11 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

VOLAND BARMAĞI...

Son aylar işə gedən yolum çox uzandığından, “ömür bitər, yol bitməz” məsəlini də əldə bayraq edərək, köməyə mütaliəni çağırmışam. Bir dəfə də deyəsən yazmışdım ki, mütaliəsiz keçən günlərimin heyfini bu 11 stansiyalıq yolla alacam. Nəsə, uzatmayım, mütaliəni sürətlə bərpa etdim və bu arada bir neçə kitab bitirdim.

Maraqlıdır ki, seçdiyim əsərlərin əksəriyyəti əsrarəngizliyi, mistikliyi, bir az da ağırlığı ilə seçildi. Məsələn, keçən ay Dostoyevskinin “Cinayət və cəza”sını oxuyub qurtardım, sonra Bulqakovun “Master və Marqarita”sı, son olaraq da Frans Kafkanın “Qəsr”ini. Oxuyanlar bilir, oxumayanlara isə deyim ki, son iki əsər daha çox mistik xarakter daşıyır. “
Master və Marqarita”da şeytanın bir əlinin işarəsiylə alt-üst olan insan həyatları, ölümlər, dəliliklər, asiliklər... Metroda bu əsəri oxuduğun yerdə bir də görürsən, qatar qəflətən dayanır, dərhal düşünürsən ki, şeytan əməlidir. Az keçmədən “hamı tez düşsün” deyib, insanlara bomba xəbərini verirlər, yenə də buna görə Bulqakovun o məşhur Volandından (şeytan) şübhələnirsən. İşə gəlirsən, aləm dəyir bir-birinə. Əcaib-qəraib xəbərlər, bir-birilə uyuşmayan açıqlamalar. Allah, Allah... Doğrudanmı hamısı Volandın əməlləridir? Hələ Kafkanın “Qəsr”ini demirəm. Qəsrdəki məmurları görmək üçün yerölçən (əsərdəki adıyla K.) obrazının hansı oyunlardan çıxması, süründürməçilik, mənasız-mənasız protokol qaydaları. Əsərdəki təsvirə görə, insanların günorta saatlarında qəsr məmurlarını görməsi çox nadir hallarda baş verirmiş. Onlar gecə dindirmələri edirlərmiş. Təxminən bizdəki kimi. Yanaşma da beləymiş ki, məmurlar insanların gözünə nə qədər az görünsə, bir o qədər hörmətli olurmuş, rəiyyət onlardan qorxurmuş və s. və i. Tanış gəlir? Zaman və məkan nə qədər fərqli olsa da, insan oğlu öz simasını həmişə saxlayır.
Bayaq dediyim kimi, işə gəlir və görürsən ki, heç həyat da bu mistikalardan xali deyil. Dünən redaktor tuturlar, bu gün onu buraxırlar. Özü də nəinki buraxırlar, onu tutanı da cəzalandırırlar. Bir başqasını günlərdir içəridən çıxmağa qoymadıqları halda bir də görürsən, xoruz banlamamış, camaat yuxudan oyanmamış türmənin qapısı önündədir. İstər-istəməz “silahlar yerə qoyuldu” deyib, bir az arxayınlaşırsan. Arxayınlıq, ehtiyatsızlıq da ki, bilirsiz də insanın başına nə oyun açır? Bundan sonra hamımız rahat nəfəs alacaq, amma bir də görəcəyik ki, hansısa “Voland” bizi məhkəməyə verib və bu dəfə asılmağımızı istəyir.
Amma mistikanın pəncəsinə düşdüyüm bu günlərdə beynimi daha çox məşğul edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının (Allah insaf versin, elə bu adı sadalaya bilmək üçün insana nəfəs dəstəyi vermək lazımdır) tərkibidir. Deməli, əksərən Mətbuat Şurası İdarə Heyətinin üzvlərindən ibarət olan bu şura üzvləri indi mistik bir cəncələ düşüblər. Deməli, qaydalara görə, bu adamların həmin o fonddan yararlanması doğru deyil. Neyçün ki, bu halda obyektivlik pozula bilər. Belə götürəndə ədalətli yanaşmadı. Yoxsa ki, təsəvvür edin, Şura üzvləri toplanır və o məşhur multfilmdəki kimi “Lemon, Lemon, Dne, Dne...” deyib pulu aralarında bölüşdürürlər. Bəs onda necə olsun? İlkin təklif odu ki, Şura onlardan yox, tamam fərqli personalardan ibarət olsun. Osmanlı abilərimiz belə situasiyalarda “dananın quyruğunun qopduğu an” deyirlər. Zarafat deyil, bu gün Azərbaycan Ədliyyə Nazirliyində 3400-ə yaxın qəzet, jurnal, informasiya agentliyi qeydiyyatdan keçib. Yəni biz yüzlərdən, minlərdən danışırıq. Amma seçim anı yetişəndə  iki əlin barmaqlarının sayı qədər olan bu adamların üzərində dayanırıq. Niyə? Çünki bu media camiəsində bir nəfərin sözü o birisinin boğazından çətinliklə keçir. Əks qütblərdə dayanan qəzetlərdənmi danışaq, yoxsa bir-birilə qanlı bıçaq olan media kapitanlarındanmı? Maraqlar, mənfəətlər bu qədər ziddiyyətli, komplekslər bu qədər güclüdürsə, çətin ki, ortaya normal, ədalətli tablo çıxa.
Lap tutaq ki, həmin şəxsləri Şuradan çıxarmağa nail olduq və ya elə bu gedişlə özləri maliyyədən yararlana bilməyəcəklərini görüb, könüllü şəkildə bu sıranı tərk edəcəklər. Onların əvəzinə kimləri seçəcəyik? Yerdə qalan reket qəzetlərin baş redaktorlarını? Təbii ki, o reket qəzetləri bağlamaq mümkün deyil; Şuraya isə başqa, layiqli simalar seçmək. Bir sözlə, yuxarıya tüpürmək istəyəndə bığ, aşağıya tüpürmək istəyəndə isə saqqal... Bu halda neyləməli? Yaxşısı budu, tüpürməməli...
Deyirəm axı, Volandın barmağı həyatımızın hər sahəsində var, inanmırsınız.

549 dəfə baxılıb

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008