 |
Sevinc TELMANQIZI 
YARIMÇIQ YUXU...
|
Şəhər dolub-daşmağa başladı. Dünəndən etibarən rəsmi iş günlərinə start verildi və bir də gördük ki, yenə metroda nəfəs almaq, avtobusda ayaq üstə dayanmaq, mağazalara girmək mümkün deyil. Yenidən anladıq ki, bu şəhərin bir tutumu var. Təxminən stəkan kimi. Tutumundan artıq su tökəndə mütləq yerə tökülür, ətrafa aşıb-daşır, hətta fəlakət yaradır... Təbii ki, mən “Bakı şəhəri bakılılar üçündür” kimi eqoist yanaşmanı müdafiə etmək fikrində deyiləm. Amma Rüstəm İbrahimbəyovun böyük səs-küyə səbəb olan şəhər mədəniyyəti, şəhərlilər barədə dedikləri hər santimetrdə təsdiqlənir. Məmləkəti başına götürmüş işsizlik, şəraitsizlik bütün rayon əhalisini paytaxta köçürüb. Nəticə? Kəndlər bomboş, Bakıda isə nəfəs almaq mümkün deyil... Təbii, orasını da unutmuruq ki, mədəniyyət ancaq şəhər əhalisinə xas deyil, insanın özündən, evində gördüyü tərbiyədən asılıdı. Amma fakt faktlığında qalır. Daş da öz yerində ağırdı... Qüsura baxmayın, yay vaxtına keçidin fəsadlarıdır bu deyingənlik, narazılıq. Orta statistik azərbaycanlı üçün bu keçid əslində “bir saat daha az yatmaqdan” başqa məna ifadə eləmir. İnanmırsınız, soruşun. O dünya insanının “elektrik enerjisinə qənaət”, “iş saatlarının normalara uyğunlaşdırılması” və sair kimi mexanizmlərdən heç kimin xəbəri də yoxdu. Qış vaxtına keçirik? Yaşasın, bir saat daha çox yatacağıq! Yay vaxtına keçiddə isə yuxumuza haram qatılacaq.(Fikir verin, bəlkə də biz türklərdən başqa heç kəs “yuxuya haram qatmaq” kimi çoxşaxəli ifadədən istifadə etmir. Yuxu bizimçün o qədər müqəddəsdir ki, ondan yarımçıq oyanmağı da nəsə halal-haramlığa yozuruq) Sanki elə bütün həyat bu “bir saat artıq yatmaq” üzərinə köklənib, yaşayış üçün başqa vacib atributlar yoxdu. Az yatmışıqsa, bütün günümüz zəhrimara çevrilir. Yuxuda nəsə qarışıq-quruşuq şeylər görmüşüksə, ətrafdakıların gününü qara edirik. Bax yuxu, yatmaq belə taleyüklü amildi. Əslində biz azərbaycanlılar üçün saat o qədər də böyük əhəmiyyət kəsb etmir. Ona daha çox iş gününün başlanıb-qurtarması kimi baxırıq. Xaricilər kimi günümüzü idman, yemək, gəzinti, mütaliə...saatlarına bölmək hara, biz hara. Təxminən iki il əvvəl ingilis mütəxəssislərin keçirdiyi ongünlük seminarda iştirak edirdim. İlk dəfə onda onların qrafikinə heyran qalmışdım. Saat 12 oldumu, adamlar ağızlarındakı sözü yarımçıq kəsib, “çay fasiləsi”nə gedir, nahar vaxtını bir dəqiqə belə ötürmür, saat 5-də isə ədəb-ərkanla “çay saatını” keçirirdilər. Hələ mən onların səhər saatlarında qaçmağa, üzməyə, yatmazdan əvvəlsə mütaliəyə zərgər dəqiqliyi ilə neçə dəqiqə ayırmalarından danışmıram. Adamlar kompüter kimi proqramlaşdırılmışdılar. Araşdırmaçılar hesablayıb ki, bu yay vaxtına keçid dünya iqtisadiyyatına milyardlarla dollar qazandırır. Elektrik enerjisinə qənaətdən tutmuş insan əməyinin səmərəliliyinə qədər bir çox üstünlüklər əldə etmək mümkündür. Amma bu keçidə əsəbləri, orqanizmi tab gətirməyənlərin həyatını itirməsini nəzərə alanda o qədər də optimist ola bilmirsən. Zarafat deyil, ekspertlər Rusiyada hər il saatların bir saat irəli, yaxud geri çəkilməsinin ən azı 60.000 insanın ölümünə səbəb olduğunu bildirir. Bu dəyişiklikdən daha çox xroniki xəstəliklərə mübtəla olmuş şəxslərin əziyyət çəkdiyi təsbit olunub. Bundan başqa insan orqanizminin bioritmlərinin müvəqqəti olaraq pozulması infarktların, intihar cəhdlərinin, yol qəzalarının sayının artmasıyla nəticələnir. Bu qaydaya əməl edən ölkələrdə aparılan araşdırmalar isə sübut edib ki, yay vaxtına keçiddən sonrakı ilk iki həftə ərzində təcili yardıma müraciət edənlərin sayında 17 faiz artım müşahidə olunur. İlk beş gündə həmçinin infarktdan ölüm halları da 75 faiz, intihar faktları 60 faiz, bədbəxt hadisələr isə 11-19 faiz artır. Həkimlərsə bu neqativ hallardan qorunmaq üçün daha çox gəzintiyə çıxmaq, spirtli içkilərdən imtina etmək, əvəzində bitki çayları içmək, açıq havada və ya açıq nəfəslikli otaqda yatmağı məsləhət görür. Dediyim kimi, bu problemlər də, onlardan çıxış yolları da normal şərtlərdə yaşayan ölkələrin vətəndaşları üçün keçərlidir. Azərbaycanda yuxarıda sadaladığım xəstəliklərdən əziyyət çəkmək, intiharlara baş vurmaq üçün yay vaxtına keçməyə xüsusi ehtiyac yoxdur. Onsuz da hər Allahın günü xəstəxanaların qapısı belə problemlərdən əziyyət çəkənlərlə doludur. İqtisadiyyatın dirçəlişi, ay nə bilim, işıqdan qənaətə gəlincə, bu da türklər demiş, bizə vız gələr. Bizim iqtisadiyyatımız necə idi? Dünyada analoqu olmayan... Bu keçiddə nə oldusa, bizim şipşirin yuxumuza oldu. Lənət şeytana! 653 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|