03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

Hamının monitorinq xəstəliyinə yoluxduğu bir ərəfədə mətbuat yenə də hədəfə çevrilib. Əslində ən rahat işdir bu. Alırsan beynəlxalq təşkilatlardan yekə-yekə qrantları, qoyursan qabağına qəzetləri, pürrəngi çaydan içə-içə başlayırsan - bu yazıya bir “quş”, bu məqalə qeyri-obyektivdir, o biri müsahibədə tərəfsizlik qorunmayıb, ay nə bilim plüralizm, tolerantlıq normaları pozulub. Özünə əziyyət verib, nəyisə araşdırmaq yox, jurnalistin informasiya axtarışında keçdiyi o çətin yolların izinə düşmək, yaranmış mənzərəni aradan qaldırmaq üçün informasiya blokadası yaradan rəsmi struktur rəhbərlərini divara dirəmək yox... Hərə bir dükan açıb, “fırladır” da özüyçün.

Amma srağagün gecə Müdafiə Nazirliyinin generalları şirin yuxularında dollar, Qarabağı görəndə Azərbaycan jurnalistikasının çox cüzi hissəsi xəbər dalınca yollara düşmüşdü. Səhər saat 5 radələriydi, amma bizim qəzetin müxbirləri Qaraheybət Təlim Mərkəzindəki əsgərlərimizin kütləvi zəhərlənməsi məsələsini araşdırırdı. Təsəvvür edin, qəzet gecə saat 24 radələrində hazır olur, gecə növbəsinin işçiləri yavaş-yavaş evə yollanır, günün yorğunluğunu atmaq üçün bir stəkan çay içməyə hazırlaşır, amma bu yerdə gələn xəbər üzərinə yenidən işə qayıtmaq zorunda qalırlar. Bu, dünya jurnalistikasında normal sayıla biləcək bir haldır: xəbər hardadırsa, jurnalist də orda olmalıdır.
Amma gəlin ölkəmizə baxaq. Saat 7-dən qapını qıfıllayıb, başsağlıqları, reklamlar, agentlik məlumatları ilə qəzet “boşlayan”lar həmin saatda bəlkə də qulaqlarının dibində nəyin baş verdiyinin fərqində deyildilər. Amma darıxmayın, bir həftə-on gün sonra onlar yenidən yağışdan sonrakı göbələklər kimi efirə çıxıb, bizlərə peşəkarlıq dərsi keçməyə başlayacaqlar. Mən ölü, siz diri... Hələ biz “zəhərlənmə ilə bağlı olayın işıqlandırılmasında mətbuat qeyri-peşəkarlığa, tələskənliyə yol verdi” rəyini eşitməsək, mənə nə deyirsiniz deyin. Kinonun ağlamalı hissəsi isə lap qabaqdadır. O ki Mətbuata Dövlət Yardımı Proqramına əsasən pul, yardım, qrant paylamağa başlayacaqlar ha, onda mətbuat, qəzetçilik adına kimlərin iddialı olduğunu görüb şoka düşəcəksiniz...
Hansı məmurdan daha çox yazırsınız, qəzetinizdə peşə davranış kodeksini nə dərəcədə pozursunuz, agentlik məlumatlarından nə dərəcədə istifadə edirsiniz. Quzu kəsərəm bu sistemə. Biz canımız-qanımız hesabına, it zülmü çəkib yazı yazaq, siz də qulp qoymaq üçün milyonlarla qrant alın. Nə olar ki, bir dəfə də mətbuatın qara fəhlələrinin monitorinqini keçirəsiniz, onların qaynar xəbər dalınca nə zülm, məhrumiyyət hesabına çatdığını araşdırasınız? Məsələn, qəzetlərin operativliyinin artırılması üçün redaksiyaları maşın, jurnalistləri daha keyfiyyətli aparatura və sairlə təmin edəsiniz? (Bir dəfə də aldıqlarınızı ona xərcləyin də). Sonra nazirliklərin, komitələrin, dövlət qurumlarının mətbuat xidmətləri qarşısında sərt tələb qoyasınız, mətbuata informasiya verməyən nazirliyi “ilin ən pis nazirliyi” elan edib, binası qarşısında piket keçirəsiniz? Demokrasidə çarə tükənmir, gerisini özünüz düşünün. Bax onda deyərik ki, siz həqiqətən də bizim günümüzə yanırsınız.
Yoxsa ki, belə gün olar? Biz məktəb direktorlarının korrupsiya əməllərindən yazırıq, sonra “yuxarılar” bu əməllərinə görə onların qulağını burub, pul alırlar. Bu arada biz də həm həmin məktəb direktorunun təhqiri, hədə-qorxusu ilə üzləşirik, həm də “bizim təhsil sistemimizdə elə hallar ola bilməz” kimi “obyektiv” çıxışlar edən Təhsil Nazirliyinin... Yəni yanan da biz oluruq, yaman da.
Nəsə, ən pisi də elə budu, Adamı yaman yandırır.

605 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008