25 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Zümrüd YAĞMUR Yazara məktub göndər

MİSİR MƏRDANOVUN ƏBCƏT HESABI

Yaxın günlərdə Misir Mərdanov öz parlaq zəkası ilə jurnalistlərə verdiyi açıqlamanın arxasından düşüncələrdə xeyli suallar qoyub, Təhsil Nazirliyinin dəhlizlərində sirrə qədəm basdı. Belə ki, Misir Mərdanovun son çıxışından belə məlum oldu ki, orta məktəbdə 12 illik təhsil sistemi olsa işlər yoluna girəcək, təhsilin problemlərinin bir qismi həll olunacaq. Nazir az qala tapmaca kimi olan bir açıqlamasında da bildirdi ki, sən demə, təhsil sahəsinin sağalmaz xəstəliyinə, repetitorluğa dərman tapılıb. Bu da ondan ibarətdir ki, tədris 12 il olduqdan sonra repetitorluq də özündən ləğv olunacaq. Necə, nə cür, kimsə anlamadı və ümumən bəlli olmadı ki, acı bağırsaq kimi təhsil illərini uzadan M.Mərdanov təhsilin səviyyəsindəki aşağılığı il artırmaqla necə həll edəcək!?

Vallah, bilmirəm mən M.Mərdanovun dilindən anlamadım, yoxsa elə hamı mənim günümdədir? Amma yenə də sona qədər cəhd edib bir nəticə əldə etmək üçün soruşuram. Bu 12 illik təhsil sistemi repetitorluğu necə ləğv edəcək ay, Misir Mərdanov?
Bu hansı hesablama, hansı məntiqlə deyilib, bəlkə bunu bir bizə də açıqlayasınız?
Əvvəllər “Mus”u “Mustafaya” çevirmək vardı, indisə “Mustafanı” qaytarıb “Mus” edirlər. Yəni dediyim o ki, təhsildəki o boyda “Mustafanın” nə, kim olduğunu, təhsilin gözündən batdığını, rüşvət və keyfiyyətsizlik bataqlığında məhv olduğunu hamı bilir. Yəni “Mustafa” ortadaE İndi M. Mərdanov bu boyda problemi niyə yaradır, “Mustafanı” niyə kiçildib “Musa” çevirir, mən anlamadım.
Q.Le Bonun “Kütlə psixologiyası” əsərində oxuyanda ki, əgər bir millətin gələcəyini məhv etmək istəyirsənsə, onu süni şəkildə ağır tədrislə yüklə, gəncliyini elmdən bezdir, arxası özü gələcək", barmağımı dişləmişdim. M.Mərdanovun da Q.Le Bonu necə yaxşı bildiyini, məhz yuxarıdakı sözləri əsas götürüb Azərbaycanın gəncliyini məhv etməsini, elmdən bezdirməsini, orta məktəbdə nə olduğu bəlli olmayan proqramın tətbiqi ilə gələcəyin cahillərini yetişdirmək üçün necə işə girişdiyini anladım. Sonra da deyirik ki, məmurlarımız, nazirlərimiz savadlı deyil. Amma bəlli olur ki, biz düz demirik, çünki M.Mərdanov bu vurhavurda, başqaları pul toplamaq, talamaq üçün işə girişəndə gözünün işığını xərcləyib kitab “oxuyub”, özü də onu oxumaqla qalmayıb, həm də ən lazımı formada təhsilə “tətbiq” edə bilib.
İndi Misir Mərdanovun “zəkası və savadı” sayəsində təhsilimizin vəziyyəti ortada...
Ölkə talanır. Bir dənə zavod, istehsal müəssisə tikilmir. Neftdən gələn pullar gələcəyə buraxılmasın deyə lazımsız layihələrlə silib süpürülür. Əxlaq və mənəviyyatın kökü qazılır, millət olaraq bütün insani və milli dəyərlərimizin qətli həyata keçirilir. Bütün bunlar da heç biri sadəcə olmur, hər şey sanki bilərəkdən həyata keçirilir. Niyə?
Fransanın genosidlə bağlı qəbul etdiyi qərardan sonra Türkiyə tv-ləri hətta tarixə qədər gedib çıxdılar və bunun bir psixolojik yönünün olduğunu da araşdırıb üzə çıxarmağa çalışdılar. Sarkozinin Türkiyəyə olan münasibətinin kökündə nə dayandığını öyrənməyə çalışanda, hətta tarixdən bəlli olan bir fakta qədər gedib çıxdılar. Sarkozinin babalarından biri Osmanlı qoşunları Vyana qapılarına dayananda müqavimət göstərdiyinə görə türklər tərəfindən asılıb. Mən bu faktın indi baş verən hadisələrdə, Sarkozinin Türkiyəyə münasibətində nə qədər rol oynadığı haqqında qəti bir fikir söyləyə bilmərəm. Amma mənə çox maraqlıdır, əgər belə faktlarla da münasibət formalaşırsa, əcaba, bu iqtidar ki, xalqa bu qədər zülm edir; yersiz, lazım oldu, olmadı əzib zəlil günə qoyur, görəsən bunun kökündə nə durur? Bəlkə biz də keçmişi araşdıraq, bəlkə bu iqtidarın başbilənlərindən birinin babasını bilmədən, çaydan keçərkən qəzadan çaya salıb kimsə?!. İndi bunu xalqdan bilib qisas alırlar?! Axı az qala dərisini boğazından çıxardıqları bir xalqın gələcəyi ilə də oynamaqla əllərinə nə keçir?
Niyə bu ölkənin insanını cahil, nadan etməkdə bu qədər maraqlıdırlar?
Bu düşmənçiliyin kökündə nə dayanır?

2138 dəfə baxılıb

[24.05.2012] - BAĞIRTIYA XƏRCLƏNƏN 3 MİLYARD

[23.05.2012] - AH, QƏDİRBİLMƏZ MÜXALİFƏT

[22.05.2012] - DƏYƏNƏYİN GÜCÜNƏ SIĞINMIŞLAR...

[20.05.2012] - HAKİMİYYƏTİN GÜNEY AZƏRBAYCAN OYUNLARI

[17.05.2012] - RİSKLİ GEOPOLİTİK ŞANTAJ...

[16.05.2012] - “EUROVİSİON” LÖVHƏLƏRİ

[15.05.2012] - MENTALİTET KİLLERLƏRİNİN “MÜASİRLİK” DAVASI

[13.05.2012] - XALQA QARŞI NARKOTİK ƏMƏLİYYATI

[10.05.2012] - GÜNÜMÜZÜN VƏ GƏLƏCƏYİMİZİN YASI...

[09.05.2012] - SƏN PUL QAZANANDA...

[08.05.2012] - ÖZÜ YIXILAN AĞLAMAZ

[06.05.2012] - YAP-ın YAS YERİNDƏN REPORTAJINA SON VERMƏK...

[03.05.2012] - SƏFİRƏ PAXILLIĞIM TUTDU...

[02.05.2012] - MİLYONLAR ÖLMƏLİ Kİ, HAKİMİYYƏTDƏKİLƏR YAXŞI YAŞASIN!

[01.05.2012] - GÖZLƏNİLƏN OLDU

[29.04.2012] - GÖZLƏNİLƏN SONUN ANONSLARI...

[26.04.2012] - ZİYALILAR FORUMUNUN XƏYANƏTİ

[25.04.2012] - ALLAHA MƏKTUB...

[24.04.2012] - GÖRMƏMİŞLİYİN SİRRİ...

[22.04.2012] - BİZ NİYƏ DƏYİŞƏ BİLMİRİK?

[19.04.2012] - İKİ SAATA 1 MƏZAR...

[18.04.2012] - ZİYASINI QARANLIĞA TƏSLİM ETMƏMƏK...

[17.04.2012] - ANARIN VİDA MƏKTUBU

[15.04.2012] - CENİFER LOPES VƏ 4 AC UŞAQ...

[12.04.2012] - BAQQAL TƏFƏKKÜRLÜ BURJUAZİYA...

[11.04.2012] - RÜŞVƏT GENERALLARININ ƏDALƏT MİSSİYASI...

[10.04.2012] - HAKİMİYYƏTİN GÖZÜNDƏ QALAN ARZUSU

[08.04.2012] - QAZ KAMERASI QARŞISINDAKI SEÇİM

[05.04.2012] - MÜHASİRƏ HALQASI DARALIR

[04.04.2012] - SARKOZİ PREZİDENT SEÇİLMƏK ÜÇÜN MİN OYUNDAN ÇIXIR

[04.04.2012] - SIRA SƏNƏ DƏ ÇATDI!

[03.04.2012] - ÖLÜM DÜŞƏRGƏSİ

[01.04.2012] - ADAM KİMİ YAŞAMAQ İSTƏYİRSƏN?!

[29.03.2012] - BİR İMTİNANIN HƏQİQƏTLƏRİ...

[28.03.2012] - MİLYONLARI KİM UDUR, YOLLAR, YOXSA NAZİR!?

[20.03.2012] - ÖZÜNÜ BASDIRAN ADAMLAR...

[18.03.2012] - ƏCİNNƏ OVU

[15.03.2012] - FƏLAKƏT SSENARİSİ, YOXSA BARIŞ?..

[14.03.2012] - PƏPƏ YEYƏNDƏN AYI YEYƏNƏ...

[13.03.2012] - MONARXİYANIN HƏDƏFİ...

[12.03.2012] - BU ÖLKƏDƏ JURNALİST OLMAQ…

[08.03.2012] - SAAKAŞVİLİ YAP-ın TARİXİNİ SAXTALAŞDIRDI...

[07.03.2012] - SİYASƏTİMİZİN QULİ-QULİ RƏQQASƏLƏRİ...

[06.03.2012] - DÜNYANIN ƏN EYBƏCƏR DİRİSİ...

[04.03.2012] - QUBAYA SIĞIŞMIŞ AZƏRBAYCAN

[01.03.2012] - VANDALİZMİN HÖKMÜ

[29.02.2012] - DOSTUMUN DÜŞMƏNİ DAHA YAXIN DOSTUMDUR!

[28.02.2012] - GOR QAZIRAM, DƏDƏ...

[25.02.2012] - AHIM SƏNƏ ÇATDIMI?!

[23.02.2012] - İRAN SUALLARI

[22.02.2012] - NOVRUZƏLİ VƏ YAP

[17.02.2012] - AZƏRBAYCANDA FƏXRİ XİYABAN...

[16.02.2012] - DƏBDƏBƏLİ QƏSRLƏRİN SİRRİ

[15.02.2012] - KİMDİR BU KİMLİYİ “GİZLİ” OLAN “TERRORİSTLƏR”?

[14.02.2012] - “EUROVİSİON” AZƏRBAYCANA GƏLSİN, GƏLMƏSİN?!

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008