqırımı” zərbəsi hər iki ölkəyə dəyəcəksə, başqa alternativ yoxdur. Qəribəsi odur ki, Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının bu ərəfədə keçirilməsinə ehtiyac görülmədi. Deyirlər ki, iclas yayda olacaq. Niyə? Necə olur ki, bu qurum iqtisadi məsələlərlə bağlı dərhal toplana bilir, amma milli və dövlətçiliyimizlə bağlı məsələdə gözləməyə üstünlük veririk? Türkiyənin Taksim meydanındakı Xocalı mitinqinə gedən hazırlıqlar adamı mütəəssir edir. Bunun özü Türkiyə-Azərbaycan birliyini dünyaya çatdırmaq, gerçək soyqırımı erməninin törətdiyini bəyan etmək üçün ciddi hadisə olacaq. Ancaq nədən həmin gün Bakıda da möhtəşəm aksiya keçirilməsin? Nədən 26 fevralda Azərbaycanın iqtidar və müxalifəti Xocalı ziyarətinə eyni saatda gedib, bir-birinə başsağlığı verməsin. Bəlkə elə dialoq mövzusu Xocalı olsun... Bir-birimizi tanımadan, bir-birimizə əl uzatmadan Xocalı soyqırımını tanıda bilməyəcəyik. Erməni ona görə hədəfinə çatır ki, ölkə daxilində də, xaricində də kimsəyə fərq qoymadan milli davanı aparmaqdadır. Xocalı soyqırımını tanıtmağın ən vacib bir yolu da var. Bu yol Bakıdakı Xocalı abidəsinin ziyarətinin rəsmi dövlət protokoluna salınmasından keçir. Azərbaycana az qala hər gün xaricdən rəsmi qonaqlar gəlir, yüksək səviyyədə görüşlər keçirilir. Niyə o qonaqları Xətai rayonundakı “Xocalı harayı” abidəsini ziyarətə aparmayaq? Düzdür, qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edir. Olsun, ancaq əgər bizim hədəfimiz Xocalı soyqırımını dünya ölkələrində tanıtmaqdırsa, o halda ilk addımları özümüz atmalıyıq. Ola bilər ki, hansısa ermənipərəst ölkə bundan imtina etsin. Ancaq ən azı Azərbaycanla normal münasibətləri olan ölkə rəsmiləri bizim milli faciəmizə biganə qalmayacaq. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın növbəti Bakı səfərində bu ziyarəti protokola salmaq olar axı. Əminəm ki, qardaş ölkədən Bakıya gələn hər bir rəsmi-qeyri rəsmi şəxs Xocalı abidəsini ziyarət etmək istəyər. Həmçinin Meksikadan, Pakistandan gələnlər. Elə isə bu imkanı niyə onlara yaratmayaq? Ermənistandakı qondarma “soyqırımı” abidəsini ziyarət edənlər Bakı səfərində Xocalı abidəsini ziyarət etməyəcəksə, onlarla əlaqələrə də yenidən baxmaq olar. Azərbaycana gələn əcnəbi ölkənin prezidenti Xocalı abidəsinin qarşısında baş əyməyincə, abidə üzərinə adları həkk olunan günahsız insanların faciəsi barədə elə oradaca zəruri məlumatları almayınca soyqırımının həmin ölkə parlamentində tanıdılması çox çətin olacaq. Biz onsuz da çox məsələlərdə gecikirik. Heç olmasa 20 ildən sonra səhvimizi düzəldək... 346 dəfə baxılıb
