03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

QEYRİ-ELİT SÖHBƏT...

Bu elita söhbəti hələ çox su aparacaq. Hər gün biriləri çıxıb, ortaya yeni iddialar atacaq, biz jurnalistlər də iddia hədəflərini tapıb danışdıracaq, sonra yenidən qarşı tərəf “saz”ı əlinə alacaq, beləcə yaşayıb gedəcəyik... Son durum nə yerdədir?

Maqsud İbrahimbəyov Nizami Cəfərovu antropoloji quruluşuna görə qeyri-insana bənzətdi, Yaqub Mahmudov Əkrəm Əylislini elita saymadı, sonuncu da onu ziyalı maskası taxmaqda ittiham etdi. Görün mübahisə nədən başlamışdı, haralara qədər gəlib çıxdı. Kinonun “davalı hissə”sində Yazıçılar Birliyinin sədri Anar da, öz təbiriycə desək, dostu-qardaşı Rüstəm İbrahimbəyovdan “atəş”i yayındırıb öz üzərinə çəkmək üçün “525-ci qəzet”də bir məqalə ilə çıxış etdi.
Nəyə görəsə, AYB sədrini əksər hallarda intriqalı situasiyalarda, ya birbaşa, ya da yan tərəfdən “atəş açan” görürəm. Mən sadalayım, siz son illərdə Anar müəllimin qoşulduğu “davalı” polemikaları xatırlayın: Əkrəm Əylisli - Anar, Əflatun Amaşov - Anar, Elçin - Anar, Şamo Arif - Anar, Rasim Qaraca (həmçinin postmodernistlər) - Anar... Əksəriyyətində də mübahisə predmeti məişət kontekstində, “sən qapıdan keçəndə çiynin mənə dəydi” xarakterində olub. Son olaraq isə bu elita dartışması. Söhbəti uzatmadan keçmiş deputatın məqaləsində irəli sürdüyü bəzi maraqlı tezislərə diqqət edək.
Məmur özbaşınalığı, ədalətsiz məhkəmələr, nə bilim şəhərin simasının pozulması, qeyri-qanuni tikintilərin çoxluğundan şikayətlənir Anar müəllim. Və deyir ki, müəyyən problemlərə göz yummaqla onları çözmək mümkün deyil, bütün bunları dediyinə görə bəyəm Rüstəm günahkardır? Yox, niyə günahkar olur ki... Sadəcə, uzun illər deputat kreslosunda oturub, bütün bunları dilinə gətirməyən, ancaq dost-qardaşını müdafiə etmək ərəfəsində danışan yazıçı(lar)mız günahkardır. Dostu müdafiə etmək olar, amma illərdir bütün bunlardan əziyyət çəkən xalqı yox?
Biz bunları düşünməkdə olaq, Anar müəllim qəzəblə yazır ki, “elita var, amma səsini çıxarmır, ərinirmi, tənbəllik edirmi, biganəliyi üstün tuturmu, ”azacıq aşım, ağrımaz başım" prinsipiylə yaşayırmı, bilmirəm". Yenə də anlaya bilmirəm, niyə tanınmış yazıçı bizim yanımızda özünü danlayır? Ziyalılarımızın, elə Anar müəllimin özünün sadaladığı səbəblərdən balıq kimi susqun qalmasını biz çoxdan bilirik, əgər o bunu indi anlayıbsa, keçmiş ola. Yox, əgər özü dediyi kimi, istedad və beyin axını nəticəsində şəhərimizin elitası, qaymağının əvvəllərdəki tək nüfuzlu söz sahibləri olmamasını əlində əsas tutursa, deməli, gedənlərin qalanlardan daha cəsarətli və ağıllı olduğunu etiraf edir. Buna görə də ikiqat keçmiş ola.
Daha bir maraqlı məqam. Yazı müəllifi müxalifət mətbuatının, yazarlarının Rüstəm İbrahimbəyovu müdafiə etməsinə qəribə bir şəkildə təəccüblənir. Deyir, guya bəzi jurnalistlər ondan siyasi dartışmalarda alət kimi istifadə edir. Mən də qocaman yazıçımızın bu təəccübünə anlam verə bilmirəm. Əgər məşhur bir ssenarist, yazıçı, hətta Oskar mükafatı qalibi bizim illər boyu dediyimiz həqiqətləri, reallıqları ölkədən kənarda da olsa, təkrarlayırsa, niyə onu müdafiə etməməliyik? Bu, sadə məntiqdir. Bizim kimi düşünənlərin düşüncəsini, fikrini müdafiə etmə məntiqi... Amma eyni zamanda bizim kimi düşünməyənlərə (bu dartışmada Yaqub Mahmudova, Nizami Cəfərova) də tribuna verib, onların fikirlərini oxucuya çatdırma. Bax elə əsl qəzetçilik də bunu tələb edir və burda təəccübə zərrə qədər də yer yoxdur.
Amma Anar müəllim bu yazısında da həmişəki kimi ehtiyatlı davranır. Bir məmur, bir nazir də adı çəkmir. Məsələn, şikayətlənir ki, İçərişəhər sökülür, amma bunda kimin günahı olmasının üstündən sükutla keçir. Sonra deyir, məmur özbaşınalığı var, amma dərhal cümləsini korrektə edir ki, “olmasaydı, bu günə qədər bəzi məmurları işdən çıxarmazdılar”. Binəva oxucu da anlamır ki, bu sadalanan problemlərə görə Anar müəllim kimi günahkar sayır? Yoxsa gənc jurnalist Qan Turalını? Hansını ki, yazının sonunda da olsa, bir neçə cümləylə “döşəyib”?
Ad çəkin, ittihamlarınızın konkret ünvanını göstərin, cənablar! Bu məmləkətdə baş verən bütün qanunsuzluqlara görə konkret şəxslər, səlahiyyət sahibləri günahkardır. Onların adını çəkməyib, sırf hansısa sözü xoşunuza gəlməyən binəva jurnalistlərə yumruq qıcamaq isə, günün məşhur sözü ilə desək, qeyri-elit hərəkət sayılır.
Axı ölkədə həqiqətən də “elita” var?!

832 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008