 |
Sevinc TELMANQIZI 
ZARAFATSIZ...
|
Bu sətirləri ətrafımda hər şeyin şit-şoru çıxan vaxt yazıram. Səhər açılandan qaş qaralanadək yalanın, aldatmanın, şit-şit zarafatların biri beş qəpikdəndi. Saytlar aldadır, agentliklər guya məzəli-məzəli yalanlar yayır, yan-yörədəkilər də ki, Allah insaf versin, daha şirinçay eləyiblər. Redaksiyaya basqın xəbərindən tutmuş, dünənki məvacib paylanmasının ləğvinə qədər...(etiraf edim ki, sonuncusu lap əsəbləri tarıma çəkdi) Bu arada mənim də gücüm ev əhlinə çatdı. Yalandan dedim ki, Tiflisə dördgünlük media seminarına yollanıram. Uşaq ağladı, küsdü, ardınca bu özbaşına qərarıma görə evdəkilər mənə elə abır verdilər ki, bu zarafata görə peşman oldum. Zarafatsız... Təkrarçılıq olmasın, əslində Azərbaycan kimi yalançılığın norma, yalançıların isə hörmət-izzət sahibi olduğu bir yerdə aldatma, zarafat kimi günlərin qeyd olunması olduqca gərəksizdi. Guya hər gün televiziya ekranlarından, lap elə qəzetlərdən evimizin içinə qosqoca yalanlar girmir? Girir, sadəcə, onda müdrikcəsinə, bəzənsə əsəbiliklə başımızı buladığımız halda, indi gülürük. 1 aprel günü ancaq ciddi, ilin 364 günü yalanın hakim olmadığı məmləkətlər üçün keçərlidi. Doğrudu, bəzi ekspertlərə görə, əslində 1 aprel məhz Azərbaycan kimi ağır iqtisadi-sosial şəraitdə yaşayan ölkənin vətəndaşlarına xeyirdi. Çünki il uzunu stresdə, gərginlikdə yaşayır, bir günsə doyunca gülürlər. Gülüş ömrü uzadır axı... İldə bir gün ömrümüzə ömür qatırmışıq, xəbərimiz yox. Zarafatsız... Yalanla, zarafatla bağlı söhbəti saqqız kimi uzadıb, mənasız zarafat edənlərin karvanına qoşulmaq istəmirəm. Sadəcə, onu deyim ki, dünənki qəzetlərdə “İsmayıl Ömərovun postuna müsabiqə elan edilib” başlıqlı məqalələri görəndə düşündüm ki, günün ən ləzzətli zarafatı məhz budur. Məlum oldu ki, sən demə, artıq İsmayıl müəllimin səlahiyyət müddəti bitibmiş, bu post uğrunda perspektivli namizədlər mübarizə aparacaqlarmış, Yayım Şurası üzvləri də onları dəyərləndirəcəkmiş və sair. Bundan gözəl zarafat ola bilməz, məncə. Niyə? Birincisi, ona görə ki, 2005-ci il İTV sədrliyinə keçirilən seçkilər zamanı İ.Ömərovdan qeyri namizədlərin kimliyini, onların qurduğu tamaşanı xatırladım. Sədrin kim olacağını bildiyi halda, bu oyuna qatılanları ən yaxşı halda, gözəl oyunçu adlandırmaq olar. Digər tərəfdən, mənə görə, İTV Azərbaycan xalqı üçün onun özü boyda bir zarafatdır. Ən azı formatı, bu günə qədər keçdiyi yol, prinsipləri, üzərinə götürdüyü öhdəlikləri “yerinə yetirmə” əmsalına görə. Yayım Şurası da onun kimi. İTV-nin fəaliyyətini tənzimləməli, ona müxalif mövqedə dayanıb yeri gələndə iradlarını bildirməli olan Yayım Şurasının fəaliyyətini bir anlığa göz önünə gətirin. Siz bu günə qədər Yayım Şurasının hansısa hesabatı ilə tanış olmusunuzmu? Bilirsinizmi ki, onun sədrinin səlahiyyət müddəti nə qədərdir, bu müddət bitibmi, yoxsa yaxın onillikdə bitəcək? Hamısı sirdir, bir azdan “Coca Cola”nın tərkibindəki “o maddə” kimi onun da əsrarı üzərində baş sındırmağa başlayacağıq. Zarafatsız... İTV-nin adı çəkiləndə yan-yörəmdəkilərin bəziləri, xüsusən də əslən qərb bölgəsindən olanlar “gözəl televiziyadır, tez-tez aşıq musiqisi, dağlardan, çaylardan mənzərələr verir, rayonlardan, kəndlərdən sənədli filmlər çəkir” deyir. Məşhur tamaşada deyildiyi kimi, kanaldan sarımsaqlı, qurutlu xəngəlin qoxusu, bir də sazın cingiltisi gəlir. Ye xəngəldən, qulaq as “Cəngi” havasına, düş Koroğlu kimi düşmənin canına. Hurrey! Elə bu qədər? İTV bizim xalqın başını necə qatmağı gözəl bilir - şair xalqıq, musiqili, sazlı-sözlüyük. Ona qalsa, bunu AzTV də edir. Bəs yaxşı, İTV-nin missiyası bununla məhdudlaşmalıdı? Doğrudanmı büdcədən ayrılan milyonlarla manat vəsait ancaq dağ-daşa, bir də “Eurovision”dakı mələklə şeytanın kostyumuna xərclənməliydi? Bəs onda müxalifət niyə bu “şimşək kimi çaxan” televiziyanı məhkəməyə vermişdi? Ona efir vaxtı ayırmadığına görə ola bilərmi? Zarafatsız... Televiziya demiş, 1962-ci ildə İsveç televiziyası elan edib ki, əgər tamaşaçılar ağ-qara göstərən televizorlarının rəngliyə çevrilməsini istəyirsə, bununçün rəngli qadın corabını ekrana keçirmələri kifayətdir. Deyilənə görə, həmin gecə bu zarafata 7 milyonluq ölkənin yarısı aldanıb. Biz də elə 1962-ci il İsveçinin günündəyik. Yenə də nələrəsə inanırıq. Onlar kimi rəngli coraba olmasa da, yeni sədrə, Yayım Şurasının ədalətinə və ən önəmlisi, bu kanalın nə vaxtsa rəngarəng olacağına... 760 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|