|
[21.05.2012] - ÇUXURA DÜŞƏN ÖLKƏ [20.05.2012] - GÜLLƏLƏNMİŞ HEYKƏLLƏR “KRİSTAL ZAL”A... [14.05.2012] - ŞƏKƏRBURA SİYASƏTİ [13.05.2012] - XARI BÜLBÜLSÜZ GÜL BAYRAMI [10.05.2012] - GEY-PARADA “YOX”, HAY-PARADA “HƏ”? [07.05.2012] - BMT-dən GÖRÜNƏN AZƏRBAYCAN [03.05.2012] - ALMANİYAYA 1 MAY HÜCUMU [29.04.2012] - HANI UKRAYNANIN YAP-ı? [23.04.2012] - 57-ci ÖLKƏDƏKİ AJİOTAJ [22.04.2012] - BİZİM MÜDRİK MERİMİZ [16.04.2012] - ŞAKİRAYA OLAR, MÜSAVATA YOX? [15.04.2012] - CENİFER LOPESİN NEFT PAYI [09.04.2012] - QARABAĞA KİM TEZ ÇATACAQ? [07.04.2012] - ERMƏNİ “AXÇİ”sinin NƏŞƏSİ [02.04.2012] - BALIQ TUTMAQ ÜÇÜN RUSİYAYA [01.04.2012] - TƏZƏ SOYQIRIMI [26.03.2012] - ŞİMAL KÜLƏYİNDƏN XEYİR DƏ GƏLƏRMİŞ... [19.03.2012] - “20-ci SAHƏ”dən GƏLƏN MESAJ [16.03.2012] - ÜRƏK QATİLLƏRİ [13.03.2012] - HAKİMİYYƏT BARMAĞINI ÇƏRTSİNMİ... [08.03.2012] - HƏMSƏDRLƏRƏ “ŞƏRƏF” ORDENİ! [01.03.2012] - BİR OLMAĞA MƏHKUMUQ [13.02.2012] - TAMAŞAYA BİLET ALIBSINIZ? [10.02.2012] - BİZ HEÇ, QAZINIZI QORUYUN... [23.01.2012] - NADİM İLAHİYƏ EYNƏK VERİN! [21.01.2012] - TÜRKİYƏNİN YANINDA, FRANSANIN ÖNÜNDƏ [16.01.2012] - ERMƏNİ MƏSƏLƏSİNDƏKİ MÜƏMMALAR [26.12.2011] - BƏLİ, SOYQIRIM BAŞ VERİB! [05.12.2011] - ODUNLA... KOSMOSA [28.11.2011] - NAZİRDƏN DEPUTATA EYNƏK TƏKLİFİ [21.11.2011] - 0,6 FAİZDƏN NİYƏ DANIŞMIRSINIZ? [16.11.2011] - “NƏ GÜNDƏSƏN, VƏTƏN...” [09.11.2011] - BAYRAQ GÜNÜNÜN İSTİQLALÇI MƏHBUSU [24.10.2011] - QARABAĞDAKI ÇİN SƏDDİ [20.10.2011] - MƏRYƏM ANANIN HAQQI [15.10.2011] - 1 ƏSGƏRİN DƏYƏRİ [14.10.2011] - BİR ƏSGƏRİN DƏYƏRİ [11.10.2011] - DÖYÜŞÇÜYƏ 30, ARTİSTƏ 1500 MANAT [04.10.2011] - BİR GÜNDƏ İKİ DƏFƏ TUTULAN İSTİQLALÇI [26.09.2011] - AZADLIĞIN HASARLANMASI [24.09.2011] - VƏTƏNDAŞA NİFRƏTİN HƏDDİ [20.09.2011] - MÜDAFİƏ NAZİRLİYİNDƏN İSTƏYİMİZ [12.09.2011] - QARDAŞ HAQQI [05.09.2011] - NAZİM İBRAHİMOV VƏ URMU GÖL [25.08.2011] - YAP NİYƏ QƏZZAFİYƏ ASİ OLDU? [20.08.2011] - BAYILI... YAP ÇATLADIB [26.07.2011] - AĞDAM MƏSCİDİNDƏKİ DONUZLAR [11.07.2011] - EVYIXAN MƏMURLAR [09.07.2011] - NAZİM İBRAHİMOVUN SÜKUTU [16.06.2011] - QIZ QALASINDAKI QUŞLAR [13.06.2011] - HEÇ OLMASA QARABAĞA GÖRƏ... [06.06.2011] - ADAMI DƏLİ EDƏN ŞƏHƏR [05.06.2011] - ŞƏHİDLƏR XİYABANINDAKI ÇAYXANA [27.05.2011] - RƏSULZADƏ QORXUSU [23.05.2011] - TƏMİR QURBANLARI [21.05.2011] - DƏYİŞMƏK MƏQAMI [15.05.2011] - AĞDAMDAKI ERMƏNİ MUZEYİ [07.05.2011] - MÜXALİFƏTSİZ MİTİNQLƏR [25.04.2011] - YAP-ın ÇƏKDİYİ KİNO [24.04.2011] - AZƏRBAYCAN ÜÇÜN ƏN LAZIMLISI [17.04.2011] - “OĞUL BELƏ BAŞ SAXLAMAZ...” [14.04.2011] - BAKININ VƏ VAŞİNQTONUN MERİ [10.04.2011] - ÖLMƏK ÜÇÜN NÖVBƏ [04.04.2011] - ÇAT VERƏN VƏTƏN(DAŞ) [03.04.2011] - XANKƏNDİNİN İLK SƏRNİŞİNİ [31.03.2011] - RADARA DÜŞƏN İQTİDAR [14.03.2011] - ZƏLZƏLƏ VƏ İNQİLAB QORXUSU [07.03.2011] - PENSİYAÇILARIN SMS-i [02.03.2011] - DİKTATORLARI NEFT DƏ XİLAS ETMİR [14.02.2011] - ÇÖHRƏQANLINI BAKIYA GƏTİRİN! [06.02.2011] - MİSİR İNQİLABI VƏ OSMAN KAZIMOV [01.02.2011] - MƏMURLARIN İNQİLAB QORXUSU [23.01.2011] - QAÇIN, METRO GƏLİR... [18.01.2011] - ƏSRİN PARTİYASI [10.01.2011] - TUNEL [07.01.2011] - ŞUŞADA KƏSİLƏN QIRMIZI LENT [29.12.2010] - PƏNAH HÜSEYNİN YERİ [26.12.2010] - BƏS NURU PAŞA, RƏSULZADƏ? [20.12.2010] - TOP ATDILAR, OYANAQMI? [19.12.2010] - HƏRƏMİZ BİR XARZİYA ƏKƏK [06.12.2010] - ARIQLAMAQ ÜÇÜN İTALİYAYA... [29.11.2010] - DÖVLƏTİMİZİ YADLARA HƏDİYYƏ EDƏNLƏR [16.09.2010] - BAYRAĞIMIZA EV TİKƏKMİ? [13.09.2010] - YOL POLİSİNİN KANALİZASİYA DƏRDİ [06.09.2010] - MEDVEDYEVİN ŞƏHİD ETDİKLƏRİ [30.08.2010] - MƏMURLAR ÜÇÜN ADRENALİN [28.08.2010] - RAMAZANDA XURMA QADAĞASI [23.08.2010] - O NAZİRİ TAPIN [18.08.2010] - ARTUR RƏSİZADƏNİN QIZIL AMNİSTİYASI [16.08.2010] - SAVAŞ VAXTI [05.07.2010] - BAŞ STADİONDAKI BAZAR [04.07.2010] - AÇIN O QAPINI!.. [25.06.2010] - “DİNMƏ, VER” MÜSİBƏTİ [18.06.2010] - ABUTALIBOVUN GÜCÜ [13.06.2010] - YEZİDİ - SABİRABADA! [06.06.2010] - NAZİRİN ATI, XALQIN “BÜSATI” [31.05.2010] - ÖLÜLƏRƏ KOMPENSASİYA VERİN! [24.05.2010] - POLKOVNİKİN ETİRAFI [22.05.2010] - ARAZI AYIRMA PROJESİ [17.05.2010] - GÜNƏŞDƏ AĞAC ƏKƏN NAZİR [13.05.2010] - ÇİY KƏRPİCİN GÜNAHI [09.05.2010] - AZƏRBAYCANIN HALI [19.04.2010] - SABİTLİYİ POZAN GÜLÜŞ [12.04.2010] - AZƏRBAYCANIN OŞU [05.04.2010] - XARİCİ QONAQ O KÜÇƏDƏN KEÇSƏ... [01.04.2010] - BİZ NİYƏ DƏLİ OLURUQ? [27.03.2010] - ŞUŞA YOLUNUN TƏMİRİ [15.02.2010] - QREXƏ VAXT VERƏKMİ? [11.02.2010] - LİDER ÖLKƏNİN ŞALVARINDAKI YAMAQ [08.02.2010] - BÜLBÜLOĞLU YESAYANLA ŞUŞAYA? [04.02.2010] - SABİR AZƏRİNİN VƏSİYYƏTİ... [25.01.2010] - TƏMAS XƏTTİNİ KEÇƏN MƏMUR [23.01.2010] - 20 YANVARDA RUS TƏBLİĞATI [18.01.2010] - YARIŞA GİRƏN MƏMURLARIMIZ [11.01.2010] - ƏHMƏDOVUN ARZUSU, TƏBRİZLİNİN ŞANSI [09.01.2010] - RƏSİZADƏ VƏ RADRİQES [31.12.2009] - YAP-çı DEPUTATIN YUXUSU [28.12.2009] - PƏNAH HÜSEYNƏ BAYRAM TƏBRİKİ [25.12.2009] - BƏLKƏ ŞƏHİDLƏR XİYABANINI DA SÖKƏK?! [06.12.2009] - KOROĞLUYA OLAR, RƏSULZADƏYƏ YOX? [16.11.2009] - NAZİRLƏR PARLAMENTİ NİYƏ SAYMADI? [09.11.2009] - GÜLƏR ƏHMƏDOVAYA SÖZ VERİN... [07.11.2009] - 20 YAŞLI MÜDRİK «QOCA» [02.11.2009] - TƏMİRƏ DAYANAN XARİCİ SİYASƏT [26.10.2009] - BAYRAQLARI QALDIRIRSINIZMI? [18.10.2009] - MÜXALİFƏTƏ SƏSLƏNİŞ [15.10.2009] - ARABULU YOLUB BURAXDILAR [12.10.2009] - YENƏ TƏK QALDIQ [10.10.2009] - SADƏCƏ, AYIBDIR [05.10.2009] - MÜƏLLİMLƏR GÜNÜNƏ TƏBRİK ƏVƏZİ [28.09.2009] - TÜRKİYƏ AMANATI [23.09.2009] - QƏZALI VƏZİYYƏTDƏKİ AZƏRBAYCAN [07.09.2009] - ALİMLƏRİN VƏ KÖRPƏLƏRİN EVİ [30.08.2009] - ŞUŞADA İPOTEKAYA MƏNZİL [24.08.2009] - “XALQLAR” KÖRPÜSÜ YANINDAKI “QULLAR” [03.08.2009] - POLAD BÜLBÜLOĞLUNUN EVİ [30.07.2009] - KİMDİR GÜNAHKAR, YADİGAR BƏY?! [25.07.2009] - AÇARSIZ AÇILAN HƏQİQƏTLƏR [20.07.2009] - TƏBRİZLİ HAQLIDIR, YOXSA QARALOV? [14.07.2009] - TAHİR KƏRİMLİNİ MÜXALİFƏTƏ QAYTARANLAR [05.07.2009] - RÖVNƏQ ABDULLAYEVDƏN SƏMİMİ TAĞI ƏHMƏDOV [21.06.2009] - İRAN SEÇKİLƏRİ VƏ BİZ [15.06.2009] - BİZİM YAY [09.06.2009] - FƏRƏQƏT! DİQQƏT ORDUYA!!! [30.05.2009] - MİLYONÇU NÜMUNƏSİ [25.05.2009] - ERMƏNİYƏ QARDAŞ, BİZƏ “DOST” İRAN [14.05.2009] - SİYAVUŞ NOVRUZOV ŞEYXDƏN NƏ İSTƏYİR? [08.05.2009] - AĞACLAR VƏ TƏLƏBƏLƏR [03.05.2009] - ATILAN GÜLLƏLƏR VƏ MERİN GÜLLƏRİ [30.04.2009] - ƏLƏSGƏROVUN HƏDƏSİ [12.04.2009] - ABUTALIBOVUN XƏZƏR “SEVGİSİ” [05.04.2009] - BÖHRAN HÜSEYNQULU BAĞIROVA DÜŞDÜ [19.03.2009] - 5 MİN İŞSİZƏ PAXLAVA TƏSƏLLİSİ [17.03.2009] - GÜVƏNƏK VƏ İNANAQ [02.03.2009] - SİRUS TƏBRİZLİNİN SƏHVİ [24.02.2009] - NAZİRLƏ REKTOR BİZƏ NİYƏ DANIŞDI? [09.02.2009] - NAZİRİN VƏ DEPUTATIN BAYRAQ SEVGİSİ [04.02.2009] - SİYAVUŞ NOVRUZOV NÜMUNƏSİ [20.01.2009] - QATİL TARİF ŞURASI [15.01.2009] - TÜRKİYƏDƏN HƏRBİ YARDIM İSTƏYƏKMİ? [11.01.2009] - ŞOUDAN TƏHLÜKƏLİ [23.12.2008] - GÜNAHSIZ ABDULLAH [21.12.2008] - YAP-ın VƏ AYAZ MÜTƏLLİBOVUN REFERENDUMU [08.12.2008] - SƏFİRİN SƏHVİ [01.12.2008] - ƏJDAHA KİMİ “AZƏRSU” [22.11.2008] - SİYAVUŞ NOVRUZOVUN İORDANİYA İMTAHANI [18.11.2008] - 6 İL ÖNCƏ, BU GÜN [11.11.2008] - ZİYALILAR ÜÇÜN XEYİR-ŞƏR EVİ [05.11.2008] - SƏFƏR ƏBİYEV NİYƏ DANIŞMADI? [03.11.2008] - DANIŞ, İBRAHİMBƏYOV! ƏVVƏLKİ YAZILARI
|