30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

AVROPAYA DAHA BİR ADDIM?

Ötən həftənin ən yaddaqalan hadisələrinin Top 10-unda ön sıranı tutan, çox güman ki, qatil manyak Fərda Qədirovun videosüjeti və “Eurovision 2009" yarışması idi. Uğursuz paralel olsa da, deyim ki, Azərbaycan insanını daxilən tərpədən, onu həyəcanlandıran (yaxşı və ya pis mənada) bu iki olay gerçəkdən də imkan verdi ki, bəzi həqiqətlər insanın iliyinə işləsin. Mən də cəmi bir köşəlik yerim olduğundan eyni yazıda iki məqama toxunmağa çalışacam.

Sonuncunun üzərində çox dayanmayacam. Çünki builki nəticələr də bir daha göstərdi ki, sözügedən yarışma musiqi yox, siyasət yarışmasıdır. Ölkələrin bir-birinə verdiyi xallar, sıcaq-soyuq mövqelərin hamısı geopolitik münasibətlərin nəticəsiydi. Təbii ki, qalibdən başqa. Norveçi təmsil edən Aleksandr Rıbakı dinləyib, skripkasının müşayiəti ilə ifa etdiyi mahnıya heyran qalmamaq həqiqətən mümkünsüz idi. Norveçin demokratik ölkə olması, bir çox mühacirlərimizə də qucaq açması, üstəgəl belə gözəl ifaçını yarışmaya təqdim etməsi bu ölkəyə heyranlığımızı, yaxınlağımızı birə-on qat artırırdı.
Yeri gəlmişkən, “Patrissia Kass yarışmaya qatılıbsa, haqsız rəqabət olacaq, mütləq qalib olacaq” kimi önyarğının da yersizliyi bir daha aydınlaşdı.
Digər tərəfdən, yarışmada Azərbaycanı təmsil edən Aysel-Araş cütlüyünün performansı alqışlanmağa dəyirdi. İctimai Televiziyanın sözün böyük mənasında üzərinə götürdüyü missiyanı yerinə yetirməməsini bir kənara qoysaq, builki seçimlərinə “afərin” demək olar. Cütlüyün səs tembri, ifa, səhnə qabiliyyəti, şou bacarığına təbii ki... Bir də geyim faktoru. Heç kəsə sirr deyil ki, bu cür kütləvi yarışlarda diqqət cəlb etmənin, fərqlənmənin yolu həm də avropasayağı geyim tərzindən keçir. Ayselin də qiyafəsi buna müsaid idi, gözəlliyi də ki, öz yerində. (Redaksiya geyim faktoru ilə bağlı olan fikri bölüşmür - red.) Nəticə? İkinci il bu yarışmaya qatılan Azərbaycan artıq 3-cü pilləyə qədər yüksəlməyi başardı. Burda Araşın fars-əfqan mənşəli olması, bu xalqların isə dünyanın bir çox ölkələrinə səpələnməsi faktını da unutmayaq lütfən. Bütün hallarda 8-ci yerdən 3-ə yüksəlmə böyük uğurdur. İndi İTV rəhbərliyinin qabağında görək kim dayana biləcək?
Amma qoyun bir “ÇP”ni deyim, çox da fərəhlənməsinlər. Xalların açıqlandığı məqamda Azərbaycan ən sonuncu sırada idi. Və yeganə ölkə idi ki, onun canlı yayımında problem yarandı. Ekran ağardı, qaraldı, bir-iki saniyəlik fasilə və sair. Yəqin ki, rəhbərlik bunun səbəblərini araşdırıb, ictimaiyyətə açıqlama verər. Amma aylardır hazırlandıqları canlı yayımda bir neçə saniyəlik təqdimat bölümünə daha ciddi yanaşmaq olardı. Nəsə, ümid edək ki, ilk il 8-ci, ikinci il isə 3-cü yerə layiq görüldüyümüz yarışmada növbəti il biz lider olacağıq. Amma Allah üzümüzə baxsın ki, o vaxta qədər Bakı da bunca qonağı qəbul edə biləcək vəziyyətə çata bilsin.
Nəsə, bizi həyəcanlandıran növbəti olaya - manyak Fərda Qədirovun mobil telefonuyla özünü çəkdiyi o görüntülərə qayıdaq. Manyakın vətəni, milliyyəti olmur, orası bəllidir. Dünyadakı bütün manyakların xarakter, tip etibarilə bir-birinə bənzədikləri də həmçinin. İmkan olsa, interneti qurdalayın, orda minlərlə manyakın həyat hekayəsi ilə tanış olanda onların bir nöqtədə kəsişdiyinin şahidi olacaqsınız - valideyn tərbiyəsindən, sevgisindən, himayəsindən məhrum olanlardır onlar. Fərda nümunəsi həm də onu göstərdi ki, biz azərbaycanlılar nəyin bahasına olursa olsun, ailəmizi, balamızı dolandırmaq, qarnını doyurmaq üçün əzab-əziyyətlərə düçar olmağa hazırıq. Təki onlar ac qalmasın. Əvəzində isə sevgini də, qayğını da, diqqəti də azaldırıq. Uşağın cibinə puldan bas, qoy gözü tox olsun. Bu “tox” gözlərlə hansı dəhşətli arzuların (məsələn, qan tökmək kimi) arxasınca düşə biləcəyi isə valideyni bəzən az maraqlandıran məsələ olur. Halbuki cibini nisbətən boş, ürəyini isə sevgiylə doldursalar, belə hallar çox az yaşanardı. Fərdanın valideynləri Moskvada yaşayır, bazarda alver edir, soruşanlara isə “balalarımız üçün bu əziyyəti çəkirik” deyirmişlər. Halbuki o əziyyətin mində birini uşaqlarının tərbiyəsinə, onun psixoloji anormallığının düzəldilməsinə sərf etsəydilər, bütün bunlar yaşanmazdı.
Nəsə, bu həftə də belə anormal keçdi. Allah bütün manyakları islah etsin!

702 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008