03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

Bəlkə də bu bəyanatı başqa vaxt versəydi, bu qədər təəccüblənməyəcəkdik. Təhsil naziri Misir Mərdanov hər şeyi, hamını ömürlük etdiyimiz, əbədiləşdirdiyimiz bu günlərdə məktəblilərin həyatında cəmi bir dəfə keçirdikləri əlamətdar günü - “Son zəng”i ləğv etmək qərarına gəlib. Deyib ki, “Son zəng”i qeyd etmək hər bir gəncin arzusu olsa da, bunu şouya çevirmək, müəyyən qüvvələrin bundan istifadə etməsinə şərait yaratmaq düzgün deyil. Ömürlük təhsil nazirimiz (o da ömürlük) sonra da məzunlara həmin gün maraqlı bir qrafik təklif edib: “Şagirdlər dərsə gəlib, sonra evə gedib, imtahana hazırlaşsınlar. Onlar ”Son zəng"i qeyd etməsələr də olar".

Dünən seyr etdim, bəzi telekanallar nazirin bu açıqlamasını Azərbaycan Dövlət  Neft Akademiyasında baş verən qanlı terrorla əlaqələndirməyə cəhd göstərirdilər. Dil boğaza qoymurdular ki, sən demə, belə bir ərəfədə məktəblilərin gülə-oynaya, bir-birilərinin ağ köynəyini, ağ önlüyünü yazmaları ölkədəki psixoloji ab-havaya uymurmuş. Təkrar edirəm, bunu həmin telekanallar edirdilər ki, faciədən cəmi bir həftə sonra şəhərin mərkəzində “Gül bayramı” adlı rəzillik barədə dəqiqələrlə süjet göstərib, xalqın əsəblərində oynamışdılar.
Mən demirəm ki, “Son zəng”  keçirilməsə, məzunların həyatı qaralar, yaxud təhsilimiz uçuruma yuvarlanar. Sadəcə, Misir Mərdanovun əsaslandırması, arqumenti acı gülüş doğurur: bu bayramı kütləviləşdirib, şouya çevirmək, müəyyən qüvvələrin bundan yararlanmasına şərait yaratmaq olmazmış. Tamam, lap gözəl. Tutaq ki, məramınız belə gözəldir. Amma gəlin, diqqət edək: doğrudanmı təhsildə kütləviləşən, şouya çevrilən, lap elə müəyyən qüvvələrin yararlanmasına şərait yaradan yeganə hadisə, törən “Son zəng”dir? Hörmətli nazirimiz bəlkə başlamışkən elə kütləvi rüşvətin, müəllimlərin seçkilərdəki saxtakarlığının, məktəblərdə  kitab-gündəlik alverinin... və digər iyrənc halların  da qarşısını alsın? Bəlkə seçkilərdən əvvəl və sonra müəllim ordusunu ekranlara çıxardıb, prezidentə təşəkkür etdirməsi, akademiyalarda, ali məktəblərdə bu və ya digər “ölməz” ədəbiyyatçıların, tarixçilərin əttökən yaradıcılıq gecələrinin təşkili, dərsliklərin kütləvi şəkildə səviyyəsizləşdirməsi, şagirdlərin indidən yaltaqlığa öyrədilməsi ləğv olunsun? Yenə sayımmı? Axı insaf naminə “Son zəng” bunların hamısından daha zərərsizdir. Tutaq ki, uşaqlar al-əlvan geyinib, məktəbə gələcək, bir-biri ilə sağollaşıb, kədərlənib, xatirə dəftərlərinə ürək sözlərini yazacaqdılar. Sonra da elə bu rüşvət yuvasından qurtulduqlarını bayram etmək üçün özlərinin təşkil etdikləri ziyafətdə bir araya gələcəkdilər. Bunun kimə nə ziyanı?  Yaxşı, Milli Parkda baş verən qaçdı-tutdu oyunu, bir çox hallarda barbarlığı ilə seçilən “dövrəyə alma” kimi törənlər o qədər də xoş olmaya bilər. Amma nə olsun? Bundan hansı məzunun gələcəyi korlanır, kimlər bundan kütləvi yararlanır, hansı şoudan söhbət gedir? Bəzən elə təhsilimizin şanlı nümayəndələrinin liderlik etdiyi “şou”lara baxanda məzunların parkdakı bu cavanlıq oyunları, sadəcə, xoş təbəssüm yaradır.
Lənət şeytana, amma hərdən adama elə gəlir ki, “Son zəng”i ləğv etmək  istəyi, sadəcə, bu törənin şanlı təhsilimizə maddi-mənəvi heç bir xeyir verməməsiylə bağlıdır. Yoxsa ki, kim idi belə “daşdan keçən” arqumentlər səsləndirib, həmin günü ləğv etməyə çalışan?
Bu yaxınlarda eşitdiyim, mövzumuza da az-çox aidiyyəti olan bir olayı danışmaq istəyirəm. Demək, Bakının rüşvətdən, müəllimə hədiyyə, pul vermə ənənələrindən xali olan özəl liseylərindən birində ibtidai sinif valideynləri bu durumdan çox narahat olublar. Bir gün valideyn şurası yığışıb qərara gəlib ki, müəllimin uşaqlara bunca qayğısına görə ən azı pul yığıb, bir qızıl saat bağışlamaq lazımdır. Təsəvvür edin, Bakının gözünü çıxarıb, rüşvətdən, korrupsiyadan, yaltaqlıqdan uzaq bir təhsil müəssisəsi tapasan, sonra da onu elə öz əllərinlə çirkləndirməyə çalışasan. Bax, bu təhsil sistemi insanların beynini, psixologiyasını, düşüncə tərzini beləcə, KÜTLƏVİ formada zəhərləyib. Hələ neçə illər, əsrlər lazımdı ki, bu virus canımızdan, genlərimizdən çıxsın. Təhsil naziri də deyir ki, “Son zəng” ziyanlıdır. “Son zəng”ə çatana qədər yolda nə qədər şouları məhv etməlisiz, bilirsinizmi?
Bilmək demiş, bugünlərdə ali məktəblərdən birində “Mən nəyi bilirəm” müsabiqəsi keçirilib. Təəssüf ki, tələbə deyiləm. Yoxsa mən deyərdim,  bu təhsil sistemi barədə nələr bilirəm...

820 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008