 |
Sevinc TELMANQIZI 
XORUZUN QUYRUĞU...
|
Biz yazanda ki, bu “Son zəng”in ləğvi nəsə düz-əməlli məsələyə oxşamır, bundan ənənəvi rüşvət iyi gəlir, müdrik və çoxbilmişlər adamı qaramatlıqda, nə bilim qərəzlilikdə suçlayırdılar. Qərar verilən gün köşə yazarı həmkarlarımın yazdıqlarını oxudum. Nisbətən yaşlı nəslin nümayəndələri təhsil nazirinə sətiraltı dəstək vermişdilər. Həmin tarixdə Milli Parkda gənclərin çıxara biləcəyi həngamənin çərçivəsini vurğulamışdılar və sair. Nisbətən cavanlar isə olaya parodiya pəncərəsindən baxıb, bizi güldürmüşdülər. Demək ki, bu məsələni düzgün dəyərləndirmək üçün daha gənc olmaq lazımdır. Gənclər bu təhsil sistemini yaşlılardan daha yaxşı tanıyır. Göz gördüyündən qorxar məsələsi var ən azı... Keçim mətləbə. Anadolu türkləri demiş, məktəblərdən axın-axın gələn şikayətlər onu göstərir ki, sən demə, “Son zəng”in məktəb çərçivəsində keçirilməsi qərarının “fəlsəfi” qatı varmış. Təhsil nazirinin məlum yasağından sonra məktəb müdirləri problemin operativ həlli yolunu tapıblar. Bakı şəhərindəki məktəblərdən birində oxuyan uşaqların valideynləri deyir ki, rəhbərliyin təşkilatçılığı ilə “Son zəng” günü ora bir sintezatorçalan gətirilməsi qərarlaşdırılıb. “Sənətçi”nin (bu təqdimat direktora məxsusdur - S.T) 2 saat boyunca çalıb-oxuması üçün buraxılış sinif şagirdlərindən 25 manat məbləğində pul yığılıb. Bu il həmin məktəbi təqribən 100 şagird bitirir. Sürətli hesablama - 100 nəfərdən 25 manatdan yığmaq, eləyir 2500 manat. Bu “sənətçi” də Elton Con olmadığı üçün ona 2 saat üçün 2500 manat verilməyəcəyi yüz faizdir. O mərasimdən olsa-olsa 200 manat alar ki, onda da papağını göyə tullayar. Demək, qalan pul kimin cibinə gedir? Tər-bi-yə-çinin... Amma Kərəmi burda ağlamaq tutmur. Kərəm orda dəsmalını götürür ki, bu məlum rəzilliklə bağlı heç kim Təhsil Nazirliyinin yaratdığı “Qaynar xətt”ə müraciət etmir. Nə narazı şagird, nə də valideyn. Məsələ burasındadır ki, sözügedən xidmət anonim şikayətləri qəbul etmir. Bizim millət də, maşallah, pis kişi olmaqdan, camaatın çörəyinə baisçilik etməkdən dəhşət qorxur. “Bu dünyanı mənmi düzəldəcəm” kimi fəlsəfi yanaşmanı da bura əlavə etsəniz, heç kəs barmağını belə tərpətmək istəmir. Digər tərəfdən, özünü və uşağını da düşünür. Zəng eləsən, gərək özünü təqdim edəsən, uşağın oxuduğu sinfi, nə bilim pul yığan müəllimin adını deyəsən, sonra nazirlik işçilərinin iştirakı ilə rəhbərliklə üzləşəsən... Lənət şeytana. Qabaqdan dağ kimi buraxılış imtahanı, attestat alma mərasimi gəlir. Bunun qabağında hansı oğul duruş gətirə bilər? Eşitsələr ki, şikayət edilib, o 25 manatın onqat artığını valideynin canından çıxaracaqlar. Odu ki, “25 manat başımın-gözümün sədəqəsi olsun” deyib, bu rəzilliyə eyvallah deyirlər. Təsəvvür edin, durumdan narazı olan, az-çox vicdan sahibi müəllimlər də dillənə bilmir. Onların da məntiqi Azərbaycan sayağıdır. “Filan qədər verib, məktəbə düzəlmişəm. İndi bu bəhanəylə çıxararlar”, “Demaqoqluğum direktorun qulağına çatsa, mənə gələn il əməlli-başlı dərs saatı verməyəcək, ”okno"lara salacaq". Bir sözlə, valideyn dinmir, müəllim susur, uşaq zatən ağciyər olub. Jurnalistin sözünə də ki, maşallah, güvənən yoxdu. Yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal. Odu ki, millət tüpürməməyə qərar verib. Sözünü, etirazını udduğu kimi tüpürcəyini də udur. Nəticədə bazar başlayıb, nə başlayıb! İndi məktəb direktorları restoran müdirlərinin gününə düşüb. Manıslarla anlaşan kim, bir saat oxumaları üçün “qiymət öldürən” kim. Deyir, gözəl ağa gözəl idi... Onsuz da məktəblərimiz bu günə qədər məktəbdən başqa nəyə desən oxşayırdı. Bazar, xəstəxana, tövlə... İndi də oldu restoran. Bundan sonra orda “ulduz yağışı”nın da şahidi olacaqsız. Manısların biri gələcək, o biri gedəcək. Məktəb direktorları dönüb olacaqlar prodüser. Çalıb-oxuyanlarla o qədər səmimiləşəcəklər ki, bundan sonra onlarçün toy da “tutacaqlar”, reytinqlərini artırmaq üçün şou proqramlara çıxıb qalmaqal da qoparacaqlar. Bir sözlə, tamaşa qabaqdadır. Sizə uğurlu seyrlər... 628 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|