 |
Sevinc TELMANQIZI 
QATİL DƏ TELEVİZOR İZLƏYİR...
|
Belə götürəndə dünən jurnalistlərin bayramı sayılırdı. 3 may Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur bütün dünyada. Azərbaycan üçünsə həmin tarix çox ironik təəssürat yaradır. Ancaq ona görə yox ki, ölkənin 3 jurnalisti həbsdədir, qəzetləri sıxırlar, jurnalistləri döyürlər və sair. 3 may öncəsi, daha dəqiq desək, 30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terrorla bağlı ölkənin elektron mediasının və dövlət qəzetlərinin nümayiş etdirdiyi mövqeyi görəndə insan bu “azadlıq” çərçivəsini müəyyənləşdirməkdə çətinlik çəkmir. Xatırlatmağa lüzum yox, hadisənin baş verdiyi və ondan sonrakı iki-üç saat ərzində telekanalların rəzalətini hamınız məndən də yaxşı gördünüz. Ölkə əhalisi təşviş icərisində gözünü milli efirə zilləyib xəbər gözlədiyi dəqiqələrdə “sehirli qutudan” xarici teleseriallar, mənasız səhər verilişləri və Nisə Qasımovanın “xoşvaxtlıq” haqda nitqləri boylanırmış. Yenə də sonuncuya şükür. Görənlər danışır ki, Nisə xanıma baş vermiş qanlı olayla bağlı anons verməsini deyiblər, o da əlini dizinə çırpıb bu barədə danışıb. Sonra isə verilişin gedişinə uyğun bir neçə “ağız” oxuyub. Bax, bu imiş operativlik, vicdanlılıq və qərəzsizlik... Digərləri də onun kimi. Amma yenə də ərinməyib hər birindən bu davranışlarının səbəbini soruşduq. Ölkəni silkələyən bu qanlı olayı operativ çatdırmamaqçün heç bir bəhanənin keçərli olmadığını bilsək də, yenə maraqlandıq. Aman, Allah, sən demə, ölkə telekanallarında necə də rəhmli, düşüncəli, müdrik insanlar əyləşibmiş. Onlar insanların psixologiyasını hər kəsdən öncə düşünürmüş. Tamaşaçının panikaya düşməməsi, terrorçu ocağına benzin tökməmək üçün həmin dəqiqələrdə necə də qan-tərə batıblarmış. Adamlar xəbərçilik yox, politoloqluq, sosioloqluq, lap elə psixoloqluq edibmişlər. Çiyinlərinə qosqoca millətin psixoloji yükünü götürüblərmiş, xəbərimiz yox. Biz nankorlar da düşünürmüşük ki, onlar “yuxarıdan” gələn tapşırığa uyğun “Bağdadda hər şey sakitdir” məntiqi ilə hərəkət edirlər. Axxx, biz qərəzlilər, bizi assalar azdı... Lənət şeytana, yenə də beynimdəki qurdlar aman vermir ki, həmkarlarımızın dediklərinə inanım. Xəbərçinin vəzifəsi baş vermiş olayı isti-isti, operativ çatdırmaq deyil? Bəs onda bu nə politoloq ədasıdır, anlamıram. Millətin psixoloji durumunu fikirləşmək üçün “yuxarıda” lazımi adamlar oturub, siz narahat olmayın. (Yeri gəlmişkən, həmin yuxarıdakılardan biri olaydan sonra dedi ki, belə şeylər xaricdə də olur. Maraqlıdı, niyə həmişə pis şeyləri örnək götürür, onlarla təsəlli tapırıq? ) Yox, əgər siz bu missiyanın öhdəsindən daha yaxşı gəldiyinizi düşünürsünüzsə, onda gedib bir psixoloji mərkəz, nə bilim reabilitasiya ocağı açın, camaatı da çağırın qəbulunuza. Maraqlıdı ki, 2003-cü ilin 15-16 oktyabrında “Azadlıq” meydanındakı insanları “vandal”, “quduzlaşmış kütlə” adlandırıb, həyəcandan (və təbii ki, yalan danışmaqdan) dili topuq çalanlar indi nəsə super təəssübkeş, vicdanlı çıxıblar. Halbuki burda şərh-filan verməyə ehtiyac yox idi. Sadəcə, kameralarını Neft Akademiyasının qarşısında yerləşdirib, olayla bağlı canlı reportaj yayımlamaq, oradakı tələbə-müəllim heyətini, əlaqədar şəxsləri danışdırmaq kifayət idi. Yenə də şükür mobil telefonlara. Hadisəylə bağlı ilk videogörüntülər məhz mobil telefonla çəkilmişdi. Digər tərəfdən, maraqlıdı ki, il uzunu yarıçılpaq müğənniləri, “mavi”ləri efirə doluşdurub, tamaşaçıları təbdən çıxaranlar niyə millətin əsəblərini həmin günlərdə düşünmürdülər? Bəlkə ona görə ki, “yuxarı”dan bununla bağlı qırmızı işıq yandırılmamışdı? Gör dünyanın nə yeridir ki, hətta Milli Teleradio Şurası da bu olaydan silkələnib, telekanal işçiləri üçün təlimlər keçirəcək. Telemüxbirlərə bu sayaq olaylarda peşəkarlıq dərsi verməkçün... Heç dövlət qəzetləri də onlardan geri qalmırdı. Hamısı qanlı olayla bağlı xəbəri - özü də kiçicik, rəsmi instansiyaların bəyanatını qəzetin 4-5 və ya 6-cı səhifələrində, diqqətçəkməyən yerlərində yerləşdirmişdilər. Əsaslandırmaları, arqumentləri də oxşardı: biz ancaq rəsmi dövlət mövqeyini əsas götürürük. Hətta birinin baş redaktoru unikal bir rəy açıqlamışdı: “Rəsmi xəbərləri oxuyanda insanda onsuz da reportaj təəssüratı yaranır”. Eşq olsun belə qəzetçiliyə. Amma darıxmayın, sabah-birigün bu qəzetlərin, televiziyaların rəhbərləri yenə də tok- şoulara çıxıb, qəzetçilik, nə bilim, operativlik barədə yekə-yekə nitqlər söyləyib, insanlara dərs verəcəklər. Onda biləcəksiniz ki, xərçənglər harda qışlayır... P.S. Hadisəni törədən qatil Fərda Qədirov barədə qonşularının dediyi rəy bir nöqtədə cəmləşir: o, bütün gün evdən çıxmaz, televizor izləyərdi. Maraqlıdır, hansı telekanalları? Məncə, cavab yuxarıdadır. 906 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|