30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

NAĞIL BİTDİ...

...Həyata davam!

Daha bir nağılımız da belə sona yetdi. “Min bir gecə”nin ssenaristləri nağıl dinləməyi sevən millətimiz üçün srağagün final pərdəsini qapatmaqla nə cür pislik etdiklərinin bəlkə də fərqində deyildilər. Serial 3 il idi ki, davam edirdi, çəkən şirkət də, yayımlayan kanal da, hətta aktyor-aktrisa heyəti də bəs deyincə ondan pul qazanmışdılar. (Pul demiş, xatırladım ki, həmin serialın baş rol ifaçıları hər bölümdən 10.000 dollardan artıq qazanırdılar). Su qabda çox qalanda isə avtomatik olaraq iylənir, ona görə də serial industriyasını sürətlə inkişaf etdirən abilərimiz “göydən üç alma” ataraq, seriala nöqtə qoydular. Təbii ki, növbəti sentyabrdan etibarən sürükləyici ssenariləri ilə yeni seriallar ekranları bəzəməyə başlayacaq. Türkiyə tamaşaçısıyçün nə fərqi var? Dərd bizim dərdimizdir. Serialsız, boz ekranlara məhkum olunmuş bizlərin...

Mən hələ “Min bir gecə” bitməmiş onun yekunlaşacağı ilə bağlı anonslarından kədərlənən, bunu özüyçün dərdə çevirmiş  onlarla qadının söhbətini eşitmişəm. Buna aqressiv reaksiya göstərib, “serial pərəstişkarlığı kütbeyinliyin təzahürüdür” deyən acıqlı kişilərin də. Əslində hər iki mövqe uc nöqtələrdədir, yəni ortasını tapmaq lazımdır. Nə ifrat serial pərəstişkarı olub, gününü, qrafikini, əhvalını, bir sözlə, həyatını ona həsr etmək, nə də bunu kütbeyinlik sayıb, insanların zövqünü aşağılamaq düzgün yol deyil.
Adı üstündə - sabun operası. Bu gün baxıb, sabah unudulması üçün nəzərdə tutulub əslində. Tamam, bəzən hadisələrin ifrat  inkişaf xəttiylə qarşılaşırıq, cəmi bir neçə seriyada ağlagəlməz hadisələr baş verir. “Min bir gecə”də də eləydi: Şəhrizadın oğlu ya sağalmaz xəstəliyə tutulurdu, ya qaçırılırdı, ya özü evdən qaçırdı. Daha bir qəhrəman - Onursa bir bölümdə qısqanclıq qurbanı olur, başqa bir bölümdə ailəsi dağılır, sonra gözləmədiyi anda ortaya qızı çıxır, sui-qəsdə məruz qalır, şirkəti böhranla üzləşir və sair. Yəni seriallarda ağlınıza gələ biləcək bütün olayların eyni qəhrəmanın başına  gəlməsi tamamilə mümkündür. Amma gəlin bir az realist olaq - çox uzağa getmirəm, son 3 ildə həyatınızda baş verən olayların gedişinə ötəri bir nəzər salın. Azmı şey yaşanıb bu dövr ərzində? Çoxmu adam maraqlanıb həyatınızdakı bu dəyişikliklərlə? Serial da onun kimidir də əslində... Sizin həyatınız onlarla insanı, serialdakılarınkı isə milyonları maraqlandırır.
Məni qınamayın, amma serialın ziyanını heç cür anlamıram. 22 kişinin bir top arxasınca qaçması və bunun nəticələrinə uyğun olaraq, gərilən əsəblər, xərclənən pulları (futbol qumarını nəzərdə tuturam) nəzərə alanda sabun operası insanların əsəblərini “yuyur”. Günün stressi, yorğunluğunu ekran başında çıxarmağın (daha da əsəbləşməyin yox ha) kimə nə ziyanı var axı? Digər tərəfdən, səndən kilometrlərlə uzaq ölkələrdə də sənintək dərdi, qayğısı olan insanları görmək nə qədər eqoistcə görünsə də, insana bir təsəlli verir. Dərdin gözündə kiçilir bir növ...<%1>
“Seriala baxmaqdansa mütaliə etmək daha faydalıdır” deyənlərə gəlincə... Məncə, bunların biri digərinə mane olmur. Məşhur filmdə deyildiyi kimi, bu tərəfdən eşit, o biri tərəfdən də oyna. Yəni qrafikini səmərəli şəkildə bölə bilənlər üçün serialla mütaliənin yeri bir-birindən tamamilə ayrıdır. Həyatı kitabdan da, serialdan da öyrənmək olar. Bu, təxminən insanların qatıldıqları məclisdə bir-birinə “sən niyə filan yeməyi yox, o birini yeyirsən” iradına bənzəyir. Göz zövqü də mədə zövqü kimidir. Hansı saatda nə uyğundursa, onu qəbul etmək lazımdır.
Daha bir məqam...O gün dostlarla “Min bir gecə”ni müzakirə edəndə ilginc bir qənaətə gəldik. Bu, Türkiyədə yeganə serial idi ki, orda bir azərbaycanlı qadın - söhbət təbii ki, Məlahət abladan gedir - müsbət obraz kimi təqdim olunmuşdu. Yəqin ki, türk filmlərində azərbaycanlı kişilərin istisnasız olaraq dələduz, qadınların isə əxlaqsızlıq yuvalarının daimi sakinləri kimi təsvir olunmasını nəzərə alanda “Min bir gecə”ni elə təkcə bu istisnasına görə təqdir etmək olar.
Nəsə, daha bir nağılımız da belə bitdi. “Min bir gecə”ni dinləyə-dinləyə üç ili geridə qoyduq. Almaları yeməyə başlayın!

740 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008