 |
Sevinc TELMANQIZI 
NİZAMİNİN ADAŞI
|
Nizami dahidir... Amma Gəncəvi. Dövrümüzün Nizamisi - söhbət Cəfərovdan gedir - isə son ayların ən qalmaqallı personasıdır.Müqayisə uğursuz olsa da, deyim ki, şou-biznesin qalmaqal qəhrəmanı Əli Mirəliyevdirsə, siyasətinki Nizami Cəfərovdur. Deputat noyabr ayından bəri susmaq bilmir. Rüstəm və Maqsud İbrahimbəyov qardaşlarına hücumla başlatdığı dalğa sonradan da ara vermədi. Yəqin söhbətin nədən getdiyini xatırladınız. “Bir zooloq öz obyektinə necə baxırsa, mən də İbrahimbəyov qardaşlarına elə baxıram” “kəlam”ını deyirəm. Tozanağın qalxdığı, aranın qarışıb məzhəbin itdiyi vaxtlar yadınıza düşdü? Ziyalılar bir-birinə dəymişdi onda. Zəhmətkeş müraciətləri təşkil edən kim, Cəfərovun cəmiyyətdən təcrid olunması üçün prezidentə müraciət edən kim... Nəsə... Sonra nə oldu? Dedim axı, qalmaqallı, şok açıqlamalar ara vermədi. Cəfərov bundan sonra Çingiz Abdullayevə hücuma keçdi, onun adını dərsliklərdən çıxardığını və bu adamın Azərbaycan ədəbiyyatına dəxli olmadığını dedi. Növbəylə Tahir Salahovu, Fərhad Bədəlbəylini, Rasim Balayevi də “dişinə çəkdi”. Bir ay əvvəlsə “Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin zamanı keçib”, “Zəlimxan Yaqub dövrün nəbzini tuta bilir” deyib, daha bir bomba partlatdı. Son olaraq da Çingiz Hüseynovla bağlı dedikləri. Nizami müəllim iddia edir ki, 80 yaşlı yazıçını bu yaşında belə səviyyəsinə görə tələbəliyə qəbul etməzdi... Oldumu? Osmanlı türkləri belə situasiyalarda “dananın quyruğunun qopduğu an” ifadəsini işlədirlər. Yəni bütün sərhədlərin yandırıldığı, münasibətlərin yerlə-yeksan edildiyi məqam. Bəy, bir nəfəsinizi dərin, bir fasilə verin. Bir neçə aya bu qədər hücum çox deyilmi? Nizami müəllim bu çıxışları ilə mənə dövrümüzün postmodernist yazarlarını xatırladır. Daim inkarçılıq xətti tutan, hər şeyi, hamını qapqara rənglərdə görən təbəqədən danışıram. Nizami müəllim də düşünür ki, cəmiyyətin qəbul etdiyi əksər tanınmış imza sahibləri pisdir və ya qədərindən artıq qiymətləndirilir. Bir sözlə, postmodernistləri də ötüb. Amma kiçicik bir fərqlə... Postmodernist yazarların tənqid hədəfinə zaman-zaman hakimiyyətin nümayəndələri, onların korrupsiya əməlləri, cəmiyyətdəki özbaşınalıqlar da gəlir. Yəni AYB sədri Anarı tənqid etdikləri kimi, iqtisadi inkişaf nazirinə də yeri gələndə döşəyə bilirlər. Halbuki Nizami müəllim daha ehtiyatlıdır. Baxmayaraq ki, bu cür sürət götürən şəxs cəmiyyətdəki daha böyük problemləri də gündəmə çıxara bilər. Axı postmodernistlərdən fərqli olaraq, onun Milli Məclisdə tribunası və mikrofonu var. Heç uzağa getmirəm, elə rəhbəri olduğu mədəniyyət məsələləri üzrə komissiyada televiziyalardakı bərbad vəziyyəti, şou-biznesin əcaib durumu, kitab nəşri, kitab mağazalarının sürətlə azalması kimi problemləri qabardıb, buna həll yolu tapması çoxmu çətindir? Doğrudanmı sözünün Nuşirəvan Məhərrəmlininki qədər kəsəri yoxdur? Adam bircə sözüylə “bir millətin iki dövləti”ndən birinin seriallarını efirdən yığışdırdı, qosqoca Amerikanın səsini kəsdi və sair... Digər bir tərəfdən, Çingiz Hüseynovu, Çingiz Abdullayevi inkar edən şəxsin Hüseynbala Mirələmov və Yunus Oğuzu tərifləyib, onları yazıçı hesab etməsi də diqqətçəkəndir (son müsahibəsinə diqqət - S.T.) Keçmiş dekan deyir ki, bəzən kimlərsə ondan kitabına ön söz yazmağı xahiş edir, o da ürəyi istəmədiyi, həmin əsərləri zəif hesab etdiyi halda, heç kimin könlünə dəyməmək üçün ön söz yazır. “Bu nə pəhriz, bu nə turşu” deyib təəccüblənməyə bilmirsən. Belə prinsiplərlə müasir ədəbiyyatı formalaşdıran Nizami müəllim daha sonra hansı məntiqlə Çingiz Abdullayevin kitablarını orta məktəb dərsliklərindən çıxarır? Axı ona məxsus olan bu sözlər bir-birinə daban-dabana ziddir. Daha bir məqam. Ya vəlvələdən, ya zəlzələdən deputatın tənqid hədəfinə tuş gələnlər daha çox hakimiyyətin qara siyahısında olanlardır. Təriflədikləri isə əksinə. Bu halda “yeni postmodernist”in dediklərinin obyektiv olduğunu düşünə bilərikmi? Bütün hallarda, Cəfərova uğurlar! Mən optimistəm. Bu sürətlə başlayıbsa, ümid edirəm ki, tezliklə bütün sədləri aşacaq, ondan gözlədiyimiz bütün addımları atacaq. Muro demiş, lənət olsun, içindəki insan sevgisinə! Yoxsa etməzdi... 752 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|