03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

TV NAZİRİNİ DANLAYANDA...

Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlini bu dəfə də Milli Məclis, daha çox da spiker Oqtay Əsədov urvatsız elədi. Qonaq çağırdılar, söz verdilər, sonra da dedilər, “özünü yaxşı apar ha, ifadələrinə fikir ver”. “O olmasın, bu olsun”dakı qəzetçi Rza demişkən, qonağı təhqir etmək fikirləri vardı və bunu kəndi xanələrində icra etdilər. MTRŞ sədrinə vəkillik-filan etmək fikrim yoxdu. Xüsusən də Türkiyə seriallarının tərcüməsi, xarici radiostansiyaların fəaliyyətinin dayandırılması ilə bağlı verdiyi absurd qərarlardan sonra... Amma ortada bir ədalətsizlik olduğunu inkar etməyək lütfən.

Birincisi onu deyim ki, “Televiziya və radio yayımı haqqında” Qanuna edilən 8 əlavə və dəyişikliyin Azərbaycan tamaşaçısına çox az dəxli var. Yəni özəl teleradio yayımçısının təsisçiliyi, habelə elektron KİV-in lisenziyalarına xitam verilməsi qaydalarına dəyişikliklər edilibsə, bunun sıravi tamaşaçıdan çox hökumətə dəxli var. Alver predmeti olduğuna görə. Uzaqbaşı bir az reklam və teleticarətin ümumi həcminin 1 saatda 12 dəqiqə olması insanları maraqlandıra bilər. Axı bu da televiziyalardakı yeganə qüsur deyil.
Doğrudur, indi deyəcəksiniz ki, deputatlar da bəzi problemləri qabartdılar. Amma gəlin həmin iclasdan hazırlanan reportaja bir göz yetirək. Deputatlar bir qayda olaraq, televiziyalardakı aparıcılardan şikayətlənib. Məlum olub ki, o boyda elektron KİV məhz ona görə bərbad gündədi ki, aparıcıların dil qüsuru var, dilimizi təhrif edirlər. Və ya reklamların məzmunu xalqımızın əxlaqına sığmır, verilişlərsə SMS yağışına tutulur, camaat soyulur. Əla, bunlar da problemdir, amma neçənci dərəcəli? Arabanın beşinci təkəri kimi, düz deyil?
Bəyənsək də, bəyənməsək də, Nuşirəvan Məhərrəmli olduqca məntiqli cavab verib. Deyib ki, bizim səlahiyyətlərimizi Milli Məclis müəyyənləşdirib. Adam düz deyir də, “dovşana qaç, tazıya tut” deyəndə bilmirdiz belə əcaib mənzərə yaranacaq? Özünüz müəyyənləşdirdiyiniz səlahiyyətlərə indi özünüz etiraz edirsiniz. Bu həmin MTRŞ sədridir ki, bu gün bir kanalı bağlayır, bir neçə gün sonra isə “yuxarı”dan gələn göstərişlə “xoş məram” nümayiş etdirib, qərarı dəyişir. Hörmətli deputatlar bunu ondan soruşmalıydılar ki, sizə verdiyimiz səlahiyyətlərin içində “xoş məram” bəndi varmı? Niyə ürəyiniz istəyəndə hansısa telekanalın, radionun lisenziya müddətini artırır, istəməyəndə isə prinsipiallıq nümayiş etdirirsiniz?
Lənət şeytana, doğrudanmı axı bu televiziyalar təkcə aparıcıların dilindəki qüsurlara görə baxımlılığını itirib? Deputatlar axırıncı dəfə telekanalların xəbərlər proqramlarına nə vaxt baxıb? Ordakı tərəfliliyi, disbalansı, qeyri-obyektivliyi doğrudanmı görməyiblər? Bir dəfə yazmışam, təkrarçılıq olmasın, özəl telekanallardan birinin xəbərlər departamentində müxalif mövqedədir deyə, “Yeni Müsavat”, “Azadlıq” kimi qəzetlərin oxunmasına icazə verilmir. Departamentin bəzi əməkdaşları qəzetimizlə tanış olmaq üçün digər şöbələrdəki kompüterlərin internetinə girib, saytlara baxırlar. Belə bir sistemdə, hansı xəbərçilik, jurnalistlik anlayışından danışmaq olar? Niyə bunu demirlər? Zarafat deyil, bir telekanalın simasını həm də onun “Xəbərlər” buraxılışı müəyyənləşdirir. Şüurlu tamaşaçı doğru, ədalətli söz deyən telekanalı hər şeydən üstün tutur, hətta bəzən bir sıra səhvlərinə göz də ÿyuma bilir. ÿ
Digər tərəfdən, televiziyaların qara və ağ siyahıları var. Monitorinq keçirin, görün azad, müxalif söz deyənlər niyə onun efirinə ayaq basa bilmir? Manısların insanlara əxlaq, tərbiyə dərsi keçdiyi verilişlərin qol-budaq atmasında doğrudanmı təkcə telekanal rəhbərliyi günahkardır? Bu problemdən yeganə çıxış yolu var: manıs verilişlərinə, şou-biznes layihələrinə moratorium qoyun, onlara gündəlik efirin filan faizi qədər yer verin. Faizi pozana filan qədər cərimə təyin edilsin (reklam məsələsində olduğu kimi). Bu da olsun normal həll yolu.
Açığı, mən bu günə qədər Azərbaycanda özəl telekanalların hansısa pozuntuya görə cəzalandırılması, efirinə məhdudiyyət qoyulmasını görməmişəm. Təkcə 2003-cü ildə bəzilərinin efirdən insanları təhqir edib, onların şəxsiyyətini, mənəviyyatını alçaltdığına görə nəinki yayımına bir neçə saatlıq məhdudiyyət qoyulmalı, ümumiyyətlə, teleməkandan izi-tozu silinməliydi. Odu ki, danışmaq yenə də özümüzə qalacaq. Bu qanun nə televiziyaları düzəldəndir, nə də ona baxan tamaşaçını...

944 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008