30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

Görürsən bir gün şaşırma...

Srağagün Türkiyədə “Analar günü”nü qeyd edirdilər. Bütün telekanalların ekranı ana-bala, yaşlı nənə, qocalar evi mənzərələrilə dolub-daşırdı. Amma türk insanı builki bayramı sıxıntılı keçirir, “gözü yaşlı analara görə bu bayram boğazımızda düyünə çevrilib” deyirdilər. Söhbət bu yaxınlarda Mardindəki bir toyda baş verən qanlı faciədən gedirdi. Yəqin bilirsiniz, həmin faciədə çoxlu analar, ana olmağa hazırlaşan hamilə qadınlar, körpələr həyatını itirmişdi. Və buna görə Türkiyədə hamı birağızdan “bu il analara veriləcək bütün hədiyyələrin üstünə qan sıçrayıb” deyirdi.

Bizdə belə bir gözəl günün olmaması bir yana (bir 8 Martımız var ki, onu da artıq məktəb müəllimlərinə hədiyyəpaylama kampaniyasına çevirmişik deyə assosiasiyası bərbaddır - S.T.), “bir millət iki dövlət” dediyimiz ölkədə insanların bu matəmə eyni həssaslığı göstərməsi ibrətamiz mənzərə idi.
Dediyim kimi, qonşu Türkiyədə insanlar analarını sıxıla-sıxıla təbrik etdikləri dəqiqələrdə Bakının küçələrində polis bir ANA övladının saçından yapışıb, maşına itələyirdi. Başqa birini vəhşicəsinə vururdu. Digərinin qolunu qandallayıb, polis bölməsinə aparırdı. Məhz “Gül bayramı”na etiraz etdiyi, “terrora yox” dediyi üçün üçün cəzalandırmağa çalışırdı onları. Atəşfəşanlığın keçirildiyi yerdən bir tin o tərəfdə öldürülən tələbələrin qanı soyumasa da, törədilən terrorun səbəbləri aydınlaşmasa da, “xeyirlə şər əkizdir” kimi yersiz və pafoslu cümləni bayraq etmişdi əlində şanlı hökumətimiz. Halbuki bir anlıq (bəli, bəli, məhz bir anlıq) göz zövqü üçün xərclənən milyonlarla ölkədəki neçə-neçə çarəsiz, gözüyaşlı ananın dərdinə çarə qılmaq mümkün idi.
Hökumətin göstərişi ilə güllərin “anasının ağladığı” dəqiqələrdə bəlkə də onlarla ana əlində qırmızı qərənfillə ADNA-da həyatını itirmiş övladının qəbrini ziyarətə gedirdi. Məhz bu səbəbdən mən Türkiyə telekanallarında yayımlanan o süjetlərə baxanda anasına hədiyyə alan cocuqlardan, onları qucaqlayan analardan daha çox uşağını itirən, ona həsrət qalan anaları düşündüm. “Gül bayramı” adlanan bu mərəkədəki güllərin də üstünə qan sıçramışdı və bunu görməmək üçün kor olmaq lazım idi. Amma görməyənlər oldu, əvəzində onlarla gül kimi uşağı incidib, döyüb, polis təpiyinin altına saldılar.
Əslində bu gənclər hökumətdən ilk növbədə haqqlarını tələb etmirdilər. Yəni nə korrupsiyasız təhsil, nə normal yaşam şərtləri, nə də... Onlar, sadəcə, günahsız dünyasını dəyişən həmyaşıdlarıyçün matəm elan edilməsini istəyirdilər. Terrora “yox” deyirdilər, budamı qəbahət idi? Bir il də Bakıda gül bayramı olmayaydı də. Doğrudanmı dünyanın axırı çatacaqdı?
Və srağagün əslində Azərbaycan insanını güldən də iyrəndirdilər. Hər şeyin gözəlinə “gül kimi” deyən bizlər artıq gül deyəndə üzümüzü turşutmağa məcbur olacağıq. Boşa xərclənən milyonlardan, saxta-saxta sifətlərdən daha çox, bunca qəddarlığa görə. Əgər xeyirlə şər əkizdirsə, onda birincini digərinə güzəştə getmək olar. Hətta kənd yerlərində də kiminsə hüzrü düşəndə uzaq qonşusu toyunu təxirə salır. Yas yiyəsinin yarasını qopartmamaq, ona hörmət etmək üçün. Hökumət isə artıq elementar el adətlərini də arxa plana atıb.
“Gül bayramı”na gedənlərin hansı ağılda, qabiliyyətdə olduğu haqda heç nə deyə bilmərəm. O gülə baxıb, feyziyab olan zövq yiyələri barədə də həmçinin. Amma məncə, hələ də ürəyi döyünən, vicdanı susmayan insanlar “bir gün həmin günahsız gənclərin yerində mən, mənim övladım ola bilər” deyib yanaşmalıdı məsələyə. Özünə rəva bilmədiyini başqasına rəva görmə prinsipi... Ədalət tərəzisi məhz həmin sözü deyəndə işə düşür çox güman ki.
Srağagün Türkiyədə “Cənnət anaların ayağı altındadır” şüarı hakim idi. Bizdə isə bəzi analara gerçək cəhənnəmi yaşatmışdılar. Özü də güllü-çiçəkli.
Türkiyəli müğənni İlham Şeşenin “Əllərimdə çiçəklər” adlı çox sevdiyim bir mahnısı var. Bir sevgi mahnısı olsa da, nəsə bizim günümüzlə səsləşirdi... Hacıbala Abutalıbovun ifasında təbii ki... “Əllərimdə çiçəklər... Görürsən bir gün şaşırma”...
Biz şaşırmadıq. Ya siz?

693 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008